![Zelenski Trampla danışıqlarını açıqladı: Zelenski Trampla danışıqlarını açıqladı:](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739390446_b9426743b6e68548e09c07f113ef6ea4.png)
Musavat.com bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə uzun telefon danışığı apardığını bildirib. Danışıq zamanı sülh perspektivləri, ABŞ-Ukrayna əməkdaşlığı və Moskvanın sülhə məcbur edilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Zelenski bu barədə verdiyi açıqlamada Trampa təşəkkür edərək, “Biz birlikdə əsl sülhü yaxınlaşdırmaq üçün əməkdaşlıq edirik. Trampın Ukraynanın potensialına və texnoloji imkanlarına göstərdiyi maraq bizim üçün önəmlidir” deyib.
Telefon danışığının əsas məqamları bunlardır:
- Sülh danışıqları: Tramp və Zelenski Ukraynada sülhə nail olmaq yollarını müzakirə ediblər. “Ukrayna dünyada sülhə ən çox ehtiyacı olan ölkədir və bu yöndə ABŞ ilə birgə addımlarımızı müəyyən edirik”, – Zelenski bildirib.
- ABŞ-Ukrayna əməkdaşlığı: Danışıqlar zamanı tərəflər təhlükəsizlik, iqtisadi və resurs əməkdaşlığı üzrə yeni sazişin hazırlanmasını müzakirə ediblər.
- Putin-Tramp görüşü barədə məlumatlar: Zelenski Trampın ona Putinlə keçirdiyi telefon danışığının detallarını açıqladığını bildirib. Lakin bu detalların konkret nə olduğu barədə dəqiq məlumat verməyib.
- Amerikanın rolu: Zelenski vurğulayıb ki, ABŞ və müttəfiqləri birlikdə Rusiyanı və Putini sülhə məcbur edə bilər. O, Trampın da bu yöndə aktiv rol oynamağa hazır olduğunu qeyd edib.
- Gələcək addımlar və görüşlər: Liderlər birbaşa görüş və daha sıx əməkdaşlıq üçün gələcək planlar barədə razılığa gəliblər.
Zelenski bəyan edib ki, Trampın “Let’s get it done” (Bunu edək!) ifadəsi Ukrayna ilə ABŞ-ın birlikdə Rusiyaya təzyiqləri artıracağını göstərir. Bu danışıqların nəticəsində konkret hansı addımların atılacağı isə yaxın günlərdə bəlli olacaq.
Musavat.com