![“Kapital Bank” hər yerdə etimadı itirib “Kapital Bank” hər yerdə etimadı itirib](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738785835_1735880571_0001.jpg)
""Kapital Bank” vasitəsilə hüquqi şəxs Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün təxmini 600 manat dövlət rüsumu ödəyib, amma Elektron Məhkəmə Sistemi bu ödəniş qəbzinin nömrəsini qəbul etmir".
"DİA-AZ" xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov özünün "Facebook" səhifəsində qeyd edib.
Hüquqşünasın sözlərinə görə, artıq məhkəmə sistemi də bu bankı bərbad sayaraq qəbzini qəbul etmir: "Hüquqi şəxsin mühasibi bu gün “Kapital Bank”a getdi ki, kömək etsinlər, amma təbii, heç bir kömək etmədilər. Hüquqi şəxs məcbur oldu ki, başqa yolla bir də rüsumu ödəsin. İndi də narahatdır ki, görən “Kapital Bank”dan pulumu necə geri alım…".