“Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur” - ETİRAZ
Tarix: 5-09-2024, 08:59 | Çap et
 Azərbaycanda növbədənkənar parlament seçkiləri başa çatıb və partiyaların, demək olar ki, hamısı müxtəlif sayda namizədlərlə seçkidə iştirak edib. Seçkilərdə iştirak edən siyasi partiyalar maliyyə yardımı alacaq. Ötən il qüvvəyə minən “Siyasi partiyalar haqqında” qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib. Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. 50 faiz deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Yerdə qalan vəsaitin 5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər və proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür. Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3 faiz səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq. Beləliklə, parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alacaqlar. Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. Vəsait bölünərkən 13 siyasi partiyanın hərəsinə 1500 manat civarında maddi yardım göstəriləcəyi deyilir.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az”a deyib ki, söhbət çox cüzi məbləğdən gedir:
"Demək olar ki, dilənçi pulu kimi bir şeydir. Burada hansısa ciddi məbləğdən, maddi yardımdan söhbət getmir. Ayrılan vəsait partiyanın heç bir problemini həll etmir. Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur. Ona görə nəzərdə tutulan vəsaiti ciddi irəliləyiş hesab etmirəm. Bu, baş aldatmaqdır. Biz maliyyə vəsaiti almaq üçün seçkilərə qatılmırıq. Seçkilərdə iştirak etməyimizin məqsədi Azərbaycanda müsbət yöndə dəyişikliyə nail olmaqdır". Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da vurğulayıb ki, siyasi partiyaların maliyyə vəsaiti olmadan fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. Partiya təmsilçisinin fikrincə, partiya üzvlərinin və tərəfdarlarının ianəsi ilə bu məsələni hətta minimal tələblərə uyğun həll etmək real deyil:
"Azərbaycan reallığında ölkədəki orta statistik insanın siyasi təşkilatlara maliyyə yardımı etməsi həm onun aşağı iqtisadi imkanları, həm də yüksək səviyyələrə hələlik çatmayan siyasi iştirakçılıq şüuru səbəbindən qeyri-mümkündür. Ona görə də çoxpartiyalı siyasi sistemin dövlət tərəfindən maddi baxımdan dəstəklənməsi vacibdir və sözügedən qanun bu baxımdan ədalətlidir. Təəssüf ki, normal seçki keçirilmir və bu səbəbdən dövlətin partiyalara ayırdığı vəsait son nəticədə ədalətlə bölünmür. Dövlətin ayırdığı vəsait əsas məqsədə - ölkədə çoxpartiyalı siyasi sistemin möhkəmlənməsinə müsbət təsir etmir".
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da qeyd edib ki, heç şübhəsiz, belə halın olması partiyaların sağlamlaşması, dirçəlməsi və maddi baxımdan müstəqil olması ilə nəticələnə bilər:
"Əslində mən hesab edirəm ki, dövlət qeydiyyatından keçmiş və seçki prosesində iştirak etmiş bütün partiyalara da parlamentdə yer qazanmış partiyalar kimi ayrıca vəsait ayrılmalıdır. Çünki ölkənin siyasi sisteminin güclənməsi üçün bu çox vacibdir. Məsələn, parlament partiyalarına 6 milyon manat ayrılırsa, parlamentdən kənar qalmış partiyalara da bu məbləğin yarısı ayrılmalıdır ki, partiya institutu inkişaf edə bilsin. Eyni zamanda partiyaların seçkilərdə aktiv iştirakına stimul olsun. Dövlət qeydiyyatından keçmiş hər bir partiyanın 5 mindən artıq üzvü var. Bu üzvlər dövlət büdcəsinə vergi ödəyirlər. Mütləq ki, bu vergilərdən onların da ideoloji baxışına maliyyə dəstəyi göstərilməlidir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00 |
|
|
|
• “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52 |
|
|
|
• Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50 |
|
|
|
• “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47 |
|
|
|
• GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35 |
|
|
|
• Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
• Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23 |
|
|
|
• "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17 |
|
|
|
• İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13 |
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
|