![“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738828641_0001.jpg)
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Bank Avrasiya” ASC-yə sığorta agenti fəaliyyətini həyata keçirmək üçün lisenziya verilmişdir.
Yeni lisenziya “Bank Avrasiya” ASC-nin, öz müştərilərinə aparıcı sığorta şirkətləri ilə əməkdaşlıq çərçivəsində geniş çeşidli sığorta məhsullarını birbaşa bank filiallarında təklif etməyə, beləliklə müştərilərinə daha geniş və rahat maliyyə xidmətləri təqdim etməsinə imkan yaradacaqdır.