"Pul çörəyə güclə çatır, əti necə alım?" - REPORTAJ
Tarix: 17-11-2023, 11:41 | Çap et
 Astara rayonunun mərkəzi bazarının qəssabları deyir ki, ət alanların sayı kəskin azalıb. Adının çəkilməsini istəməyən qəssablardan biri bunun səbəbini belə izah edir: "Bazarda, əsasən, inək, qoyun və keçi əti satılır. Kəndlərdə diri malı baha satırlar. Biz də əti əhaliyə baha satmağa məcburuq. Baxanda qiymət elə də yüksək deyil. İnək ətinin bir kiloqramı 13, kələ əti 14, qoyun əti 14-15, quzu əti 16 manata satılır. Tərəvəz məhsullarının mövsümü başa çatıb. İlin bu vaxtları ətin ən çox satıldığı aylar olmalıdır. Ancaq ötən ilə nisbətən indi ət alanların sayı azdır. Alıcılar, əsasən, məmurlar, müəllimlər və həkimlərdir".
"Vaxt var idi bir qəssabın yanında üç-dörd nəfər çalışardı" Qəssabın deməsinə görə, son bir ildə ətlərin qiymətində 2-3 manat bahalaşma gedib. O, əlavə edir ki, əvvəllər qardaşı da bazarda ət satıb. Onun vurğulamasına görə, ətin əvvəlki illərə nisbətən az satıldığını görüb Rusiyaya getmək məcburiyyətində qalıb: "Qardaşım 30 il idi ki, burada ət satırdı. Gördü vəziyyət çətinləşir, çıxıb getdi Rusiyaya. Hazırda bir aydır oradadır, hələ iş tapa bilməyib. Vaxt var idi bir qəssabın yanında üç-dörd nəfər çalışardı, evlərinə çörək aparardılar. İndi bir nəfər özünü qəssablıqla güclə dolandırır. Pul az qalır. Halallıqla yaşayan qəssabın işi həmişə çətin olur".
"Pensiya ilə yaşayanlar elə də çox ət almırlar" Digər bir qəssab deyir ki, ətin az satılmasının səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasıdır: "İş yoxdur, pul da yoxdur. Pensiya ilə yaşayanlar elə də çox ət almırlar. Elə adamlar var ki, ətə baxıb gedir. Əslində 100 mindən çox əhalisi olan rayon üçün satılan ət elə də çox deyil. 150 kiloqramlıq malın əti üç günə satılır. Nisyə ət almaq istəyənlərin əlini geri qaytarmırıq".
"Nərə kimi balıqlara əlimiz çatmır" Adının çəkilməsini istəməyən yaşlı bir alıcının da sözlərinə görə, əhali ətin yox, çörəyin dərdini çəkir: "İki böyük övladım var, oturublar evdə, iş yoxdur. Evləndirə də bilmirəm. Pensiyamla dolanırıq. Pul çörəyə güclə çatır, əti necə alım? Adam var pulu var, hər gün ət alır. Mən ala bilmirəm. Həm də ət bahadır. Ayda bir dəfə alıram, qramla, dadını itirməyək. O gün yarım kiloqram ət aldım, satıcı qaşqabağını tökdü. Yarım kilo ətlə sümüyü necə versin? Yayda bir təhər dolanırsan, indi pomidor, xiyar da az qalır ətin qiymətinə çatsın. Nərə kimi balıqlara, ümumiyyətlə, əlimiz çatmır. Ətlə də belə olacaq".
Şahağacı kənd sakini Elçin İbrahimlinin sözlərinə görə də, kəndlərində hər adam ət ala bilmir: "Kəndin 5 min nəfər əhalisi var. Bir inəyin ətini üç-dörd günə satırlar, çoxu da borclu qalır. Ət almağa pulları yoxdur. Kəndimiz Xəzər dənizin kənarında yerləşir, əhali balıqla dolanırdı. İndi dənizə getməyə icazə vermirlər, həm də balıq tükənib. Dənizi əlimizdən alıblar. Kənddə vəziyyət ürəkaçan deyil".
Astara rayonunun Suparibağ kənd sakini Vidadi İbadovun dediyinə görə, satılan ətlərin heç də hamısı keyfiyyətli deyil.
"Ət bahalaşmaqda davam edəcək" Bu rayonun Seləkəran kənd sakini, heyvandarlıqla məşğul olan Mikayıl Əhmədovun dediyinə görə də, ətin bahalaşması davam edəcək: "30 ildir mal-qara saxlayıram. Son üç-dörd ildə saxladığım malların sayını iki-üç dəfə azaltmışam. Yem bahadır, örüş yerləri yoxdur. Mal-qaranı saxlamaqla məşğul olanların sayı da azalır, ona görə qiymət qalxır. Qiymət qalxdıqca ət alanların sayı da azalır. Bazarda ət qalır. Bir çoxları bunu ətin bolluğu ilə səhv salır. Əvvəllər toylarda ət yeməkləri ortada qalardı. İndi toya gedənlər birinci növbədə ət yeməklərini yeyirlər. Ətin qiyməti bahalaşmaqda davam edəcək".
Yazıda səslənən tənqidi fikirlərlə bağlı cavabdeh rəsmi şəxslərlə danışmaq mümkün olmayıb. Bir qədər əvvəl Astara rayon Kənd Təsərrüfatı İdarəsindən bildirmişdilər ki, ətin bahalaşmasına səbəb yemin bahalaşmasıdır.
Mənbə: AzadlıqRadiosu © Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
|