Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                 

GÜNÜ-GÜNDƏN ÇİÇƏKLƏNƏN KORRUPSİYA
Tarix: 29-05-2012, 12:22 | Çap et
GÜNÜ-GÜNDƏN ÇİÇƏKLƏNƏN KORRUPSİYA

RAMİZ MEHDİYEVİN OĞLUNUN KANTORUNDA VƏZİYYƏT DAHA BƏRBADDIR

DİA.AZ: - Bu gün Azərbaycan bölgənin lider dövlətinə və iqtisadi cəhətdən inkişaf etmiş ölkəsinə çevrilib. Sürətli inkişaf, müasir sənaye müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması ölkəmizə gələn immiqrantların sayının artmasına səbəb olub. Ölkələrindəki işsizlikdən bezib böyük ümidlə iş dalınca Azərbaycana üz tutanlar arasında nəinki qonşu ölkə vətəndaşları, MDB dövlətlərindən, hətta Çin, Pakistan kimi ölkələrdən insanlar da var. Hazırda ölkəmizdə 90 ölkədən 460 minə qədər miqrant yaşayır. Onların 75 faizinə qədəri kişi, qalanları isə qadın və uşaqlar təşkil edir.

DİA.AZ bildirir ki, bu miqrantların böyük əksəriyyəti Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Onlardan əməkçi miqrant statusu ilə işləyənlərin sayı isə 10 minə yaxındır.

Miqrant adı ilə gələnlərin çoxu rəsmi qeydiyyata düşmür

Rəsmi statistikaya görə, ötən il immiqrantların 77,1 faizi Rusiyadan, 8,1 faizi Qazaxıstandan, 4,3 faizi Ukraynadan gələnlər olub. Gürcüstandan və İrandan gələn əcnəbilərin sayı da çoxluq təşkil edir. Daha çox bu iki ölkədən olan şəxslər qeydiyyatsız fəaliyyət göstərirlər. Ümumiyyətlə, əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin bir çoxu rəsmi qeydiyyata düşmür, əksəriyyəti qeyri-qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olurlar.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti isə qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər görür. Təkcə ötən həftə ərzində xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir, Hacıqabul, Sabirabad, həmçinin Quba, Qusar rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan tikinti sahəsində çalışan 167 əcnəbi vətəndaş saxlanılıb.

İşləmək üçün gələn əcnəbi aidiyyəti qurumlara müraciət etməlidir

Təkcə bu ilin aprel ayı ərzində 1.140 əcnəbi və vətəndaşlığı olmayan şəxs inzibati qanunvericiliyin tələblərinin pozduğu üçün onlardan 310 nəfərinə cərimə tətbiq edilməklə, ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 734 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 96 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, Azərbaycana işləmək üçün gələn əcnəbi aidiyyəti qurumlardan xüsusi viza və icazə almalıdır. Viza əsasında ölkəmizə gələn əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir. Yəni viza bir il müddətinə verilibdirsə, lakin vizada əcnəbinin ölkədə olma müddəti 30 gün göstərilibsə və müddəti uzadılmayıbsa, onda o, həmin müddət keçdikdən sonra ölkəni tərk etməlidir. Əcnəbinin ölkədə olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən uzadıldığı halda Xarici İşlər Nazirliyi onun vizasının müddətini uzadır.

Azərbaycan miqrantların ən çox gəldiyi ölkələrdəndir

Araşdırmalar göstərir ki, artıq Azərbaycan MDB-də miqrantların ən çox gəldiyi ölkələrdəndir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktorpak bildirib ki, əgər bir vaxtlar Azərbaycandan insanlar xaricə daha çox axın edirdisə, hazırda proses tam fərqlidir: "Azərbaycan hər kəsin gözünün qarşısında sosial inkişafla bağlı nailiyyətlər əldə edir. Azərbaycan miqrantların çıxdığı ölkədən, miqrantların gəldiyi ölkəyə çevrilib. Azərbaycan Rusiya və Qazaxıstandan sonra regionda miqrantların ın çox gəldiyi 3-cü ölkədir".

İmmiqrant statusunu necə almaq olar?

Müvəqqəti yaşamaq üçün icazəni Dövlət Miqrasiya Xidməti verir. Lakin icazəni əldə etdikdən sonra əcnəbilər yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata alınmaq üçün müraciət etməli və onların ölkədə olma müddətinin artırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Qərarı yaşadığı yer üzrə daxili işlər orqanlarına təqdim etməlidirlər.

Azı iki il ölkədə qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq hüququ, yəni immiqrant statusu verilə bilər. Beləliklə, immiqrant statusu Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı ilə təsdiqlənir. İmmiqrant statusu 5 il müddətinə verilir, bu müddət bitdikdən sonra 5 il müddətinə uzadıla bilər və uzadılmaların sayı məhdudlaşdırılmır.

İmmiqrant statusu alan şəxs yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir və bu halda o, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi ilə təmin edilir.

Ölkəyə xeyirdən çox ziyan vururlar

Əcnəbilər əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərsələr də, tikinti sahəsində çalışanlar da var. Hadisələrin gedişi göstərir ki, yerli sahibkarlar da əcnəbi işçilərin çox olmasında maraqlıdır. Çünki onlar, yerli vətəndaşa nisbətən, əcnəbiyə daha az əmək haqqı verir və onların əməyindən ən ağır işlərdə istifadə edə bilir, bu zaman isə yerli əməkçilərin hüquqları pozulur.

Ölkə daxilində işsizlərin olduğu bir ərəfədə qeyri-leqal miqrantların sayının artması isə arzu olunan hal deyil. Qeyri-leqal miqrantlar gəldikləri ölkəyə xeyirdən çox ziyan vururlar. Onlar kriminogen durumun gərginləşməsində də az rol oynamırlar. Bunu şimal qonşumuz olan Rusiyanın timsalında aydın görmək olar. Belə ki, bu ölkədə törədilən cinayət əməllərinin təxminən yarısı məhz gəlmə qeyri-leqalların payına düşür.

Bundan başqa, qeyri-leqallar olduqları ölkələrə iqtisadi zərər də yetirir. Misal üçün 50 min insan qanuni əmək fəaliyyəti ilə məşğul deyilsə, deməli onlar, ən azından, hər biri icazəyə görə illik 1000 manat vəsait ödəməkdən yayınır. Bu, bütövlükdə 50 milyon manat vəsait deməkdir. Onların aldığı məvaciblərdən dövlət büdcəsinə köçürülməsi üçün müvafiq vergilər də tutulmalıdır.

Deməli, onlar Azərbaycan büdcəsinə 100 milyon manata qədər vergi verməkdən yayınır. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyanın vurulması deməkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru