“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
![“Neft ucuzlaşmağa davam etsə...” “Neft ucuzlaşmağa davam etsə...”](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738833340_888.png) “Azərbaycan neft ölkəsidir və iqtisadiyyatı əsasən neft sektorundan asılıdır. Dövlət büdcəsinin təxminən 70 faizi birbaşa və dolayı yolla neft gəlirlərindən maliyyələşir. İxracatın 90 faizə yaxını neft və neft məhsullarının payına düşür. Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının sabitliyi dünya bazarında neftin qiymətindən ciddi şəkildə asılıdır” Bunu Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra bir sıra ölkələrə qarşı iqtisadi təzyiq siyasəti yürüdür: “Kanada, Meksika və Çin onun əsas hədəflərindən biri olub. ABŞ hökuməti Çin məhsullarına qarşı 10 faizlik idxal rüsumu tətbiq edib. Cavab olaraq, Çin də ABŞ-dan gələn məhsullara eyni məbləğdə gömrük rüsumu qoyub. Bundan əlavə, Meksika və Kanada üçün nəzərdə tutulan 25 faizlik tarifin tətbiqi bir ay müddətinə təxirə salınıb. Fevralın 1-də qəbul edilən bu qərar daha çox təzyiq vasitəsi kimi görünür. Tramp administrasiyası Meksika və Kanadadan müəyyən güzəştlər gözlədiyi üçün bu cür addımlar atır. Əvvəlcədən fevralın 4-də qüvvəyə minməli olan tariflər hələlik təxirə salınıb, lakin Çinlə bağlı qərar icra olunmağa başlayıb. Bu cür iqtisadi gərginliklər qlobal bazarlara da təsir edir və dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artırır. Azərbaycanın neftdən asılı iqtisadiyyatı üçün isə bu tip dəyişikliklər neft qiymətlərinə təsir edən əsas faktordur”. İqtisadçının sözlərinə görə, Çin və ABŞ arasındakı qarşılıqlı ticarət məhdudiyyətləri qlobal iqtisadiyyata ciddi təsir göstərəcək: “Çindən Amerikaya ixrac minimum səviyyəyə qədər azalacaq, eyni zamanda ABŞ-dan Çinə göndərilən malların həcmi də aşağı düşəcək. Bu vəziyyət dünya ticarət dövriyyəsinin azalmasına gətirib çıxaracaq və nəticədə hər iki ölkədə qiymətlərin artmasına səbəb olacaq. Rüsumların tətbiqi nəticəsində Çində Amerika məhsulları, Amerikada isə Çin məhsulları bahalaşacaq. Bunun əsas yükünü isə ABŞ daşıyacaq, çünki Çin ABŞ-a daha çox məhsul ixrac edir. Bundan əlavə, Donald Tramp neftin qiymətini 40 dollara qədər endirmək niyyətindədir. O, bu məqsədlə Səudiyyə Ərəbistanı ilə müəyyən danışıqlara başlayıb və eyni zamanda ABŞ neft istehsalçılarının hasilatı artırması üçün sifarişlər verib. Trampın bu addımı əsasən Rusiyaya qarşı yönəlib, lakin neftin qiymətinin 40 dollara düşməsi təkcə Rusiyaya deyil, bütün neft ölkələrinə, o cümlədən Azərbaycana da mənfi təsir göstərəcək”. A.Nəsirli onu da əlavə edib ki, Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi neft olduğu üçün dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkənin gəlirlərini azaldacaq: “Valyuta ehtiyatlarının azalması fonunda büdcə öhdəliklərini yerinə yetirmək çətinləşəcək və nəticədə devalvasiya riski artacaq. Azərbaycanda devalvasiyanın getməsi məhz neftin dünya bazarında qiymətinin aşağı düşməsindən birbaşa asılıdır. Ona görə ki, neftin qiymətləri aşağı düşəndə Azərbaycanın gəlirləri azalır, valyuta ehtiyatları əriməyə başlayır və nəticədə hökumət büdcəni icra etmək üçün devalvasiya gedir. Azərbaycanın iqtisadi sabitliyi hazırda neftin qiymətinin necə dəyişəcəyindən və bu prosesin nə qədər davam edəcəyindən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ya daha aşağı səviyyəyə düşərsə və uzun müddət bu səviyyədə qalsa, ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər yarana bilər. Hazırda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təxminən 12 milyard dollar təşkil edir. Əgər hər ay 600-700 milyon dollar həcmində valyuta hərraca çıxarılsa, bu ehtiyatlar təxminən bir il üç ay ərzində tükənə bilər. Bu isə hökumətin qarşısında mühüm bir seçim qoyur: Manatı sabit saxlamaq üçün valyuta ehtiyatlarından istifadə etmək – Əgər neftin aşağı qiymətlə satılması bir ildən az davam edərsə, Azərbaycan hökuməti riskə gedib, ehtiyatlardan istifadə edərək milli valyutanı sabit saxlaya bilər. Devalvasiyaya getmək və ya üzən məzənnəyə keçid etmək – Əgər neftin ucuzlaşması uzun müddət davam edərsə və valyuta ehtiyatları azalarsa, hökumət məzənnəni tənzimləmək üçün devalvasiyaya gedə və ya manatı tam üzən məzənnəyə buraxa bilər. İki çıxış yolu arasında düzgün seçim etmək üçün hökumət neft bazarındakı vəziyyəti dəqiq qiymətləndirməlidir. Donald Trampın iqtisadi siyasəti neft ölkələri üçün faydalı deyil və Azərbaycan da bu prosesdən yan keçə bilməz. Azərbaycanın gələcək maliyyə sabitliyi, neft bazarındakı dəyişikliklərə və hökumətin atacağı addımlara birbaşa bağlıdır”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
|