"Fikirləşdim ki, susum, danışmayım, amma görürəm ki, alınmır. İstəyirəm ki, nə baş verdiyini biləsiniz. Bunu qadın ifaçılar etsə, deyərsən ki, zərif cinsin nümayəndəsidir, ürəyi xoş olsun deyə, yalandan da olsa, tərifləyər. Bunu kişilər edəndə isə dayana bilmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşdığı videoda deyib. O, bəzi kişi sənətçilərin pul qarşılığında bəzi müğənniləri təriflədiyini iddia edib:
"Bəzi özünə sənətkar deyənlər, efirdə bir neçə termini işlədir, hansı ki, camaat o sözləri bilmir. Yalnız musiqi təhsili olanlar bilir. İtalyan sözləri, notdan falan... 10 milyonun hamısı notu, termini bilmir ki... Camaat da deyir ki, bu necə savadlıdır. İnanın ki, o heç sıfır da deyil. Özünə sənətkar deyən kişi, özünü pula satır. Şəxsiyyətini, sənətini, mənliyini, kişiliyini, hər şeyini bir "iPhone"a, 5-6 minə, hətta 200 manata satır. Cibinə 200 manat qoy, səni tərifləsin. Bu indi olmayıb, əvvəllər də var idi. Rəhmətə gedənlər də elə olublar, özlərini satıblar. Kimsə onların cibinə 100-200 manat qoyanda, kimsə bir "iPhone" alanda tərifləyir. Amma qıraqda yıxıb sürüyür ki. bunun sənəti var? Ümumiyyətlə niyə efirdədir? Ona "qıjı", "çuşka", savadsız ifaçı, bayağı deyir. Sonra da həmin o bayağı dediyi insanı efirdə tərifləyir. Bir sifətiniz olsun da, kişisiniz. Ən azından cins olaraq kişisiniz. Adam da satılar? Bir az qürurunuz olsun, nə olar ki? Xalq bilməyə bilər, amma biz sizi tanıyırıq. Satılanlarsınız, satılanlar! Bunlar özlərini yığışdırmasalar, gələn videolarda da adlarını açıqlayacağam".