Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                 

"Gəncənin baş memarı evimi dağıtdı, sərəncamı ləğv etdirdi" - ŞİKAYƏT
Tarix: 26-12-2023, 15:34 | Çap et
"Gəncənin baş memarı evimi dağıtdı, sərəncamı ləğv etdirdi"
Gəncə şəhərinin Kəpəz rayonunda Gəncə çayına yaxın ərazidə inşa olunan Gülyaz Nəbiyevaya məxsus ev və 29 metrlik hasarı şəhərin baş memarı Elxan Məmmədovun göstərişi ilə dağıdılıb. Evin uçurulmasına səbəb kimi Kəpəz rayonu İcra Hakimiyyəti tərəfindən verilən sərəncamın qanunsuz olduğu göstərilib. Lakin Gülyaz Nəbiyevanın anası Gülpəri Nəbiyeva yerli hakimiyyət orqanlarının bu adımının özbaşınalıq olduğunu iddia edir.

Zərərçəkənin anası Bakupost.az -a bildirib ki, onlar 1988-ci ildə Qərbi Azərbaycandan zorla deportasiya olunubar:
"Oradan Kəlbəcərə, sonra isə Goranboya köçmüşük. Hazırda Gəncədə kirayədə yaşayırıq. Burada da yaşamağa imkan vermirlər".
Gülpəri Nəbiyeva bildirib ki, qızı Nəbiyeva Gülyaz Zahid qızı Bakıdakı evini sataraq, Gəncəyə köçüb və 2016-cı ildə sözügedən ərazidə yerləşən 3,5 sot ərazidə yerləşən yarımtikilini alıb:
“Biz 1988-ci ildə Qərbi Azərbaycandan zorla deportasiya olunan ailəyik. Oradan Kəlbəcərə, sonra isə Goranboya köçmüşük. Hazırda Gəncədə kirayədə yaşayırıq. Burada da yaşamağa imkan vermirlər. Qızım 2022-ci ildə bu torpağı alanda ancaq hasar və evin bünövrəsi var idi. 2023-cü ilin fevralından burada tikinti işlərinə başlanıldı. Evin birinci mərtəbəsinin tikintisi yenicə başa çatmışdı ki, iyunun 19-da qızıma Gəncə şəhərinin baş memarı Elxan Məmmədov zəng edib bildirdi ki, evin sənədlərində problem var, tikinti işləri bugündən etibarən dayandırılmalıdır. Dayandırılmasa, inzibati qaydada tədbir görüləcək. Dedi ki, tikinti materiallarını evə qoyun, darvazanı da bağlayın. Biz də dedik, baş üstə. Tikinti dərhal dayandırıldı. Qızım fəhlələri evlərinə göndərdi, darvazanı bağlayıb kirayə qaldığımız mənzilə qayıtdıq".

Şikayətiçinin sözlərinə görə, baş memar onlara növbəti gün Gəncə şəhər İcra Hakimiyyətinə gəlməyi tövsiyə edib:
"Səhəri gün səhər saat 7-yə işləmiş o ərazidə yaşayan qonşu zəng edib dedi ki, eviniz uçub. Soruşdu ki, özünüz uçurmusunuz? Biz də tikinti üçün daş tapşırmışdıq. Elə bildik ki, daşı boşaldıb gedəndə maşın toxunub hasar uçub, qonşu da bunu deyir. Tez taksiyə oturub oraya getdik. Gördük ki, 29 metrlik hasarı uçurub darvazanı yararsız hala salıblar. Evi isə darmadağın ediblər. Qızım gördüyü dəhşətli mənzərədən huşunu itirdi. Onu qonşuların köməkliyi ilə özünə gətirdik. Dərhal məsələ ilə bağlı 102 yə, Gəncə şəhər Prokurorluğuna məlumat verdik”.
Gülpəri Nəbiyevanın dediyinə görə, qızı baş memarla əlaqə saxlayıb evinin uçurulduğunu bildirəndə, o, bu işlə əlaqəsinin olmadığını deyib:
“Qızım sübut olaraq kamera görünlülərini və söküntünü həyata keçirən traktor sürücüsünü tapdı. Əlimizdə sübut üçün faktlar, səs yazıları var. Qızımın evinin dağıdılmasında kommunal təsərrüfat idarəsinin müdiri, onun müavini və Elxan müəllinin birbaşa əli var. Traktor sürücüsü özü polis bölməsində etiraf etdi ki, evin uçurulması əmrini ona Elxan müəllim verib. Ev onun tapşırığına əsasən, uçurulub".

Şikayətçi deyir ki, məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, qurumdan heç kim onları qəbul etməyib:
"Növbəyə yazıldıq və günlərlə Elxan müəllimin qəbuluna düşməyə çalışdıq. Növbə çatanda dedilər ki, Elxan müəllim burada yoxdur. Sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdik, kompensasiya sənədi hazırlayıb Gəncə şəhər İcra Hakimiyyətinə göndərdik. Qohumlardan biri bizdən xəbərsiz Korrupsiya İdarəsinə müraciət etmişdi. Qızıma bildirildi ki, Korrupsiya İdarəsindən şikayətini geri götür, əks halda torpaq haqqında verilən sərəncam ləğv olunacaq. Qızım da gedib ərizəsini geri götürdü. Ərizəni geri götürəndən 3 gün sonra 6 il öncə verilən sərəncamı bizə heç bir xəbərdarlıq etmədən ləğv etdilər. Dəfələrlə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsək də, hələ də bir nəticə yoxdur. İki ay öncə qızım Gəncə şəhər Baş Prokurorluğunda olub, izahat yazıb. Üzərindən iki aydan artıq müddət keçməsinə baxmayaraq, hələ də bir səs-soraq yoxdur. Qızım Gəncə şəhər prokurorunun birinci müavini Rəsul müəllimin də qəbulunda olub. O deyib ki, çay qırağında ev tikdiyi üçün ona cinayət işi açıla bilər. Çünki qanuna əsasən, çay qırağında ev tikmək olmaz. Qızım isə bildirib ki, o ərazidə bütün evlərin hamısı çay kənarında tikilib. Niyə o evlərin sahiblərinə deyil, yalnız ona cinayət işi açılır? Cavab olar Rəsul müəllim ona deyib ki, bəlkə biri adam öldürəcək, sən də ona baxıb gedib adam öldürəcəksən? Bizə verilən son cavab budur. Məsələ ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmişik”.

Şikayətçi deyib ki, dekabrın 7-də Gəncə şəhər İcra Hakimiyyətinə kompensasıya sənədi göndəriblər. Ancaq bugünədək onlara heç bir cavab verilməyib:
“Bu işin başında Gəncə şəhərinin baş memarı Elxan Məmmədov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dayanır. Qızımın evini uçuran, torpağın sərəncamını ləğv edən də bu insanlardır. Bizə bildirilir ki, sərəncam qeyri-qanunidir, ona görə ləğv olunub. Ancaq həmin ərazidə olan 694 evin, eyni zaman da mənim qızımın evinin sərancamını Kəpəz rayonunun icara başçısı verib. Necə olur ki, bu evlərin heç birinə toxunmur, yalnız bizim evin sərəncamını ləğv edirlər. Əgər qanunsuzdursa, onda qoy bütün evlərin sənədləri qanunsuz sayılsın. Qızım evini satıb və o əmlakı 51 min manata alıb. Əlavə olaraq da 48 min manat xərc cəkib ev tikib. Oraya 100 min manat xərc qoyub. Evi uçurublar, sərəncamı da ləğv ediblər. Qızımı bu qədər ziyana salıblar. Fevral ayından evdə tikinti işlərinə başlanılanda bizə heç bir irad bildirmədilər. Ev hazır olandana sonra - iyunun 19-da yaxınlaşıb dedilər ki, evin sənədi qanunsuzdur, tikintini dayandırın. Qanunsiz idisə, niyə 5 ay müddətində bizə xəbərdarlıq etmədilər? Demək belə çıxır ki, gözləyiblər tikinti işləri yekunlaşsın, gəlib evi uçursunlar”.
Şikayətçinin sözlərinə görə, İcra Hakimiyyətində tikinti üçün onlardan 5 min manat pul istəyiblər:
“Qohumlardan biri bizdən icazəsiz Korrupsiya İdarəsinə müraciət edəndən sonra onlar bu istəklərindən geri çəkildilər və hər şey də bundan sonra başladı. Biz sadəcə anlaya bilmirik ki, niyə bizə qarşı belə ədalətsizlik, haqsızlıq edilir? Niyə o ərazidə heç bir ev yox, ancaq mənim qızımın evi uçurulur. Qızımın evi uçurulandan bir müddət sonra o əraziyə yaxın yerdə başqa bir ev tikildi. Ancaq heç bir kəs o evin tikilməsinə mane olmadı. Bir faktı da qeyd edim ki, hazırda qızımın uçurulan evinin yerləşdiyi ərazidəki Gəncə çayının bir hissəsi doldurulub və üzərində obyektlər tikilib. Bəs, çayın kənarında ev tikmək qanunsuzdursa, o obyektlərə niyə icazə verirlər?"
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Bakupost.az -a bildirilib ki, vətəndaş Nəbiyeva Gülyaz Zahid qızının Gəncə çayının mühafizə zolağında torpağa dair heç bir mülkiyyət, həmçinin tikintiyə dair icazə sənədləri olmadan tikinti apardığı müəyyən edilib:
"Vətəndaşa xəbərdarlıq edilib və qanunamüvafiq formada tikintinin aparılması dayandırılıb. Tikilinin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Vətəndaş hüquqlarının pozulduğunu ehtimal etdiyi təqdirdə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru