MƏHBUS AİLƏLƏRİ ACLIĞA BAŞLAYIB
Tarix: 13-10-2011, 16:23 | Çap et
MİTİNQ MƏHBUSU ATASININ ACLIQ AKSİYASI KEÇİRMƏK NİYYƏTİNDƏN NARAHAT OLUB
Bu il həbs olunmuş ictimai-siyasi fəalların ailə üzvləri aclıq aksiyasına başlayır. Bunu “Media forum” saytına Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin üzvü Arzuman Məcidli deyib.
O bildirib ki, aclıq aksiyası oktyabrın 14-dən Müsavat Partiyasının qərargahında başlayacaq: “İlk olaraq mən başlayacam aclığa. Çünki təklifi mən irəli sürmüşəm. Sonra başqa ailələr də aksiyaya qoşulacaq”.
Arzuman Məcidli deyib ki, aksiyada məqsəd Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin diqqətini günahsız həbs olunan şəxslərə, siyasi məhbuslara cəlb etməkdir: “İctimai Palatanın 2 aprel mitinqində müxalifətçilər heç bir qanun pozuntusuna yol verməyiblər, dövlət əmlakına və şəxsi mülkiyyətə zərər vurmayıblar. Onlar hakimiyyətin istefasını istədikləri, “Azadlıq” şüarı səsləndirdikləri üçün həbs olunublar. Bilirik ki, hakimiyyət onları azad etməyəcək. Hakimiyyət bu həbslərlə mitinqdə iştirak edənlərdən qisas alır. Bizim aksiyamız heç nəyi dəyişməyəcək. Amma məhbuslara mənəvi dəstək olacaq”.
Məhbus Ailələri Komitəsinin planları haqda danışan Arzuman Məcidli qeyd edib ki, Azərbaycandakı səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşmək üçün danışıqlar aparılır: “ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın səfirliklərinə müraciət etmişik. Tam dəqiqləşməsə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşümüz gözlənir”.
Arzuman Məcidlinin sözlərinə görə, məhbus ailələri piketlər, digər etiraz aksiyaları da keçirməyi planlaşdırır və hazırda 18 üzvü olan komitənin genişləndirilməsi nəzərdə tutulub: “Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı, Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri də daxildir. Bundan başqa, son zamanlar xeyli dindar həbs olunub. Gələn həftə onların ailələri ilə görüşməyi və onları komitəyə dəvət etməyi planlaşdırırıq”.
Aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub. Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi İsgəndərli aprel ayında həbs olunaraq azadlıqdan məhrumetməyə məhkum edilib. Bu il 20-dən çox dindar həbs cəzası alıb.
Bildirək ki, İctimai Palatanın 2 aprel mitinqində həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli oktyabrın 13-də Bakı İstintaq Təcridxanasında oğlu ilə görüşüb. Arzuman Məcidli “Media forum” saytına açıqlamasında deyib ki, oğlunun vəziyyəti yaxşıdır, əhvalı yüksəkdir: “Dedi ki, nə uğrunda mübarizə apardığımızı yaxış bilirik və həbs olunmaq, təzyiqlərə məruz qalmaq gözlənilən haldır, biz azadlıq, demokratiya, söz azadlığı, qanunların işləməsini tələb edirik, hakimiyyət isə bunları istəmir, ona görə də bizi həbs edib.
Oğluma dedim ki, möhkəm ol, yaxın vaxtlarda əfv və ya amnistiya ola bilər. Elnur isə cavab verdi ki, nə əfv, nə də amnistiya gözləyir, bunlar olsa da, mitinqdə tutulanlara şamil edilməyəcək. 2 aprel məhbusları cəzaçəkmə müəssisəsinə göndəriləcəkləri günü gözləyirlər”.
Arzuman Məcidli oğluna bildirib ki, həbslərə və təqsirləndirilən şəxslərə ağır cəza verilməsinə etiraz olaraq aclıq aksiyasına başlayır: “Bundan bərk narahat oldu. Mən zob xəstəliyindən əziyyət çəkirəm. Bir böyrəyim isə yoxdur, ikinci qrup əliləm. Dedi ki, aclıq aksiyası səhhətinə pis təsir edəcək. Fikrimdən daşındırmaq istədi. “Narahat olma” dedim, bunun öhdəsindən gələcəyimi söylədim. Çünki müddətsiz aclığa başlamıram. Üç gün aclıq edəcəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20 |
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
|