Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                 

“ƏN ÇOX KƏDƏRLİ ANLARIMDA MAHNI BƏSTƏLƏYİRƏM”
Tarix: 28-06-2012, 13:52 | Çap et
“ƏN ÇOX KƏDƏRLİ ANLARIMDA MAHNI BƏSTƏLƏYİRƏM”

VÜSALƏ HİKMƏTİN İNSANLIĞA BAXIŞI

Həyat mahnıya bənzəyir. Kimisində həzin, lirik musiqilər yaranır, kimiləri ritmik melodiyaların müəllifi olur. Bu musiqilərin sözlərini isə cəmiyyət yazır. Beləcə, cəmiyyətlə fərdin ahəngində insan haqda mahnı yaranır.

Bugünkü müsahibim də həyat melodiyasını yazmaqdadır. Hərdən kədərli musiqilər bəstələyir, hərdənsə ritmik parçalara könül verir. İstənilən halda, bu musiqinin sözləri ürəkaçan, ruhvericidir. Belə ki, gənc bəstəkar Vüsalə Hikmətin sənət işığına çoxları toplaşıb.

- Vüsalə xanım, nə üçün məhz bəstəkarlıq sənətini seçdiniz?
- Mən uşaq vaxtlarımdan musiqiyə həvəs göstərirdim. Hələ 5 yaşım olanda artıq öz musiqi duyumum və musiqiyə həvəsimlə yaşıdlarımdan seçilirdim. Sonralar valideynlərim gördülər ki, musiqiyə böyük həvəsim var, bu sahəni seçməyi məsləhət bildilər. Orta məktəbi bitirdikdən sonra mən özüm də qərarlaşdırdım ki, musiqinin mənim həyatımda çox böyük rolu var. Demək olar ki, musiqi ilə nəfəs alırdım. Ona görə də Bakı Musiqi Akademiyasına daxil oldum. Beləcə, bəstəkarlıq sənətinə gəlmişəm.

- Bu sənəti seçəndə inanırdınız ki, tezliklə populyar olacaqsınız?

- Təbii ki, bəstəkar olmağa başlayanda populyar olub-olmayacağımı bilmirdim. Allahın yazısıdır, kim populyar olacaq, kim olmayacaq. Çox insan tanıyıram ki, populyar olmaq məqsədilə bu sənətə gəlirlər, populyarlığa can atırlar, amma bunu əldə edə bilmirlər. Ona görə bu da Allah tərəfindən olan bir şeydir. Hər kəsin öz qisməti, öz taleyi var. Şəxsən mən ağlıma da gətirməzdim ki, populyar olacağam və mahnılarım dillər əzbəri olacaq. Onu da deyim ki, mən bu sənətə populyar olmaq üçün gəlməmişəm. Bəstəkarlıq sənətinə o qədər vurğun, aludə olmuşam ki, ona görə də bu sənəti seçmişəm. Bu gün də bəstəkarlıq sənətini seçdiyim üçün özümü xoşbəxt sanıram.

- İlk mahnınız hansıdır?

- İlk mahnım «Ana» mahnısı olub. Sözləri və musiqisi özümə məxsusdur. Bu mahnını çox sevdiyim anama həsr etmişdim. Korifey sənətkarlarla ilk işbirliyim isə artıq professional mahnı üzərində olub, həmin mahnını Flora Kərimova ifa edib. Ondan sonra işbirliyim Nisə Qasımova ilə başladı və bu axarla da getdi. Bir çox müğənnilərlə mənim işbirliyim olub və olmaqdadır.

- Belə demək olar ki, sizi cəmiyyətdə daha çox tanıdan «Sevgi mesajı» mahnısı oldu?

- Hardasa doğrudur. Həqiqətən də məni cəmiyyətdə tanıdan «Sevgi mesajı» mahnısı mənim üçün bir vizit kart oldu. O mahnının sözləri nəğməkar şair, dostumuz Reşat Kəsəmənlinin, musiqisi isə mənimdir. «Sevgi mesajı»ndan öncə mənim bir çox mahnılarım oxunmuşdu. Misal üçün, Nisə Qasımovanın ifasında «Cavab ver eşqimə, susma», «Sənin acığına» və s. səslənmişdi. Amma «Sevgi mesajı» çıxdıqdan sonra mən gördüm ki, bu mahnı balacadan tutmuş yaşlı insanlara qədər hər kəsin dilinin əzbəri oldu. Sözün düzü, mən «Sevgi mesajı»nı bəstələyəndə ağlıma da gətirməzdim ki, bu mahnı belə populyarlıq qazanacaq və bu günə kimi populyarlığını qoruyub saxlayacaq. Fikir vermisinizsə, indi də bu mahnı çox aktualdır.

- Gənc yaşda bu qədər ağır yükün altına girmək sizin üçün çətin deyil ki?

- Əlbəttə, gənc yaşda məhz bəstəkar olmaq, bu qədər mahnıların müəllifi olmaq, belə ağır yüklərin altına girmək çox çətindir. Lakin Allaha çox şükürlər olsun ki, gənc olmağıma baxmayaraq, öz işimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Hətta bir çox həmkarlarım mənə deyirlər ki, sənin 20-21 yaşında mahnıların oxunurdu, çox gənc yaşlarından populyar oldun, biz 35 yaşından sonra populyar olmuşuq. Təbii ki, mən buna çox sevinirəm. Bu da bir qismətdir. Gənclik insanı daha da ruhlandırır. Ona görə indi daha çox çalışıram ki, gələcəkdə ruhdan düşəndə, yaşlananda öz mahnılarımı zövqlə dinləyim.

- Belə demək mümkündürsə, mahnılarınızda lirikadan çox nikbinlik duyulur. Xaraktercə də nikbin insansınız?

- Bilirsiniz, mənim şən əhval-ruhiyyə bəxş edən mahnılarım çoxdur. Mənə elə gəlir ki, repertuarımda, sənətimdə, yaradıcılığımda hər stilə üz tutmuşam. İnsanlar mahnılarımı dinləyəndə bunu duya bilirlər.

- Məndə olan məlumata görə, mahnılarınızdan birini türk müğənnisi Ajda Pekkan oxuyacaq. Bu, nə dərəcədə doğrudur?

- Mən çox istərdim ki, mahnılarımdan birini Ajda Pekkan oxusun. Bu, mənim ən böyük arzularımdan biridir. Çünki Ajda Pekkanın sənətinin vurğunuyam. Amma mahnımı Ajda Pekkan yox, türk müğənnilərindən Bengü oxumalıdır. Bengü «Sevgi mesajı» mahnımı çox bəyənib və mənə xəbər yollayıb. Ola bilsin, gələcəkdə onunla işbirliyim olsun.

- Daha çox hansı anlarda mahnı bəstələyirsiniz: kədərli, yoxsa sevincli?

- Ən çox kədərli anlarımda mahnı bəstələyirəm. Düzdür, hansısa müğənni tərəfindən təklif ediləndə ki, Vüsalə xanım, bu şeiri verirəm sənə, belə bir mahnı bəstələ, bu halda mənə əhval-ruhiyyə gərək deyil. Mən oturub onu işləyə bilirəm. Amma özüm mahnı yazmağı qərarlaşdırmışamsa, bu, təbii ki, kədərli anlarımda baş verir.

- Qarşıda nə kimi planlarınız var?

- Planlarım çoxdur, əsərlər üzərində çalışıram. Müğənnilərlə də işləyirəm. Nisə xanım yeni «Yoxsan qəlbimdə» adlı mahınımı oxuyub. Xatirə xanıma, Samirə xanıma yeni mahnı bəstələmişəm. Hal-hazırda İlhamə Qasımova ilə çalışırıq. Flora xanımla ritmik bir mahnı yazdırdıq. Qarşıda planlarım, yeniliklərim çoxdur. Çalışmışam ki, sənəti olan sənətçilərlə, sənətkarlarla çalışım. Kimin sənətini sevmişəm, kimin sənətinin vurğunu olmuşamsa, onlarla çalışmışam və çalışmaqda da davam edirəm.

Bu dəfə həmsöhbətimin həyat mahnısının bir neçə sətrini yazmaq mənə qismət oldu. Fikrimcə, bu yazı onun ömür yolunun dinamikasına, ritminə uydu. Beləcə, sizinlə birlikdə Vüsalə Hikmətin mahnısını birlikdə zümzümə etmiş olduq...

Söhbətləşdi: gənc şair-jurnalist Fuad Biləsuvarlı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru