Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir .....                     Ermənistan müharibə hazırlıqlarını sürətləndirir .....                     “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” .....                     Paşinyanın qorxuları... .....                     İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır .....                     Pensiyası kəsilən Laçın sakini... .....                     Rusiyanın Azərbaycana qarşı qara piarı .....                     Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı .....                     Gömrükdə adama tövbələtmə oxudurlar .....                     İran özünün düşmənçilik yolundan əl çəkməsə... .....                     Gəncə Xəstəxanasından ŞİKAYƏT .....                     "Şəhid şəkillərini maşına vurub gəzmək…" .....                     Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? .....                     Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                 

SINIQ KÖRPÜDƏ GÖRÜNMƏMİŞ RƏZALƏT
Tarix: 27-10-2011, 11:56 | Çap et
SINIQ KÖRPÜDƏ GÖRÜNMƏMİŞ RƏZALƏT

GÜRCÜSTANDAN GƏLƏN AVTOBUSLARI YUBATMAQDA MƏQSƏD NƏDİR?

DİA.AZ: - Azərbaycanda rüşvət və korrupsiyanın ən çox kök saldığı sahələrdən birinin də gömrük sahəsi olduğu hamıya bəllidir. Səyahət məqsədilə ölkə sərhəddini bir dəfə keçən istənilən şəxs bunu təsdiq edə bilər. Biz hələ bizneslə məşğul olan, qonşu ölkələrdən Azərbaycana, eləcə də Azərbaycandan qonşu ölkələrə müxtəlif malların idxalı və ixracı ilə məşğul olan iş adamlarını demirik. Əslində son illər ölkədə özünün pik nöqtəsinə çatan monopoliyalaşma, eyni zamanda gömrük xidmətində baş alıb gedən rüşvətxorluq belə iş adamlarının böyük əksəriyyətinin müflis olmasına, biznesdən uzaqlaşmasına səbəb olub. Xarici ölkələrlə ticarət müxtəlif monopolistlərin əlində cəmləşib. Bu prosesdə oliqarxların əsas təzyiq aləti də elə gömrük xidməti olub.

Amma ən acınacaqlısı odur ki, hətta qonşü ölkələrə - Türkiyəyə, İrana, Gürcüstana bizneslə əlaqədar deyil, səyahət, müalicə bə bu kimi başqa məqsədlərlə gedən vətəndaşlarımız da gömrük keçid məntəqələrində min bir əziyyətlə qarşılaşırlar. Qazaxdan - Sınıq Körpu ğömrük postundan redaksiyamıza daxıl olan son məlumatlar da elə bu barədədir. Öncə qeyd edək ki, sözügedən post Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin tabeliyindədir və Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşir.

“Dünya” İnformasiya Agentliyi redaksiyasının (diaaz.space) Qərb bölgəsi üzrə müxbiri Ələddin Kəsəmənlinin verdiyi məlumata görə, Sınıq Körpu gömrük-keçid məntəqəsindən Gürcüstana keçıb-qayıdan vətəndaşlar gömrük əməkdaşlarının özbaşınalığından, burada sərhədd tanimayan rüşvətxorluqdan hədsiz narazıdırlar.

Vətəndaşların verdiyi bilgiyə görə, Gürcüstan ilə Azərbaycan arasındakı fərq həddindən artıq çoxdur. Həm sərhədçilərin vətəndaşlara münasibətində, həm təmizlik və səliqə-səhmanda, həm də qiymətlərin çox ucuz olmasında. Gürcüstana gedib-qayıdan əksər vətəndaşlar neft ölkəsi olan Azərbaycanda qiymətlərin Gürcüstanla müqayisədə 3-4 dəfə baha olduğunu bildirirlər. Otellərdə qalmaq qiymətindən tutmuş, bazarda alış-verişə qədər bütün sahələdə Gürcüstanda qiymətlərin ucuz olduğunu önə çəkən vətəndaşlar orada rüşvətin olmamasının ilk andaca diqqəti cəlb etdiyini vurğulayır, geriyə qayıdan zaman isə elə gömrük keçıd məntəqəsində tamamilə əks mənzərə ilə qarşılaşdıqlarını bildirirlər.

Müxbirimizin verdiyi məlumata görə, Sınıq Körpü adlanan keçıd məntəqəsində insanlar saatlarla soyuq havada gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır. Belə ki, günorta saat 12-də yoxlanışa buraxılan avtobus düz axşam saat 5-də oradan çıxa bilir. Halbuki Gürcüstan gömrüyündə bu yoxlama cəmi 10-15 dəqiqə vaxt aparır.

Minik avtomobili ilə gələnlər isə rüşvət sayəsində öz növbəsini qabağa saldırır və postu tez keçirlər. Avtobus sürücüləri isə onlardan tələb olunan rüşvəti verə bilmir və bu səbəbdən saatlarla yubanırlar.

Müxbirimizin bildirdiyinə görə, vətəndaşların əsas narazılıqlarından biri də Sınıq Körpü adlanan ərazidə antisanitariya şəraitinin hökm sürməsidir. Ərazi az qala zibilliyi xatırladır. Gürcüstan sərhəddindən keçib Azərbaycana ilk dəfə qonaq gələn insanlar bu cür natəmiz sərhəd-buraxılış məntəqəsi görmədiklərini bildirirlər.

Ən acınacaqlısı isə odur ki, burada sanitar qovşağı yoxdur. Gömrük keçıd məntəqəsində anti-sanitariyanın baş alıb getməsinin bir səbəbi də budur. Dəgər tərəfdən, buradakı bazarın fəaliyyəti də keçid məntəqəsinin üfunət qoxumasına təsir göstərir. Həmin bazarda meyvə-tərəvəz, çay və su olduqca baha qiymətə satılır. Saatlarla keçid məntəqəsində yubadılan vətəndaşlar orada alver etmək məcburiyyətində qalırlar.

Əldə etdiyimiz məlumata görə, keçid məntəqəsində avtobusların yubanması gömrük xidməti rəisinin özəl maraqları ilə bağlıdır. Çünki 5 saat ərzində burada müəyyən alış-veriş edilir ki, bundan da ona “haqq” çatır.

Gürcüstanlı soydaşlarımız isə keçid məntəqəsində tez-tez təhqir olunur, hətta fiziki təzyiqlərə belə məruz qalırlar. Belə ki, öz həyətinin məhsulunu Azərbaycana satmağa gətirən soydaşlarımızdan yüksək məbləğdə rüşvət istənilir. Bu da mübahisə və vətəndaşlara qarşı zorakı davranışa səbəb olur. Hətta 1 kq sosiska və kolbasanın Azərbaycana keçirilməsinə belə çox vaxt maneəçilik törədilir. Eyni məhsulu Gürcüstandan idxal edən monopolistlərə isə heç bir maneə yoxdur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23
Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41
Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37
İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34
Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32
Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28
Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23
Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21
İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12
Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10
"Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07
Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07
Tanınmış rejissora ağır itki
Dünən, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru