Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                 

Təhsil Tələbə Krediti Fondunda ŞÜBHƏLİ SATINALMA - Tenderdə qalib gələn MMC qurumun sədrinə məxsusdur?
Tarix: 16-01-2024, 16:09 | Çap et
Təhsil Tələbə Krediti Fondunda ŞÜBHƏLİ SATINALMA
Azərbaycanda hökumətin prioritet hesab etdiyi sahələr sırasında təhsil xüsusi yer tutur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün hər il dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılması bunun bariz nümunəsidir.

Hökumətin bu istiqamətdə həyata keçirdiyi işlərdən biri də Təhsil Nazirliyi sistemində son illər aparılan struktur və kadr islahatları, keyfiyyət və əhatəliliyə əsaslanan strateji təşkilatların yaradılmasıdır. Belə təşkilatlardan biri də Prezident İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı 1367 saylı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondudur.

Təhsil almaq istəyən vətəndaşlara bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədi ilə yaradılan bu fond hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Ancaq yayğın iddialara əsasən, fondun hər il müəyyən lotlar üzrə gerçəkləşdirdiyi satınalmaların bəziləri qeyri-şəffaflığına görə dövlət büdcəsindən maliyyələşən müxtəlif qurumların satınalmalarına bənzəyir.

Yenicag.az Təhsil Tələbə Krediti Fondunun şəffaflığı şübhə doğuran satınalmaları barədə araşdırma aparıb. Bu araşdırmada fondun keçirdiyi tender qalib gələn təşkilatın Fondun rəhbərliyinə bağlılığını göstərən ciddi faktlar ortaya çıxır.

Qalib şirkət Fond sədrinə məxsusdur?

Araşdırmalarımız zamanı Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma diqqətimizi çəkdi. Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib olub.

“PRİMA CONSALTİNG” MMC 2013-cü ildə təsis edilib. Qurum təsis edilərkən onun ilk qanuni təmsilçisi Əliyeva Nigar Namiq qızı olub. Sonradan qanuni təmsilçi statusu Əliyev Famil Möhübəli oğlu keçib. Lakin hazırda şirkətin qanuni təmsilçisi Mənsimova Cəmilə Eldar qızıdır. Burada diqqəti çəkən qaranlıq məqamlardan biri “PRİMA CONSALTİNG” MMC-nin Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı göstərilən xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğunu hansı məkanlarada və neçə respondentin iştirakı ilə keçirməsidir. Bu barədə məlumatın Fondla sözügedən MMC arasında bağlanan satınalma üzrə müqavilənin predmetini təşkil edib-etmədiyi məlum olamasa da, açıq mənbələrdə həmin informasiyaya rast gəlinmir.

Ancaq bu da şübhə doğuran məqamların sonuncu “bənd”i deyil. İddialara əsasən, haqqında danışılan tenderdə qalib gələn “PRİMA CONSALTİNG” MMC məhz Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsusdur. Bununla bağlı səslənən iddialarda Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyi bildirilir.

Qeyd edək ki, Fondun keçirdiyi tenderdə qalib olan bu MMC-nin sifarişçi təşkilatın rəhbərinə məxsus olmasına dair iddialar Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun əsas müddəalarının kobud şəkildə pozulması anlamına gəlir.

Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlə bağlı yuxarıda qeyd olunan iddianın ciddiliyini nəzərə alaraq, həmin məqama aydınlıq gətirilməsi xahişi ilə fonda rəsmi sorğu ilə müraciət etdik. Ancaq təəssüf ki, göndərdiyimiz sorğuya verilən ümumi xarakterli cavabda vurğulanan iddiaya hər hansı formada münasibət bildirilməyib. Cavabda sadəcə olaraq, fondun keçirdiyi tenderlərin müvafiq qanunvericilik əsasında təşkil edildiyi və təsdiqləndiyi qeyd olunub:

“Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Fondun hər il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına malların (işlərin, xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma planına əsasən elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan verilməklə həyata keçirilir. Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas götürülür. Həmçinin, elektron satınalma portalı vasitəsi ilə həyata keçirilən satınalma prosesləri müvafiq dövlət qurumu tərəfindən nəzarət olunmaqla tamamilə aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkil edilmişdir.

Satınalmaların yekununda Tender komissiyasının təsdiq etdiyi yekun protokollar münasibət bildirilməsi və rəy alınması məqsədi ilə dövlət satınalmalarına nəzarət edən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir, həmin qurumun müvafiq rəyindən və təsdiqindən sonra qalib təşkilatlarla müqavilələr rəsmiləşdirilir. Satınalmaların yekunu ilə bağlı məlumatlar müvafiq qaydada həm elektron satınalma portalında, həm də Fondun rəsmi saytında yerləşdirilir. Bir daha müraciətinizə görə təşəkkür edərək bildiririk ki, qeyd etdiyiniz iddialar həqiqəti əks etdirmir. Hər-hansı əlavə sualınız yaranarsa hər zaman suallarınızı cavablandırmağa və məsələlərə aydınlıq gətirməyə hazırıq”.

Göründüyü kimi, cavabda Təhsil Tələbə Krediti Fondunun keçirdiyi məlum tenderdə qalib elan olunan MMC-nin faktik sahibinin kimliyi və onun sifarişçi ilə əlaqələrinə dair şübhəli məqamların üzərindən sükutla keçilib, “arzuedilməz” nüanslara toxunulmayıb. Ancaq bu taktika faktların biurdəfəlik ortadan qalxması, yaxud da onların mahiyyətinin dəyişməsi üçün yetərli deyil.

Mövzunu davam etdirəcəyik..










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru