Ermənistan müharibə hazırlıqlarını sürətləndirir .....                     “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” .....                     Paşinyanın qorxuları... .....                     İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır .....                     Pensiyası kəsilən Laçın sakini... .....                     Rusiyanın Azərbaycana qarşı qara piarı .....                     Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı .....                     Gömrükdə adama tövbələtmə oxudurlar .....                     İran özünün düşmənçilik yolundan əl çəkməsə... .....                     Gəncə Xəstəxanasından ŞİKAYƏT .....                     "Şəhid şəkillərini maşına vurub gəzmək…" .....                     Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? .....                     Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                 

"UNİBANK"IN HİMAYƏDARININ ERMƏNİ SEVGİSİ
Tarix: 17-10-2011, 11:22 | Çap et
"UNİBANK"IN HİMAYƏDARININ ERMƏNİ SEVGİSİ

"MİGOM"UN TƏBLİĞATI HANSI MƏQSƏDƏ XİDMƏT EDİR?

DİA.AZ: - Keçənlərdə işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən xarici şirkətlər, eyni zamanda bu şirkətlərlə, hətta ermənilərin özləri ilə ciddi biznes əlaqələri quran məmurlar haqda geniş yazı dərc etmişdik. Bu istiqamətdə apardığımız araşdırmalar ortaya yeni faktlar çıxarmaqdadır. Bu dəfə məsələ Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyətlə məşğul olduğuna görə Azərbaycanın "qara siyahı"sında yer alan şirkətin Azərbaycan məmurlarından biri ilə iş birliyi ilə bağlıdır. Söhbət "MİGOM" pulköçürmə sistemindən gedir.

İyun ayında Azərbaycanın Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı işğal altında olan ərazilərində "MİGOM" sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib. Onu da qeyd edək ki, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib. "MİGOM" pul köçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq, işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank 2010-cu il 08 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.

Mərkəzi Bankın bu qərarına rəğmən adıçəkilən pul köçürmə sistemi Bakı küçələrində və metroda reklam olunur. Metronun qatarlarında quraşdırılmış monitorlarda yayımlanan reklamlar arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra pul köçürmə sistemləri ilə bərabər "MİGOM" pul köçürmə sistemi də var.

Məsələ ilə bağlı Metronun monitorlarında reklam yerləşdirən firmanın - "İNNOMARK" MMC-nin əlaqə telefonlarına zəng vurduq. Televonumuza cavab verən şirkətin Kazımov soyadlı məsul şəxsi bildirdi ki, bir şirkət olaraq reklamın məzmununa görə məsuliyyət daşımırlar: "Müqavilədə də bu barədə göstərilir. Əgər reklam olunan məhsul reklam qanununa zidd deyilsə, bizim buna öhdəçiliyimiz yoxdur".

Nə qədər maraqlı olsa da cənab Kazımov əvvəllər də onlara bu kimi iradların bildirildiyini dedi: "Azərbaycan qanunvericiliyinə görə bu məsuliyyəti biz yox, həmin reklamın sifarişçisi olan şirkət daşıyır. Biz yalnız reklamların məzmun və formasına cavabdehik." Hüquqi baxımdan şirkət haqlıdır. Doğurdan da "MİGOM" pul köçürmə sistemi hansı bank tərəfindən reklam olunursa məsuliyyət də məhz onun üzərindədir.

Həmin bankın adına keçməzdən öncə isə Mərkəzi Bankın fəaliyyəti ölkə ərazisində qadağan edilən "MİGOM" və digər bu kimi qurumlarla bağlı qərarından başqa bir məqama diqqət yetirək. Sözsüz ki, Mərkəzi Bank fəaliyyəti qadağan olunmuş qurumun reklamına görə heç bir məsuliyyət daşımır, bu məsələ ilə məşğul olan qurum - Bakı Şəhər İcra Hakimiyyəti yanında Reklam İdarəsi var. Amma Mərkəzi bank Azərbaycan banklarının həmin pul köçürmə sistemilə ilə işləməsinə birbaşa qadağa qoyub. Mərkəzi Bank 2010-cu il 8 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb. Əslində bu qadağaya əməl olunarsa hər hansı bir reklamın əhəmiyyəti də yoxdur. Amma görünən odur ki, Mərkəzi Bankın qadağasına əməl olunmur. Çünki metroda "MİGOM"un reklamının sifarişçisi olan UNİBANK bu qurumla əməkdaşlığı davam etdirir və öz rəsmi saytında da bunu açıq şəkildə təbliğ edir.

UNİBANKIN rəsmi saytında pulköçürmələr bölməsində yazılır: "Pul köçürmələrinin həyata keçirilməsi prosesini daha rahat, səmərəli və qənaətcil etmək üçün, biz bankımızda eyni zamanda altı müxtəlif pul köçürmələri sistemini tətbiq etmişik". Bunun ardınca isə nəzərdə tutulan altı sistemin adı yer alır ki, bu sırada "MİGOM" da var. "MİGOM"-a aid ayrıca bölmədə isə müştərilər üçün pul köçürmələri sisteminin xüsusi üstünlükləri sadalanır. Başqa sözlə, istənilən reklam lövhəsindəki hər hansı bir anlaşılmazlıqdan kənar UNİBANK öz saytında fəaliyyəti ölkə ərazisində rəsmən qadağan olunmuş qurumlar əməkdaşlığını açıq aşkar göstərir və onu təbliğ edir. Saytda yer alan məlumatlar arasında başqa bir məqam da diqqətimizi çəkdi. "MİGOM sistemi ilə əhatə olunan ölkələr arasında Abxaziya və Pridnestrovye kimi adlar da var. Halbu ki, hər iki coğrafi məkan Gürcüstan və Moldova respublikalarının ərazisidir və onların ölkə kimi göstərilməsi ən azı bu respublikaların ərazi bütövlüyünə hörmətsizlik sayıla bilər.

Beləliklə, Azərbaycan dövlətinin qanunlarına, ərazi bütövlüyünə həqarət edən, hətta dövlət üçün diplomatik problemlər də yarada biləcək UNİBANK kimə məxsusdur və bu qədər qanunsuzluqlar müqabilində cəzasız qalan bankı kim qoruyur. İlk öncə onu bildirək ki, UNİBANKın Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Deyilənə görə T.Qəribovun dünyanın kazino mərkəzlərindən hesab edilən Monto-Karlo şəhərində mülkü var. Bankirin əsasən orada yaşadığı, Azərbaycana az-az gəldiyi söylənir. Aldığımız məlumatlar arasında UNİBANKdan qara pulların yuyulması prosesində də geniş istifadə olunur.

UNİBANK himayədarları barədə də maraqlı məlumatlar var. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən sonra bu bankın himayədarları bir neçə dəfə dəyişdirilib. Həmin məlumatlarda bildirilir ki, sözügedən bank Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tərəfindən himayə olunur. Bankın şəriklərindən biri kimi gənclər və idman naziri Azad Rəhimovun da adı çəkilir. Deyilənə görə, ölkənin bir neçə tanınmış şəxsi əmlakını bu bankda saxlayır. Onların sırasında sabiq baş prokuror Eldar Həsənovun da adı çəkilir.

Başqa bir qaynaqdan aldığımız xəbərə görə isə UNİBANK gerçək himayədarı və əsas patronu nəqliyyat naziri Ziya Məmmədovdur. Sadəcə, Ziya Məmmədov Azərbaycan sərhədləri daxilində ümumi nəzarəti həyata keçirir, Səməd Seyidov isə bankın Avropanın maliyyə strukturları və biznes dairələri ilə əlaqələrinə sorumludur.

Məsələ ilə bağlı dəfələrlə UNİBANKla əlaqə saxlamağa çalışsaq da hər iki qurumdan mövqe öyrənə bilmədik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41
Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37
İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34
Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32
Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28
Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23
Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21
İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12
Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10
"Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07
Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07
Tanınmış rejissora ağır itki
Dünən, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Dünən, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru