MƏTBUAT ŞURASININ RAYON BİZNESİ
Tarix: 17-10-2011, 13:29 | Çap et
ƏFLATUN AMAŞOVUN İCRA BAŞÇILARINI MÜDAFİƏDƏ MƏQSƏDİ NƏDİR?
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçən həftə bir qrup jurnalistin Salyan rayonuna səfəri baş tutdu. Əslində, burada qeyri-adi bir hadisənin olmadığını və MŞ-nin bu kimi təşəbbüslərinin alqışlanmalı olduğunu söyləmək də olardı. Amma… Məhz bu «amma»lar səbəbindən yuxarıdakı fikri söyləməyimiz mümkün olmur.
«Dünya» İnformasiya Agentliyi redaksiysına (diaaz.space) daxil olan məlumatlarda bildirilir ki, əslində Mətbuat Şurasının bu səfərdə məqsədi tamam başqadır. Bu barədə danışan mənbənin sözlərindən məlum olur ki, MŞ-nin bu səfərdə konkret marağı var.
Xatırladaq ki, nə zamandır bir sıra qəzetlərdə və xəbər portallarında Salyan rayonundakı özbaşınalıqlarla və bu özbaşınalıqların başında duran rayonun icra başçısı Tahir Kərimovla bağlı məlumatlar yer almaqdadır. Məlumatların davamlı şəkildə qəzet səhifələrinə yol tapması səbəbindən, hətta rayonun icra başçısı öz qoçularını «Yeni Müsavat» qəzetinin redaksiyasına da göndərmişdi. Redaksiyaya basqın edən «rayon ağsaqqalları» Tahir Kərimovla bağlı yazılanların həqiqətə uyğun olmadığını iddia etməklə yanaşı, bu yazıların durdurulmasını da tələb etmişdilər.
Amma yazılar durmadı və bu zaman dövriyyəyə Mətbuat Şurası qoşuldu.
Qeyd edək ki, Mətbuat Şurasının bu kimi problemlər çıxdığı zaman məmurların, icra başçılarının sipəri rolunda çıxış etməsi heç də ilk dəfə deyil ki, baş verir. Buna qədər də belə hallar yaşanılıb. Məsələn, bir neçə il əvvəl Yevlax rayonundakı qanun pozuntuları mətbuatın xüsusi diqqət mərkəzində idi. Həmin dövrdə rayona başçılıq edən Elmar Vəliyevlə bağlı faktların intensiv qaydada qəzet səhifələrinə yol tapması məhz Mətbuat Şurasının müdaxiləsinin ardından dayandırıldı.
Özünə yaxın olan 10-dan artıq qəzet nümayəndəsini başına yığan Mətbuat Şurasının sədri Əflatun Amaşov Yevlaxda təmtəraqla qarşılandı. Təbii ki, bu təmtəraqın bədəli də sonradan səfərdə olmuş qəzet nümayəndələrinin yazıları ilə qarşılandı. Paralel olaraq Əflatun Amaşovun da Elmar Vəliyevə bir-iki «xoş sözü» də bədəl kimi qarşılandı. Amma MŞ sədri üçün bu səfəri unudulmaz edən həm də Yevlaxda ona bağışlanan qızıl saat oldu. Həmin ərəfədə yayılan məlumatlarda o da qeyd olunurdu ki, Yevlaxa gedən digər həmkarlarımız da əliboş qayıtmayıblar. Onların da hər birinə 1000 manatlıq zərflərin təqdim olunduğu söylənilir.
İndi isə Mətbuat Şurasının təşkilatçılığı ilə Salyana baş vuruldu. Mənbəmiz eyni təmtərağın Salyanda da yaşandığını bildirməklə yanaşı qeyd etdi ki, məhz bu səfərin təşkilinin müqabilində MŞ sədrinə əməlli-başlı görüm-baxım edilib. Hər halda, bu faktın hansı dərəcədə həqiqətə uyğun olduğunu bilmirik. Bildiyimiz isə odur ki, MŞ-yə aid ayrı-ayrı şəxslər dəfələrlə müxtəlif KİV-dən Salyan rayonu icra hakimiyyətinin başçısı Tahir Kərimovun xahişini ediblər. Yəni heç nə təsadüfi deyil.
Onu da bildirək ki, əslində Mətbuat Şurası yaranarkən sırf olaraq mətbuatın üzləşdiyi problemlərin həlli məqsədilə düşünülüb. Yəni o zamanlar əksər qəzetçilər zənn edirdilər ki, Mətbuat Şurası bir növ qəzetlərlə hakimiyyət arasında ünsiyyət vasitəsi, barışdırıcı körpü rolunu oynayacaq. Amma indi məlum olur ki, Mətbuat Şurası qəzetlərin hakimiyyətə satılmasının təşkilində arçılıq edir. Qəzetlərin diz çökdürülməsində Mətbuat Şurası bir alət olaraq istifadə olunur. Elə hal-hazırda barəsində haqsız olaraq cinayət işi qaldırılan «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri də məhz Mətbuat Şurasının «qurbanlarından» hesab olunur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|