![Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb?](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738829187_0001.jpg)
“Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri zamanı Türkiyə ilə hələ bu günə qədər indiki kimi aktiv dialoqun olmadığını bildirdi”.
Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Ani Samsonyan deyib.
O, keçmiş prezident Serj Sərkisyanın hələ hakimiyyətdə olduğu illərdə Ankara və İrəvan arasında daha sıx dialoqun qurulduğunu söyləyib:
“Əgər dialoqdan bəhs ediriksə, 2008-2011-ci illərdə futbol üzərindən yaradılan əlaqə daha uğurlu idi. Prezidentlər səviyyəsində dialoq qurulmuşdu. Hətta onlar arasında sənəd də imzalandı, lakin daha sonra icra edilmədi. Paşinyan hökumətinin isə sonuncu dəfə Türkiyə rəhbərliyi ilə necə belə səmimi ünsiyyətdə olduğunu xatırlamıram. O, sadəcə Ankaranın bütün şərtlərini qəbul etməklə məşğuldur. Xüsusilə “erməni soyqırımı” barədə dedikləri xalqımıza hörmətsizlikdir. Fikrimcə, hakimiyyət həqiqətən də Türkiyə ilə aktiv dialoq aparır, amma erməni xalqından gizli şəkildə bunu edir”.
Qeyd edək ki, S.Sərkisyan 2009-cu ildə Ermənistan və Türkiyənin futbol üzrə milli komandaları arasında keçirilən qarşılaşmanı izləmək üçün Türkiyəyə səfər etmişdi.