Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                 

İRAN «ƏL-QAİDƏ»NİN ADINDAN HƏDƏLƏDİ
Tarix: 22-05-2012, 12:25 | Çap et
İRAN «ƏL-QAİDƏ»NİN ADINDAN HƏDƏLƏDİ

GUYA TERROR TƏŞKİLATI AZƏRBAYCANI QANA BOYAYACAĞINI BƏYAN EDİB

DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı təbliğat kampaniyasını daha da gücləndirib. Əslində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun aqressiv reaksiyasından da aydın olur ki, artıq rəsmi Bakının da İrana dözüm nümayiş etdirmək fikri yoxdur.

Bildirək ki, az qala bir ilə yaxındır ki, rəsmi Tehran öləmizə və dövlətimizin rəhbərlərinə qarşı çox iyrənc bir təbliğat aparır. Son günlər isə bu təbliğat kampaniyasında söyüş dolu ifadələrin də sayı artıb.

Bu xüsusda isə daha çox fərqlənəni «arannyus» və «abna» xəbər portallarıdır. DİA.AZ bildirir ki, hər iki portal birbaşa olaraq İranın xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərir. Əgər dünənə qədər yalnız söyüşlü ifadələr «abna» portalında yer alırdısa, iki gündür ki, «arannyus» portalı da dövlətimizə və dövlət rəhbərlərimizə qarşı hədyanlar yağdırmağa başlayıblar.

«Arannyus» portalı əgər əvvəllər Azərbaycan hakimiyyətini hədəfə alanda ümumi cümlələrdən istifadə edirdisə, indi prezident İlham Əliyevi birbaşa olaraq hədəf kimi seçib və bu qəbildən bir neçə materialı portala yerləşdiriblər.

Daha iki materialda isə Azərbaycan bir dövlət olaraq hədələnir və iddia olunur ki, guya məşhur «Əl-Qaidə» terror təşkilatı da Azərbaycanı hədələyib. Həmin iki materialı olduğu kimi diqqətinizə çatdırırıq:

«Əlqaidə dəstəsi Azərbaycanı bu ölkədə gey-parad keçiriləcəyi surətdə terror və təhlükə yaradacağı ilə hədələdi» başlıqlı məqalədə deyilir:

«AranNews: Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Əlqaidəyə bağlı "Ərəb Mücahidləri Təşkilatı" bəyanat yayaraq bildirib: Bakıda gey-paradla eyni zamanda bu şəhərin küçələri homoseksualların qanına boyanacaq!"

Bu barədə İsrailin “Ediot Ahronot” qəzeti yazıb:Beynəlxalq yarışlara qatılan İsrail idmançılarının təhlükəsizliyini MOSSAD agentləri və bu ölkənin kəşfiyyat strukturlarının yaxşı silahlanmış xüsusi təyinatlıları təmin edir. Bu baxımdan “Eurovision” üçün Bakıya gələn İsrail nümayəndə heyətini bu ölkənin xüsusi xidmət əməkdaşlarının müşayiət edəcəyi əvvəlcədən gözlənilirdi.

Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, MTN “Eurovision” yarışmasının, bu yarışmada iştirak edəcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Bəyanatın davamında belə deyilir: "Biz "Eurovision" müsabiqəsini Bakı hökuməti üçün qorxulu yuxuya çevirəcəyik. Mücahidlər Qafqazda həmişə öz sözünü demiş və ona əməl etmişdir".

Ərəb Mücahidləri Təşkilatı "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz" ayəsinə istinad edərək bildirib: "Homoseksuallar və şeytanın tərəfdarları elə fikirləşməsinlər ki, Azərbaycanda istədikləri hərəkəti edə biləcəklər. Xeyir! Onlara hücum olacaq və Mossad, I6, CİA və digər təşkilatlarını heç birinin onları qorumağa gücləri çatmayacaq".

Bu təhdid elə bir şəraitdədir ki, sözü gedən müsabiqənin təşkilatının rəhbərləri təhlükəsizlik məsələsinə daha çox xərc çəkiblər. Çünki dünyanın müxtəlif ölkələrindən olan homoseksualların axşışıb gəlməsi ilə gözlənilən təhlükəsizlik tədbirləri görə bilməyəcəklərindən qorxurlar. Bu məsələ Bakı dövlətini "Eurovision" müsabiqəsi astanasında təhlükəsizliyə təminat vermədiyini bildirməyə məcbur edib, Əlqaidə və vəhabi dəstələrinin təhdidlərindən nigəran olduqlarını bildirib.

Deyilənlərə əsasən, Azərbaycan Respublikası müsabiqənin təhlükəsizliyini təmin etmək üçün Mossad kəşfiyyat təşkilatı ilə əməkdaşlıq edir və Mossad qüvvələrinin əsas vəzifələri Bakıda "Eurovision" müsabiqəsinin keçiriləcəyi yerin və onun ətrafınının təhlükəsizliyini qorumaqdır.

Əlqaidə müxtəlif ölkələrin əhalisindən üzvləri olan çoxmillətli bir təşkilatdır. Əlqaidə həqiqətdə, hüzurunun təsirini indiyə kimi Əfqanıstandan əlavə, Əlcəzair, Misir, Mərakeş, Türkiyə, İordaniya, Tacikistan, Özbəkistan, Suriya, Çin, Hindistan, Pakistan, Banqladeş, Maleziya, Myanmar, İndoneziya, Filippin, Livan, İraq, Ərəbistan, Küveyt, Bəhreyn, Yəmən, Libiya, Tunis, Çeçenistan, Dağıstan, Kəşmir, Somali, Sudan, Keniya, Tanzaniya, Azərbaycan, Eritreya, Uqanda, Efiopiya, Bosniya, Kosovo, Amerika, İngiltərə, Portuqaliya, Almaniya, İsveç ölkələrində aşkar görünən beynəlxalq bir şəbəkədir.

"Ərəb Mücahidləri Təşkilatı" Əlqaidənin şəbəkələrindən biridir və Orta Asiya və Qafqaz dairəsində fəaliyyət göstərir. "Ərəb Mücahidləri Təşkilatı" Azərbaycan Respublikasında "Xəvaric" və "Sələfilər" kimi iki qrupla əməkdaşlıq edir».


«Bakı dövləti homoseksualların paradını təşkil etməklə öz kökünə balta vurur» başlıqlı məqalədə deyilir:

«AranNews: "Şəriət Məhkumları" silsiləli İclas bu dəfə Mirdamad rayonunun "Əmir əl-möminin (ə)" məscidində Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun icraçı müdiri Həsən Qulunun çıxışı ilə keçirildi. Əhalinin böyük əksəriyyəti tərəfindən geniş qarşılanan bu iclasda Həsən Qulu, İran və Azərbaycan Respublikasının mədəni, tarixi və məzhəbi ortaqlıqlarına işarə etdi və İran xalqının, əsasən də azəri əhalisinin Azərbaycan Respublikasına qarşı həssaslığının səbəbini ağıl, din və milli maraqların qorunması kimi üç perspektivdən izah etdi.

Aran İnstitutunun müdiri bu silsilə iclasların "Şəriət Məhkumları" adlanması barədə də açıqlama verərək dedi: "Bu iclaslar məhz şiə etiqadlarını müdafiə etdikləri üçün öz adi və əsas hüquqlarından məhrum olmuş şəxslərin anılması və əzizlənməsi məqsədilə keçirilir".

O, Azərbaycan Respublikasındakı şəriət məhkumlarının iki qrup olduğunu açıqladı: Birinci qrup Bakı dövlətinin hicab qadağası və digər anti-İslam addımlarına etiraz etdikləri üzündən məhkum olanlardır və hal-hazırda həbsxanadadırlar. Onların önündə Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov durur. Bu həbs olanların sayı yüz nəfərdən çoxdur. İkinci qrup ümumi dindarlardır və onlar düzdür ki, həbs olunmayıblar, amma bir az böyük sferada, həqiqətdə hakimiyyətin diktatorsayağı siyasətlərinin zindanındadırlar və islami şəkillə şəxsiyyət vəsiqəsinin alınması kimi öz adi hüquqlarından belə məhrum olublar.

Həsən Qulu Azərbaycan Respublikasının şiələrinin məzlumiyyətinin Bəhreyn şiələrinin məzlumiyyətindən heç də az olmamasını vurğulayaraq dedi: "AR-nın şiələrinin müxtəlif nəsilləri təqribən iki əsrdir ki, İslam və şiəliyi dişləri-dırnaqları ilə müdafiə edirlər və bu yolda şəhadət, sürgün, işgəncə, həbs və s. kimi hər cür çətinliyə canları bahasına sinə gərirlər".

Siyasi məsələlər üzrə ekspert Həsən Qulu AR-da kommunistlərin və qərbyönümlü hakimiyyətin ciddi səylərinə baxmayaraq şiəliyin saflığını bir möcüzə adlandıraraq dedi: "Şiə məzhəbindən başqa heç bir mədəni kateqoriya kommunistlərin məhvedici siyasətləri qarşısında davam gətirə bilmədi".

Ekspert çıxışının davamında Azərbaycan Respublikasındakı anti-İslam hərəkətlərindən bir neçə nümunəsinə işarə edərək artırdı: "Sionistlər Bakı dövlətində olan nüfuzlarından istifadə edərək Azərbaycan ölkəsini "Eurovision" kimi əxlaqsız bir müsabiqəni keçirməyə məcbur etdilər və homoseksualların və bu meyldə olan müğənnilərin, rəqqasələrin ayağını dünyanın ikinci şiə ölkəsinə açdılar. Əgər Bakı dövləti öz səhvini başa düşərək onu düzəltməyə çalışmasa və homoseksualların paradı kimi bir zilləti qəbul etsə, həqiqətdə öz kökünə balta vurmuşdur".

Aran İnstitutunun müdiri çıxışının sonunda təqlid mərcələrinin, alimlərin mövqeini, Təbriz və digər şəhərlərin əhalisinin etirazlarını onların təbii reaksiyası və dini vəzifələrinə əməl etmələri adlandırdı və ümidvar olduğunu bildirdi ki, AR dövləti xalqın xeyirxah istək və nəsihətlərinə diqqət edəcək və "Eurovision" kimi proqramları fikirləşmək əvəzinə Qarabağın azadlığı barədə düşünəcək.

Qeyd edək ki, "Şəriət Məhkumları" silsiləli İclaslar Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu, İslam İnqilabı Mədəniyyət Cəbhəsinin Araşdırmalar Mərkəzinin təşəbbüsü və Təbrizin Məscidlər Mədəniyyəti Bölmələrinin əməkdaşlığı ilə keçirilir».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru