Partiya sədrindən İlham Əliyevə məmurlarlarla bağlı açıq məktub
Tarix: 28-04-2014, 12:02 | Çap et
Son günlər mətbuat və sosial şəbəkələrdə yer almış məmur övladlarının harınlığı ilə bağlı məlumatlar ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Məmurlar və yaxud onlara yaxın şəxslər qanunsuz yollarla mənimsədikləri vəsaitə və cəzasızlıq mühitinə güvənərək cəmiyyətə qarşı həqarət nümayiş etdirirlər. Məsələ ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident! Hadisələrin ilk siqnalı Quba rayonunun icra başçısının qubalılar haqda işlətdiyi kobud fikirlərdən sonra gəldi. Bənzər olay bir qədər sonra İsmayıllı rayonunda təkrarlandı. Yenə də hadisənin katalizatoru rolunda komandanızın artıq sabiq üzvünün ailə təmsilçiləri iştirak etmiş oldular. Məmur övladlarının və qohumlarının harınlığı müxtəlif formalarda davam etməkdədir. Sosial şəbəkələrdə sərvətlərin nümayişindən başlamış müxtəlif şəkildə “kütlədən” fərqlənmə təşəbbüsləri cəmiyyətimizi bütövlükdə qıcıqlandırır. Bu hadisələrin heç biri məni şəxsi zəmində narahat etmir. Problemin ictimai-siyasi fəsadları ölkəmiz üçün ağır nəticələnə bilər. Qudurğanlığın qabarıq nümunələri ölkədə qazilərin özlərinə qəsdi, şəhid ailələrinin ağır güzəranı, təqaüdçülərin gündəlik dolanışıq çətinlikləri və s. çatışmazlıqlar fonunda baş verdiyindən, dövlətin etimad dayaqları zədələnir. Siz komandanızın üzvlərini həddən ziyadə varlandırmısınız. Bu Sizin idarəçilik üslubunuzdur, bunda işim yox. Yaxşısı da, pisi də Sizindir. Pulun hakimiyyətinin üstünlüklər yaratmaq qədər də, insan təfəkkürünü pozmaq qabiliyyəti var, xüsusən cəzasızlıq şəraitində. Əminəm ki, bu sadə həqiqəti bilməmiş deyilsiniz. Ölkənin geopolitik nöqteyi-nəzərdən təhlükəli mərhələyə qədəm qoyduğu şəraitdə belə eybəcər nümunələr toplumu daxildən aşındırır, vətəndaşın dövlətə inamını tükədir. Hələ torpaqların işğal altında olduğu, yeni təhlükələrin isə yarandığı dövrdə hakimiyyət mənsublarının həqarəti ən vacib məqamlarda bizə baha başa gələ bilər. Sizin cavabdehi olduğunuz iqtidarın yetirmələrinin adrenalin çatışmazlığı və axtarışları komandanızın “yorğun”luğundan xəbər verir. Cənab Prezident! Sizə iqtidarınız üçün riskli, lakin dövlətimiz üçün vacib olan islahat istiqaməti təklif etmək istəyirəm. Siyasi riskin qarşılığında dövlət maraqlarını üstün tutacağınız qənaətindəyəm. Bütün dünyada ilkin kapital yığımı qanunsuz yollarla həyata keçirilib - təxminən Azərbaycandakı kimi. Korrupsiyaya qarşı bəyan etdiyiniz mübarizənin effektivliyini artırmanın yolu qazanılmış vəsaitlərin rəsmiləşdirilməsi (maliyyə amnistiyası), onlara dövlət təminatının tanınması, gəlir və xərclər barədə deklorasiyaların tətbiqi kimi addımların atılmasını uyğun görürəm. Hesab edirəm ki, bu istiqamətdə qəbul olunacaq qanunlar ölkə iqtisadiyyatını sağlamlaşdırar, monopoliyalara son qoyar, ölkədən kapital axınının qarşısını alar, “kölgə”dən çıxan gizli iqtisadiyyatın ödədiyi vergi sayəsində büdcəni zənginləşdirər və yeni iş yerləri yaradar, ən vacibi isə dövlət idarəçiliyi ilə biznesi differensasiya edər. Bundan əlavə, büdcə talançılığı səngiyər, qazanılan maddi nemətlərin bərabər və ədalətli bölgüsünə zəmin yaranar. Hörmətli İlham bəy! Bizim partiya zənginliyə qarşı deyil, yoxsulluğa qarşı mübarizə aparan siyasi təşkilatdır. Eyni zamanda maddi zənginliyin halal yolla əldə edilməsinin tərəfdarıyıq. Təkliflərimiz Tərəfinizdən nəzərə alındığı təqdirdə, necə qazanılmasından asılı olmayaraq vəsait və mülkiyyətin halal elan edilməsi siyasi və sosial baxımdan cəmiyyətdə dayanıqlığa gətirər. Mülkiyyət toxunulmazlığı və əminlik hər yerdə olduğu kimi Azərbaycanda da dövlətin sabitlik qarantı ola biləcək, heç bir siyasi təlatümdən asılı olmayan orta təbəqənin və biznes elitanın rəsmiləşmiş təbəqə olaraq formalaşmasına gətirə bilər. İnanıram ki, dövlətin cibinə girmə imkanları məhdudlaşdıqdan və maliyyə fəaliyyəti şəffaflaşdıqdan, hamının qanun qarşısında bərabərliyindən, cinayətə - xüsusən iqtisadi qanun pozuntularına görə cəzaların tətbiqindən sonra belə yaramaz nümunələrin sayı azalacaq.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Bu gün, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Bu gün, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Bu gün, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
|