"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Lent.az-ın bu dəfəki müsahibi klinik psixoloq-seksoloq Təhmasib Cavadzadədir.
Qeyd: Təhmasib Cavadzadə Bakıda, Maştağa kəndində doğulub. Təhsilini İranda, Tehran şəhərində alıb. 10 il İranda yaşadıqdan sonra, 2012-ci ildə Azərbaycana qayıdıb və fəaliyyətini burada davam etdirib.
- Təhmasib bəy, demək olar ki hər müsahibənizdə cinsi həyatında problemi olanların bunun üçün vaxtında müraciət etməli olduğunu qeyd edirsiniz. Bəs bu “vaxt”ı necə müəyyən edə bilərik? Yəni, nələr baş verdikdə biz cinsi həyatımızda problem olduğunu düşünməliyik?
- Əgər insan cinsi həyatında ən azı 2-3 dəfə problemlə üzləşirsə, hansı ki o, bunu özü hiss edir, onda gərək seksoloqa müraciət etsin. Müraciət etmədikdə nə baş verir? Münasibətdə qalır, lakin seksdən qaçır. Artıq bu yerdə “başım ağrıyır”, “işdən yorğun gəlmişəm”, “halsızam” kimi bəhanələr başlayır. Bəzən bu 1 il belə davam edə bilir. Bu halda həmin insanı müalicə etmək çətinləşir. İlk növbədə özünə olan inamı əldən gedir, ikincisi isə yoldaşı ondan soyuyur. Çox vaxt bunu başa düşmürlər ki, belə halda seansa tək özü yox, həyat yoldaşı da gəlməlidir. Çünki bəzi şeylər getdikcə qarşı tərəfə də təsir göstərir. Məsələn, bu insanın problemini həll edirik və evə gedir, amma yoldaşı onu özünə yaxın buraxmır. Səbəb odur ki, artıq o da uğursuz seks cəhdlərindən bezib və soyuyub. Deyə bilərsiniz ki, seks təbii ehtiyacdırsa, ondan necə vazkeçmək olar? Bu halda seksi mastürbasiya, flört və s. kimi şeylərlə əvəz edə bilirlərsə, ondan vazkeçmək mümkündür.
- İnsanlar fərqli olduğu kimi, onların həzləri də fərqlidir. Öz fəaliyyət təcrübənizdən götürsək, qadın və kişi yataqda nə istəyir?
- Bizim ölkədə çoxunun seksdən anlayışı olmadığı, onu dərk etmədiyi üçün yalnız cinsi orqanlarına fokuslanırlar. Əslində, qadın belə deyil. Qadınlar daha çox yerə fokuslanmaq istəyirlər. Əgər bir münasibətdə seksi yalnız cinsi orqanların toxunuşu kimi qəbul edirlərsə, bu, təcrübəsizlikdən irəli gəlir. Çünki bizim heyvanlardan çox fərqimiz var, elə deyilmi? Heyvanların bəzilərində saf seks, yəni sevişmək var. Amma insanların çoxuna sevişmək anlayışı çatmır. Bəlkə ən çoxu 1-2 dəqiqə buna vaxt ayırarlar. 1-2 dəqiqə sevişmək olar? Qadınla ən azı 5-10 dəqiqə sevişməlisən ki, o özünə gəlsin və seksə hazır olsun. Kişi sadəcə cinsi orqanını daxil edib boşalmağı düşünür. Sonra isə bundan şikayətlənirlər. Kişinin erkən boşalmasının səbəbi onun seksin əvvəlindən etibarən sadəcə bu barədə düşünməyidir. Beyin də onun bu istəyini yerinə yetirir. Kişilərin bu istəyi bilirsiz nəyə bənzəyir? Sanki hər cür funksiyası olan son model mobil telefon almısan, lakin onu sadəcə zəngləşmək üçün istifadə edirsən.
- Belə bir sual verim. Məsələn, evlisən, amma seks istəmirsən. Qarşı tərəf isə səni buna məcbur edir. Bu, təcavüz sayılırmı?
- Maraqlıdır (gülür). Xeyr, bunu tam olaraq təcavüz adlandıra bilmərik. Belə deyim, seksin bir qırmızı xətti var. Seksdə icra olunan proseslərdən hər iki tərəf razı olmalıdır. İkisindən biri nəyəsə razı deyilsə, bu, seksdəki qırmızı xətdir. Ya razı salmağı, ya da dözməyi bacarmalısan. Seks ehtiyacı yemək kimi deyil. Səhv etmirəmsə, limit 21 gündür ki, insan yeməksiz qala bilər, bundan sonra artıq vəhşiyə çevrilərək insanları yeməyə başlayır. Amma bədənin heç bir problem yaratmadan iki ay sekssiz yaşaya bilərsən. Bu iki ay müddətindən sonra onun seks istəyi təcavüz sayıla bilər.
- Bir müsahibənizdə qeyd etmisiniz ki, xəyanət varsa, bu, iki tərəfin də günahıdır. Yəni?
- Bəli, bu həmişə belədir. Bir qadın deyə bilər ki, mən onun üçün hər şeyi etmişəm, amma yenə də o, mənə xəyanət edir. Qadının burada günahı nədir? Çünki o, xəyanətkar adamla ailə həyatı qurub. Əvvəlcədən fikir verməlidir ki, bu insanın gözü-qaşı dinc dayanır ya yox. Ola bilər ki, qadın bunu görür, amma evlənəndən sonra kişinin əlini-qolunu, gözünü bağlayacağını düşünür. O, düzələn deyil, çünki onun kökü belədir. Bu halda kişinin davranışı tamamilə yanlışdır. “Mən beləyəm” deyib işin içindən çıxmaq olmaz. Təbii ki, ona haqq qazandırmırıq. Amma qadında da səhv var. Belə insanların heç ailə qurmağı belə lazım deyil. Bəzən münasibətlərdəki hər hansı problem də xəyanətə gətirib çıxara bilər. Biz adətən, oğlanların xəyanətindən danışırıq. Ancaq qızlar da xəyanət edirlər. Çünki onlar həddindən çox diqqət, qayğı istəyir. Başqa bir kişi yoldaşının göstərmədiyi diqqəti ona göstərdikdə qadın bu davranışa qarşılıq verəcək. Məqsəd seks olmaya bilər. Bəyənmək, flört etmək özü belə xəyanət sayılır. Kişinin evli ola-ola xəyanət etməsinin məqsədi sırf seksdir. Qadının xəyanətinin isə əsas məqsədi diqqətdir. Kişilər də bunu çox gözəl bilirlər, çünki onlar təbiətdə olan ovçulardır. Kişi xanıma elə yaxınlaşır ki, onun heç ruhu da incimir. Elə düşünürlər ki, kişi sadəcə onunla maraqlanır. Nəticədə aldanır və kişinin istədiyini ona təqdim edir. Bu da olur xəyanət.
- Bir də intim həyatında fetişi olanlar var. Onlar həyat yoldaşı ilə nə kimi çətinliklər yaşayırlar? Ümumiyyətlə, ortaq məxrəc tapmaq nə qədər mümkündür?
- Ümumiyyətlə, fetiş pis şeydir. Bütün fetişlər anormal cinsi davranışlar siyahısındadır. Məsələn, qadın kişiyə deyir ki, mən seks zamanı sənin dəri əlcək taxmağını istəyirəm. Yəni, bu boyda erkəkliyinlə sən heçsən, qadının bütün ehtirası bir əlcəyə bağlıdır. Əlbəttə ki, bu problemdir. İnsanlar özlərini bu fetişlərə öyrəşdirirlər. Çünki bunun beyin üçün fərqi yoxdur.
Beyin deyir ki, istəsən mən səni bir bitkiyə qarşı belə ehtiraslandıraram. Çünki seksi icra edən beyin, onu formalaşdıran isə bizik. Biz seksdə özümüzü nəyə öyrəşdirsək, beynimiz ona qarşı bizi ehtiraslandıracaq. Bəzi insanlar olur, hansı ki masturbasiya edərək öz ehtiyacını ödəyir və hər dəfə “evlənmək lazımdır”, “nəslimi artırmalıyam” deyir. Görürsən ki, artıq gəlib 45 yaşına çatıb ancaq hələ də evlənməyib. Niyə? Çünki masturbasiya həyatı onun beyni üçün xoş gəlir. Uzanıb üzü üstə divana, sürtünərək masturbasiya edir. Sizcə, bu insan nə vaxtsa evlənsə, yoldaşı ilə normal seks edə biləcək? Təbii ki, yox. Ona görə ki beyin qadına yox, divana öyrəşib. Hər birimiz sonradan öyrənirik ki, qadın kişini, kişi isə qadını görəndə ehtiraslanmalıdır. İnsanda instinkt yoxdur. İnsanlar kəşf etməsələr, heç nə bilmirlər. Kişiyə əvvəlcədən kimsə qadınla evlənəcəyini deməsə, ömür boyu bunu bilməz, və ya əksinə. Beyinə nəyi öyrəşdirirsənsə, onu icra edirsən. Uşaqlar görürlər ki, qadın və kişi, ata və ana, yəni qarşı cinslər bir yerdədir. Bu, zamanla formalaşır, yoxsa ki bunları dərk edərək dünyaya gəlmirik.
- Elə söhbət masturbasiyaya gəlmişkən, indiki gənclər, hətta yeniyetmələr arasında masturbasiya etməyən, bundan əlavə porno izləməyənini tapmaq çox çətindir. Bu, onlar üçün nə qədər lazımlıdır? Pornoya baxmaq nələrə yol aça bilər?
- Qız və ya oğlan olmasından asılı olmayaraq bir yeniyetmə ya da gənc əgər seks edə bilmirsə, bəs nə etməlidir? Təbii ki, masturbasiya etməlidir. Amma bunu düzgün formada həyata keçirməlidirlər. Hər gün və ya gündə bir neçə dəfə masturbasiya etmək ziyandır. Sonra da deyirlər ki, filankəs evlənib, amma uşağı olmur, toxumalarının sayı azdır və ya hərəkətsizdir. Əlbəttə ki, olar. Bir adam gündə beş dəfə masturbasiya edəndə toxumda hərəkət qalmaz da. Pornoya gəldikdə isə bu sadəcə fantastik bir filmə oxşayır. Amma porno daha çox maraq dairəmizdədir. Çünki içində həzz var. Yəni, hər hansı bir şey digəri ilə şərtləşir. Bu da sonradan insanda müəyyən dəyişikliklər yarada bilər. Bəzi oğlanlar pornodakı oğlanları super qəhrəman bilirlər. Həmin o “qəhrəman”ın etdiklərini özü edə bilmədiyi üçün özgüvəni aşağı düşür və bu, onu depressiyaya salır. Çünki o başa düşmür ki, pornoda izlədiyi o “qəhrəman” əslində iynə vasitəsilə seks edir. Bəziləri də bunu başa düşür, amma yenə də inanır. Necə ki qorxu filminə baxdığımızı, orada yaşananların gerçək olmadığını, yaradan fışqıran mayenin əslində qan olmadığını bildiyimiz halda yenə də qorxuruq, bu da elə. Əgər pornoya sadəcə bir kino kimi, yəni heç nə etmədən baxsaq, bir problem yoxdur. Amma onu şərtləşdirdikdə, bu o deməkdir ki, masturbasiya ilə pornonu birləşdirdikdə ziyanlı bir şeyə çevrilir.
- Dediniz ki, insanda instinkt yoxdur. Bəs niyə kişilər (hamısına aid deyil) yolda gedəndə və ya hər hansı bir yerdə açıq-saçıq geyinən qadın gördükdə gözlərini onun müəyyən bölgələrinə zilləyir? Bunu nəylə əlaqələndirmək olar?
- Kişilər sadəcə özləri üçün təhrikedici zona yaradıblar. Onlar üçün təhrikedici zona qadınların sinəsi və arxa hissəsidir. Amma kişilər sadəcə qadının açıq-saçıq geyinməyinə qarşı ehtiraslanmır. Onların çoxu hicablı bir xanımı belə gözüylə “skan” edib, ona qarşı ehtiraslana bilərlər. Bəzi kişilərin quruluşu belədir, hansı ki onlar xəstə ruha sahibdir. Sağlam ruha sahib olan kişini qadının açıq və ya qapalı geyinməsi maraqlandırmır, çünki onun fikri-zikri sadəcə cinsi həyat deyil. Əslində bu, qadınlarda da var. Kişilərin cinsi orqanı, arxa hissəsi, qolunun dirsəkdən biləyə qədər olan hissəsi və çiyinləri qadınların təhrikedici zonasıdır. Təbii ki, onlar arasında da sağlam və xəstə ruhlu olanlar var.
- Evli insanlardan danışdıq, istəyirəm biraz da subaylardan danışaq. Təəssüf ki, bugünkü gündə subayların ailə həyatına, xüsusilə toy gecəsinə hazır olmaması ciddi problemlərə gətirib çıxarır. İnsanların bu problemi aşa bilməməsinə səbəb nədir?
- Onların toy gecəsinə hazır olmamaları ya təcrübəsizlikdən, ya da məsələni gözlərində çox böyütmələrindən irəli gəlir. Bəzi ailələrdə bunların heç bir önəmi yoxdur, amma bəzilərində söhbətə xalalar, bibilər, başqa qohumlar qoşulur və məcbur edirlər ki, “parçanı bizə də göstərməlisən”. Bəs parçadakı nəticəni kim ortaya qoymalıdır? Oğlan. Təbii ki, bütün bunlar ona stress yükləyir. Hamının psixologiyası eyni gücə malik deyil. Biz heç kimi buna görə qınaya bilmərik. O zaman qınaya bilərik ki, o psixologiyasının zəif olduğunu, bu kimi basqılara dözməyəcəyini bildiyi halda, onu gücləndirmək üçün addım atmır. Çünki psixoloqa getməyə utanırlar. Qızlarda da problem ola bilər. Qorxa, oğlanı toy gecəsi özünə yaxın buraxmaya bilərlər. Çünki ona da xalası, bibisi öyrədib ki, bu dəhşətli dərəcədə ağrılı bir prosesdir. Bu da ona gətirib çıxarır ki, toy gecəsi qızların əksəriyyətində vaginizm yaranır. Yəni qızın cinsi orqanı gərginlikdən özünü qapadır və açılmır.
- Xarici ölkələrdə cinsi tərbiyə deyilən bir anlayış var. Niyə Azərbaycanda gənclərə bu tərbiyə aşılanmır?
- Ümumiyyətlə, xaricdə bir çox standartlar var ki, Azərbaycanda yoxdur. Xarici ölkələrdə olan standartlar bizdə də olsaydı, indikindən çox fərqli olardı. Məsələn, adi Skandinaviya türmələrinə nəzər yetirsək görərik ki, bizim çox istirahət mərkəzimizdən daha yaxşı şəraiti var. Orada məhbuslar kef edirlər, tək fərq ondan ibarətdir ki, çölə çıxa bilmirlər. Yəni, əslinə qalsa, xarici ölkələrdə olan çox şey bizdə yoxdur. Bəs bizdə nə var? İctimai qınaq var. Hər şeyi ictimai qınaqla həll etməyə çalışırlar. Bir hadisə olan kimi hamı bir ağızdan yıxıb- sürüyürlər. Hamı seçkilərdə, dövlət tədbirlərində və s. iştirak etməlidir. Hamı yıxılana təpik vurmalı deyil. Azərbaycanda qlobal dəyişiklik olmasa, cinsi mövzularda heç vaxt dəyişiklik gözləməyin. Çünki insanların düşüncə tərzi dəyişməlidir. Öz təcrübəmdən bir misal gətirim. Deməli, mən öz sosial şəbəkə hesablarımda bu mövzularda paylaşımlar edirəm. Bir dəfə penisin normal uzunluğunun nə qədər olması ilə bağlı bir paylaşım etmişəm, hansı ki bir xanım şərh bölməsində yazıb ki, ərimin penisinin uzunluğu 10 neçədir (dəqiq rəqəm yadımda deyil). Bu nədir axı? Kimə lazımdır, sənin ərinin cinsi orqanı neçə santimetrdir? Sadəcə bəzən insanlar istəyirlər ki, diqqət cəlb etsinlər və elə bilirlər ki, profildə öz adlarını qeyd etmədikləri zaman heç kim onları tapa bilməyəcək.
- Bəs, elə bir şey olub ki, etdiyiniz paylaşıma bir şərh yazıblar və bu sizin yaddaşınıza həkk olunub?
- Bəli... Bir şərh var idi, oxuyanda çox gülmüşdüm. Deməli, Tiktok platformasında qadın orqazmının necə rahat ola biləcəyi barədə bir video paylaşmışdım. Bir oğlan da mənim haqqımda belə bir şərh yazıb: “Qaqaş qadınlardan elə danışır ki, sanki özü minimum 5 il qadın olub”.
Əslində, bu şərhi yazanın yumor hissi çox xoşuma gəlmişdi və hələ də yadıma düşəndə buna gülürəm. Mən həmişə deyirəm ki, bizim ölkədə hər kəs “KVNşik”dir, bircə “KVN-şik”lərdən başqa (gülür).
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
|