RAMİL USUBOVUN ƏLEYHİNƏ YENİ «FRAKSİYA»
Tarix: 17-10-2011, 10:59 | Çap et
RAMİZ ZEYNALOV ÖZ MÜAVİNİNƏ NAZİRƏ QARŞI KAMPANİYANI YÖNƏLTMƏ TAPŞIRIĞI VERİB
DİA.AZ: - Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovla aralarında konfliktin yarandığı söylənilən Respublika Dövlət Yol Polisi idarəsinin rəisi Ramiz Zeynalovun işi yenə də çətinə düşüb. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) mötəbər mənbələrdən məlumat verilib.
Xatırladaq ki, bu ilin əvvəlləri Ramil Usubovun Ramiz Zeynalovu görəvindən alacağı barədə məlumatlar yayılmışdı. Bunun səbəbi kimi isə DYP rəisinin eynilə bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin yolunu getməsi faktı göstərilirdi. Yəni bildirilirdi ki, Ramiz Zeynalov hakimiyyətdə Ramil usubovun əleyhinə çalışan qüvvələrlə işbirliyinə gedərək özünü nazir postuna hazırlayırmış.
Lakin bu iş enində-sonunda Ramiz Zeynalova baha başa oturdu. Hətta sonradan Ramiz Zeynalovun özünün mövqeləri təhlükə altına düşdü. Proseslərin inkişaf axarı nəticəsində Ramiz Zeynalov yenidən DİN şefinin bayrağı altından keçmək məcburiyyətində qaldı. Bu barədə yayılan xəbərlərdə vurğulanırdı ki, Ramiz Zeynalov hətta buraxdığı səhvə görə, Ramil Usubovdan üzr də istəyib.
İndi isə DYP şefinin yenidən meydan sulaması barədə məlumatlar yayılıb. Etibarlı mənbənin bildirdiklərindən belə məlum olur ki, Ramiz Zeynalov hakimiyyət içindəki antiusubovçu qüvvələrlə yenidən ortaq fəaliyyətə gəlb olunub: «Təbii ki, bu fəaliyyətin əsas hədəfi elə Ramil Usubovun özüdür». Mənbənin sözlərinə görə, sözügedən qüvvələr Ramiz Zeynalovu Ramil Usubovun sonunun çatdığına inandıra biliblər: «Və ona nazir postuna ən şanslı aday olduğunu da bildiriblər».
«Bu gün diqqət edin, mətbuat işçiləri ilə DYP rəhbərliyi arasında çox isti münasibətlər var» deyən mötəbər mənbə, bu «məhrəmliyin» arxasında gizli sövdələşmələrin dayandığını da bildirdi: «Artıq bir neçə qəzetin rəhbəri ilə Ramil Usubovun əleyhinə mətbu kampaniyanın aparılması barədə anlaşma əldə olunub. Prosesin maliyyələşdirilməsi isə Ramiz Zeynalovun ən etibar etdiyi fiqurlardan birinə - DYP rəisinin birincü müavini Mübariz Şahbazova həvalə edilib».
Mənbənin bildirdiyinə görə, Mübariz Şahbazov bu günlərdə iki baş redaktoru şəxsən qəbul edərək onları nazirə qoarşı təlimatlandırıb: «Bu işin kimin qələbəsi ilə başa çatacağı məlum olmasa da, əsas odur ki, artıq Usubova qarşı bir kampaniya start götürüb». Mənbə onu da vurğuladı ki, Ramil Usubovun İrəvana səfər etməsi də onun rəqibləri üçün göydəndüşmə fürsət olub: «Elə buna görə də, hətta görüşdə iştirak edən qəzet redaktorlarından biri əlaqədə olduğu QHT-lərin də nazirin əleyhinə kampaniyaya cəlb olunacağı barədə öhdəlik götürüb».
Murad TƏHMƏZOV DİA.AZ -


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|