"Prezidentin əldə etdiyi uğurlar barəsində açıq danışmağı bacarmışam" - deputat
Tarix: 22-06-2024, 10:59 | Çap et
 Dia-az.İnfo Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir.
- Qüdrət bəy, hakim partiyanın heç bir siyasi partiya ilə məsləhətləşmədən seçkinin vaxtının irəli çəkilməsi barədə qərarını necə qarşıladınız?
- Bu, cəmiyyətin siyasi inkişaf səviyyəsinə və demokratik ənənələrə bağlı olan məsələdir. Ümumilikdə isə, mən, seçkilərin iki ay irəli çəkilməsinin əleyhinə deyiləm. Noyabrda çoxsaylı dövlət və hökumət başçılarının da qatılacağı, onminlərlə xarici qonaqların iştirak edəcəyi BMT-nin COP 29 adlanan iqlimlə bağlı konfransı keçiriləcək, ona görə bunu anlayışla qarşılamaq lazımdır.
- Belə bir qərarın qəbul edilməsinin konstitusion əsası varmı?
- Konstitusiyada Prezidentin Milli Məclisi hansı hallarda buraxa biləcəyi və bununla əlaqədar növbədənkənar seçkilərin təyin olunmasına dair tənzimləmə var. Milli Məclisin öz fəaliyyətini dayandırması və erkən seçkilərə gedilməsinə dair Konstitisiyada hər hansı müddəa yoxdur. Amma bu o demək deyil ki, Konstitusiya bunu qadağan edir. Beynəlxalq təcrübə və hüquq düşüncəsi bu məsələ ilə əlaqədar onu deyir ki, istənilən seçkili orqan və ya seçilən şəxs vaxtından əvvəl yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu hüquqi yox, siyasi məsələdir və yalnız siyasi məqsədəuyğunluq baxımından müzakirə predmeti ola bilər.
- Artıq yeni seçkilər ərəfəsində deputatların fəaliyyətini təftiş etməyə başlayıblar. Sizi Sevinc Osmanqızı tənqid edir ki, niyə zamanında deputatların əmək haqlarının qaldırılması təşəbbüsü ilə çıxış etmisiniz. Bu barədə nəsə demək istəyirsiniz?
- Adını çəkdiyiniz şəxs iqtidra layiqincə xidmət edib, iqtidarın neft pullarından milli mənafelərimiz, xalq üçün necə səmərəli istifadə etməsinə, Prezidentin və birinci vitse-prezidentiin reklamına yönələn, yaxşı mənada onların dünyada tanıdılmasına dair CNN daxil nüfuzlu beynəlxalq televiziyalar üçün reportajlar hazırlayıb. Onunla əməkdaşlıqdan mən imtina etməmişəm və onu mən qovmamışam. Mən tək deputatların yox, aztəminatlı insanların, pensiyaçıların, müəllimlərin, həkimlərin, dövlət qulluqçularının, hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi barədə dəfələrlə məsələ qaldırmışam. Həmişə söyləmişəm ki, korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək, ölkənin inkişafına və qanunun aliliyinə nail olmaq üçün ilk növbədə əlində hakimiyyət səlahiyyəti olan şəxslərə layiqli həyatalarını təmin edəcək səviyyədə maaş verilməlidir. Əks halda onların bir qismi qanunları pozacaq və bu da nə iqtisadiyyatın inkişafına ,nə də hüquqi dövlət quruculuğuna imkan verməyəcək. Nəticədə isə bunun əziyyətini sadə insanlar çəkəcək, onlar məmur özbaşınalığı və qanunsuzluqlarla üzləşəcəklər. Sevinckimilər bunu başa düşə bilmirsə, yaxud kin-küdurət onları kor və zəlil edibsə, bu mənim problemim deyil. O, onu da başa düşmür ki, atasının qoyduğu milli addan utanıb, onu dəyişib ingilis adı götürənlərlə bu millətə milli mənafelərdən danışmaq nə qədər böyük rəzalətdir.
Mən seçicilərimlə, insanlarla təmasda həmişə səmimi olmağa çalışmışam, heç vaxt insanların problemlərinə biganə olmamışam. Sadəcə, cəmiyyətin böyük dəyşikliklərə hazır olmadığını, regiondakı gərginliyi görə-görə insanların narazılıqlarından istifadə edərək onları radikallaşdırıb vətəndaş qarşıdurması yaratmağa,onları mərhumiyyətlərlə üz-üzə qoymağa cəhd etməmişəm. Çatışmamazlıqlarla bağlı kəskin tənqidi çıxışlar etsəm də, ölkəmizin gələcəyinə dair fərqli inkişaf konsepsiyası irəli sürsəm də, Prezidentin, iqtidarın əldə etdiyi uğurları qiymətləndirməyi və bu barədə açıq danışmağı bacarmışam. Siyasi mədəniyyət nümunələri yaratmağa çalışmışam. Zaman alacağını bilsəm də, iqtidarla əməkdaşlıq yolu ilə cəmiyyətin inkişafı perspektivinə inanmışam, inanıram. İncidilən insanların problemlərinin həllinə kömək etməyə çalışmışam. Milli mənafelərə cavab verən, vətəndaşlarımızın sosial müdafiəsini gücləndirəcək, inkişafa və təhlükəsizliyə töhfə verəcək dövlət büdcələrinin və qanunların qəbulu üçün bacardığımı etmişəm. Vicdanı olanlar bunu qiymətləndirməyi bacarmalıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Bu gün, 18:58 |
|
|
|
• Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Bu gün, 18:23 |
|
|
|
• Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Bu gün, 17:51 |
|
|
|
• Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Bu gün, 17:38 |
|
|
|
• Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Bu gün, 17:36 |
|
|
|
• Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Bu gün, 17:34 |
|
|
|
• Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02 |
|
|
|
• Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58 |
|
|
|
• Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57 |
|
|
|
• Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54 |
|
|
|
• Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00 |
|
|
|
• Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09 |
|
|
|
• Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46 |
|
|
|
• Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43 |
|
|
|
• Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
• Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20 |
|
|
|
• Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10 |
|
|
|
• Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02 |
|
|
|
• Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
• Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45 |
|
|
|
• Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40 |
|
|
|
• Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39 |
|
|
|
• Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37 |
|
|
|
• İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33 |
|
|
|
• “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32 |
|
|
|
• 248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24 |
|
|
|
• "Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22 |
|
|
|
• Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17 |
|
|
|
• AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58 |
|
|
|
• Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49 |
|
|
|
• "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46 |
|
|
|
• AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43 |
|
|
|
• "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41 |
|
|
|
• ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34 |
|
|
|
• Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30 |
|
|
|
• Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25 |
|
|
|
• Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23 |
|
|
|
• "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21 |
|
|
|
• Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16 |
|
|
|
• "Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14 |
|
|
|
|