AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Tarix: 20-09-2024, 09:02 | Çap et
 Azərbaycan Xalq Cəbhəsi Partiyasında istefa dalğası yaşanır. Ötən gün AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib. O, bu barədə feysbuk səhifəsində paylaşım edib. A.Yusifli istefasının səbəbini xroniki boykotla əlaqələndirib: “Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzunmüddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”. Xatırladaq ki, Asif Yusifli Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, uzun illər AXCP sıralarında fəaliyyət göstərib. Onun indiki şəraitdə, xüsusilə də AXCP sədri Əli Kərimlinin məhkəməsinin getdiyi ərəfədə istefa verməsi birmənalı qarşılanmayıb. Onunla yanaşı, Rəyasət Heyətinin digər üzvü İlham Hüseyn də istefa verib. İlham Hüseyn isə paylaşımında Asif Yusiflinin istefasından sonra cəsarətlənərək bu addımı atdığını açıqlayıb: "Artıq mən bu yolu bitirirəm, düşünürəm ki, bizdən sonra yeni üzvlərə şans vermək vaxtıdır. Asif Yusiflinin istefası məni bu addımı atmağa cəsarətləndirdi. Biləsiniz ki, müxalif mövqeyimdə qalıram, sadəcə, AXCP-dən istefa verdiyimi bəyan edirəm. Hər birinizə uğurlar. İstefa vermək özü bir mədəniyyətdir". Ümumiyyətlə, son günlər partiyadan istefalar çoxalıb. Görünür, proses hələ bir müddət davam edəcək. Ekspertlər də vurğulayıblar ki, Əli Kərimli üçün boykot adi siyasi normaya çevrilib. Onun rəhbərliyi dönəmində partiya demək olar ki, heç bir seçkidə iştirak etməyib. Politoloq Əlisahib Hüseynov "Sherg.az"a vurğulayıb ki, Azərbaycanda siyasi partiyalar seqmentində istefa mədəniyyəti oturuşmalıdır. Bələdiyyə, parlament, prezident seçkilərində illərdir heç bir uğur qazana bilməyən partiyaların sədrləri, təmsilçiləri istefa verməyi, siyasətdən vaxtında çəkilməyi bacarmalıdırlar:
"Bu, həmçinin son illərdə davamlı olaraq bütün seçkilərdə “boykot” taktikasına üstünlük verən, öz uğursuzluğunu bu yolla ört-basdır edən AXCP sədri Əli Kərimliyə də aiddir. 25 ildir partiyadaşlarını müxalifət “qatar”ında öz ardınca daşıyan, lakin onları uğur ünvanına çatdıra bilməyən və necə deyərlər, müxalifətdə qocalan Əli Kərimli sədrlik postunu öz monopoliyasına keçirib və alternativsizlik prinsipi ilə yoluna davam edir. Əli Kərimli AXCP sədrliyinə özündən başqa heç kimin alternativliyini qəbul etmir və hətta qurultaylarda da onun partiya sədrliyinə namizədliyi bir qayda olaraq alternativsiz gerçəkləşir. Başqa sözlə desək, Əli Kərimli özünü sıravi cəbhəçilərin “büt”ünə çevirib. Bütlər isə heç vaxt istefa vermirlər. İlqar Məmmədovun istefa nümunəsi Əli Kərimlinin “büt”lük erasına son qoya bilər. AXCP-nin ciddi rəqiblərindən biri sayılan REAL-ın sədri könüllü istefa verirsə, bu, Əli Kərimliyə də ciddi siqnaldır". Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da feysbuk səhifəsində məsələyə münasibət bildirib. Onun sözlərinə görə, partiya daxilində baş verənlər onu göstərir ki, AXCP-nin seçkilərdə iştirak etməməklə bağlı qərarı kollegial deyil, yalnız bir nəfərin istəyinə uyğun şəkildə baş tutub: "Yəni AXCP-nin seçkilərdə iştirak etməməklə bağlı qərarını bu partiyanın Rəyasət Heyəti, yaxud Ali Məclisi deyil, birbaşa Əli Kərimli, özü də təkbaşına verib. Sonrakı proseslər də onu göstərdi ki, AXCP adından verilən qərarlar, bəyanatlar yalnız bir nəfərin maraqlarına xidmət edir və çoxluq "iştirak etməmək" qərarı ilə razı deyil. Məhz bu səbəbdəndir ki, bir neçə cəbhəçi müstəqil şəkildə seçkilərə qatıldı, sosial şəbəkələrdə seçkilərdə iştirak etməmək qərarına etiraz etdi, hətta istefalar oldu. Məsələn, Əli Kərimlinin müavini Seymur Həzi özündə cəsarət tapıb AXCP adından verilmiş qərarı tənqid etdi, hətta "yenidən düşünməliyik" mesajını belə verdi. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin istefa verməsi hadisələrin kuliminasiyası oldu. Reallıq ondan ibarətdir ki, Əli Kərimlini hər bir davranışı ilə dəstəkləmiş Asif Yusiflinin istefası AXCP-nin ciddi dəyişikliklərin astanasına daxil olmasına işarədir. Demək, AXCP artıq rəsmən parçalanır: - Bir tərəfdə Əli Kərimli-Fuad Qəhrəmanlı cütlüyü, digər tərəfdə isə haqqı olan sədrliyi almaq üçün səbr edən Seymur Həzi və gənc tərəfdarları. AXCP-ni isə qarşıda Qurultay gözləyir. Əli Kərimli AXCP-ni məhv etməmək üçün Qurultay öncəsi istefa verməlidir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00 |
|
|
|
|