"Əslində bölgəyə "turistik" səfər edərək sülhə mane olurdular" - deputat
Tarix: 18-09-2024, 08:51 | Çap et
 “Sentyabr ayı dövlətçilik tariximizdə əhəmiyyətli yer tutur. Bu ay Azərbaycana qələbələr gətirib. 90-cı illərin əvvəllərində torpaqlarımızın 20%-ni işğal edən Ermənistan 30 ildə yaşayış məntəqələrimizi və milli-mənəvi dəyərlərimizi dağıtmışdı. 750 mindən çox soydaşımız öz torpaqında məburi köçkün olaraq ağır həyatı yaşamağa məcbur olunmuşdu. Ermənistan BMT qətnamələrinə məhəl qoymadı və tarixi ərazilərimizi danışıqlar yolu ilə azad etmək istəmədi. Hətta Azərbaycanı əlavə ərazilər üzrə yeni müharibə ilə hədələməyə başlamışdı. Belə ki, artıq ermənilər həddini aşaraq "dənizdən dənizə Ermənistan" xülyasını reallaşdracaqlarını açıq şəkildə bildirirdi. Təmas xəttində təxribatların davamlı törədilməsi adi hala çevrilmişdi. Yəni vəziyyət dözülməz idi”... Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Badamov deyir ki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri 28 ildə regiona turistik səfərlər edir və münaqişənin hərbi yolla həllinə yol olmadığını bildirirdi.
“Azərbaycanı torpaqlarında erməni işğalı ilə barışdırmağa çalışırdı. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında güclənərək siyasi və iqtisadi müstəqilliyinə qovuşdu. Müstəqilliyimiz qərarlarımızın azad şəkildə qəbul edilməsində bütün maneləri aradan qaldırdı və münaqişənin hərbi yolla həllinin mümkün olmayacağını iddia edənlərə həm siyasi, həm də hərbi yolla həll edilməli olduğunu sübut etdik.
Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş xalqımız milli birliyi və həmrəyliyi möhkəmləndirərək Ali Baş Komandanın dəmir yumruğuna çevrildi. 27 sentyabr 2020-ci ildə düşmənə təxribatına cavab məqsədilə başlanan 44 günlük Vətən müharibəsində igid əsgərimiz qəhrəmanlıq dastanı yazdı. Vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənclərimiz Ali Baş Komandanın çağırışına səs verərək silaha sarıldı və 44 günün hər bir günündə ancaq irəli gedərək 300 yaşayış məntəqəmizi düşmən tapdağından azad etdi. 44 günlük Vətən müharibəsində 40-dan çox xarici mətbuat orqanına müsahibə verən dövlət başçımız beynəlxalq informasiya şəbəkəsində ermənilərin yaydığı dezinformasiyanı aradan qaldırdı. Xalqımız hər axşam televiziya ekranları qarşısında oturaraq dövlət başçısının xoş müjdəli çıxışlarını səbrsizliklə gözləyirdi. Beləliklə, 8 noyabrda Şuşanı azad edən müzəffər ordumuz düşmən ordusunun belini qırıır və ağ bayraq qaldırmasına məcbur edir. Ermənistanın baş naziri Nikol Paşinyanın zəng etmədiyi dövlət rəhbəri qalmır və Rusiya prezidenti Vladimir Putinin köməyi ilə 10 noyabrda kapiyulyasiya sənədinə imza atmaqla müharibənin dayandırılmasına yalvarır. Yalvararaq kapitulyasiya sənədinə imza atan Paşinyan sonradan üçtərəfli Bəyannamənin bəndlərini icra etməkdən boyun qaçıraraq 15 minə yaxın silahlısını ərazilərimizdən çıxarmır. Hətta Qarabağa yeni silahlar gətirir və ərazilərimiz 2021-ci il istehsalı olan minalarla minalayırdı”-deyən deputat bildirib ki, vəziyyətin dözülməzliyi 20 sentyabr 2023-cü ildə ordumuzu Qarabağda lokal xarakterli antiterror tədbirlərin görülməsinə məcbur edir.
“Müzəffər ordumuz 23 saatdan az bir müddətdə düşmənin 15 minlik ordusunu silahı yerə qoyduraraq təslim edir. Beləliklə, ərazilərimzdə suverenlik bərpa olunur. Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq ərazilərini işğaldan azad edərək suverenliyinin bərpa olunduğunu elan etdi. Bu baxımdan sentyabr ayı tariximizə qızıl hərflərlə yazılmışdır. Şəhidlər verdik, gənclərimiz sağlamlıqlarını itirdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz ən qısa vaxtda öz sağlamlıqlarına qayıtsınlar. Xalqımızın yazdığı qələbə tarixi Azərbaycanı dünyaya qalib olduğunu tanıtdı. Bu qələbələrin müəllifi Ali Baş Komandan Prezident İlham Əliyevdir. Azərbaycanı qalib edən dövlət başçımızın uzaqgörən siyasəti oldu. Bu gün dövlət başçımızın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa etdirilərək keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar və yeni tarix yazılır. Bu gün Azərbaycan heç vaxt olmadığı qədər güclüdür. Bu, bizim təhlükəsiz gələcəyimizin təminatıdır”-deyə Azər Badamov vurğulayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00 |
|
|
|
|