Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                 

"Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə..." - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 28-02-2024, 08:52 | Çap et
"Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə..."
“Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə. Vallah, yaşayış deyil, bu”, – fermer Zakir Mustafayev belə deyir.

Zakir Mustafayev əkdiyi soğanları sata bilməyən fermerlərdən biridir. Soğan təsərrüfatının geniş yayıldığı Ağcabədinin Ergi deyilən ərazisində tonlarla soğan alıcısına qovuşmadığı üçün xarab olur.

Zakir Mustafayev: “Səmənidi… Alınmayandan sonra neyləməliyik?”

Ergiyə gedən yollarda göyərmiş, çürümüş soğan kisələrinin yolboyu tullandığını görmək olur. Bu kisələrə 30-33 kq arası soğan yığılıb. Fermerlər deyir ki, 33 kq soğan üçün onlara 4 manat təklif olunur. Əgər bu qiymətdən satsalar, zərər edəcəklərini deyirlər.

“Xaricdən çox gəlir, Rusiyadan, cürbəcür yerlərdən gəlir. Öz soğanımıza baxan yoxdur. Alma kimi soğanlardı, di gəl ki, alan yoxdur. Kisəsi 5 manata, 6 manata sata bilmirik”, – Zakir Mustafayevin sözləridir.

Soğan təsərrüfatı ilə məşğul olan Şəmistan Cəfərov deyir ki, soğan təzə çıxdığı vaxt alıcılar onlardan kisə başına maya qiymətindən aşağı pul təklif etdikləri üçün məhsullarını satmayıb, bir qədər gözləmək istəyiblər. Amma zaman keçdikcə soğan çürüyüb, qiymət isə qalxmayıb:

“Pandemiyadan əvvəl satırdıq. Pulumuzu çıxara bilirdik, özümüzə də bir şey qalırdı. Amma pandemiyadan bəri heç zad yoxdur. Tək biz yox ha, buradakı obyektlərin hamısı ziyandadır. Bax məsəl üçün, altının maşınını satan, evini satan var. Çıxış yolu yoxdur. Bu, nə təhər dövlətdir, başım çıxmır”.

Azərbaycanda soğan təsərrüfatında məhsulların daxili bazarda satıla bilmədiyi bir vaxtda Nazirlər Kabineti soğanın xarici bazara çıxarılmasına qadağa qoyub. Baş nazir Əli Əsədov bunu daxili bazarda qiymətləri stabilləşdirmək üçün etdiyini açıqlayıb.

Meydan TV-yə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, dövlətin bu addımı atmasında səbəb inflyasiyanın qabağını almaqdır. Amma bu qərar fermerləri çarəsiz qoyur.

Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir.

Ekspert Vahid Məhərrəmli ölkədə daxili tələbatı ödəmək üçün yetərli qədər məhsul olduğu qənaətindədir. Amma bildirir ki, bir çox hallarda soğan idxalına ehtiyac yaranır. Buna səbəb isə soğanın qorunması üçün soyuducuların olmamasıdır. Mütəxəssislər deyirlər ki, əgər dövlət təsərrüfatçıları soyuducu ilə təmin etsə, onlar da məhsulları çürüməsin deyə bütün soğanları eyni vaxtda bazara çıxartmağa məcbur olmazlar. Nəticədə həm onlar zərər etməz, həm də ölkə ilboyu soğan ilə təmin olunar.

“Soyuducumuz olmadığı üçün gücümüz çatmır soyuducuya yığmağa. Hava da isti keçdi, onunla bağlı göyərdi”, – fermer İlqar Cəfərov deyir.

Təsərrüfatçılar deyir ki, istehsal etdikləri məhsulun maya dəyəri də qalxıb.

Əslində kənd təsərrüfatına dövlət dəstəyi çərçivəsində gübrə təminatının da daxil edildiyi əkinçilik üzrə subsidiyaların verilməsinə 2019-cu ildən başlanılıb. 2022-ci il mineral gübrələrin bahalaşmasının mənfi təsirini azaltmaq üçün tərəvəzlər də daxil digər məhsullar üzrə subsidiyanın məbləğinin artırılması barədə qərar qəbul edilib. Belə ki, tərəvəzçilik üzrə subsidiyaların artımı 240 manatdan 260-a qalxıb.

Lakin bu gübrələr məhsulun sadəcə keyfiyyətini artırmaq üçündür, məhsuldarlığı artırmaq üçün olan gübrələri fermerlər öz vəsaitləri ilə almalı olur. Üstəlik dövlətin dəstəyi də bütün soğan əkənlərə şamil edilmir.

“Ammafos gübrəsini alırdıq biz 60-70 manata, amma vaxt var idi, 3-4 il qabaq alırdıq 20 manata. Heç zad da ayrılmır dövlətdən bizə. Hamısını öz cibimizin pulu ilə edirik. Gübrə pay torpağımız varsa, ona verilir. Amma belə əkin əkiriksə, ona verilmir”, -Şəmistan Cəfərov deyir.

Fermerlər şikayətlənir ki, nə əkməmişdən qabaq dövlət rəsmiləri onlarla görüş keçirib, nə də zərərləri ilə bağlı bir qurum onlarla maraqlanıb.

Meydan TV-yə danışan fermerlər növbəti il soğan əkməyəcəklərini deyiblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi isə telefon zənglərini cavablamadığı üçün suallar cavabsız qalıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru