"Bu il yağış və külək çox olduğu üçün kifayət qədər meyvə yetişməyib" - deputat
Tarix: 19-06-2024, 14:00 | Çap et
 Azərbaycanda mövsümi meyvələrin əvvəlki illərlə müqayisədə bahalaşdığı bildirilir. Ayrı-ayrı Bakı sakinlərinin AzadlıqRadiosuna demələrinə görə, paytaxt bazarlarında gilasın qiyməti 4-10, albalı 4-5, ərik isə 4-7 manat arasında dəyişir. Onlardan bəzilərinin şikayətlənməsinə görə, meyvələrin çoxu Rusiyaya ixrac olunur, Azərbaycanda isə qıtlıq yaranıb və nəticədə qiymətlər qalxıb.
Bazarlarda satıcılar da bu il meyvələrin ötən ilə nisbətdə baha olduğunu təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlər ortalama iki dəfə artıb. "Keçən il gilas və albalı 2-3 manata, ərik 3-4, şaftalı da 2-3 manata satılırdısa, bu il bu meyvələr təxminən iki dəfə bahalaşıb", - "Yaşıl bazar"da satıcılardan biri deyir.
Satıcılar meyvələrin bahalaşmasını, əsasən, hava şəraiti ilə əlaqələndirirlər. "Əvvəl güclü yağışlar və külək olub, sonra dəhşətli istilər düşüb. Ona görə də meyvələrin çoxu ya yetişmədən xarab olub, ya da istidən yanıb", - həmin satıcı vurğulayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycandan 251 milyon 281 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 7 min 986 ton və ya 3.45 faiz azdır.
Son ayların statistik məlumatları olmasa da, 2024-cü ilin yanvar-fevralında Rusiya Federasiyasına meyvə-tərəvəz ixracının bir ildə 40 faiz artdığı bildirilirdi.
"Yağış və külək..." Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, bu il yağış və külək çox olduğu üçün kifayət qədər meyvə yetişməyib: "Bu, qiymətlərə təsir edir. Amma bir məsələ də var ki, bayramqabağı həmişə qiymətlər artır. Hesab edirəm ki, bayramdan sonra qiymətlər müəyyən qədər enəcək". (Milli qurtuluş və Qurban bayramı ilə bağlı 17-19 iyun tətildir)
Deputatın sözlərinə görə, yay mövsümündə meyvə-tərəvəzin qiyməti həmişə düşür: "Meyvələr boldur, bu da qiymətlərin aşağı düşməsinə şərait yaradır. Amma indi deməzdim ki, qiymətlər çox aşağıdır, qiymətlərin kifayət qədər yüksək olduğu hiss edilir".
"Daxili istehsalın həcmi çox deyil" İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, meyvələrin bahalaşmasında bir neçə amilin rolu var: "Birinci hava şəraiti ilə bağlı olan amildir. Bir çox rayonlarda hava şəraiti ilə əlaqəli meyvənin həcmi azalıb, çünki dolu vurub, çürümə olub, yığım prosesində problem yaşanıb".
Onun sözlərinə görə, Azərbaycanda daxili istehsalın həcmi o qədər çox deyil, həm ixracı artırıb, həm də yerli bazarı təmin etmək çətindir: "Bu mənada Rusiya bazarı bir indikator rolunu oynayır. Ora meyvə-tərəvəzin ixracatı artan kimi daxili bazarda həmən qiymət yüksəlir".
N.Cəfərlinin fikrincə, bağçılıqla bağlı problem ondan ibarətdir ki, bu sahənin bəhrəsini görmək üçün azı beş-yeddi il zaman lazımdır: "Bizdə isə aqrar sektorla məşğul olanların uzunvadəli iş görmək üçün potensialları çox zəifdir. Meyvə bağları salmaq, onlara qulluq etmək ən azı beş il yalnız xərc tələb edir, qazanc gətirmir. Buna isə fermerlərin pulları çatmır. Kredit götürsən belə, indiki faizləri nəzərə alsaq, belə kreditin mənası da qalmır".
Amma Dövlət Statistika Komitəsi (DSK) meyvə istehsalında artım olduğunu açıqlayıb. Rəsmi məlumata görə, bu il iyunun 1-nə kimi 33.6 min ton meyvə və giləmeyvə (14.2 faiz çox) yığılıb.
Bəzi müstəqil iqtisadçılar da hesab edirlər ki, meyvə-tərəvəzin bahalaşmasında istehsal və ixracdan asılı olmayaraq ölkədəki ümumi inflyasiyanın da təsiri var.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Bu gün, 18:58 |
|
|
|
• Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Bu gün, 18:23 |
|
|
|
• Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Bu gün, 17:51 |
|
|
|
• Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Bu gün, 17:38 |
|
|
|
• Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Bu gün, 17:36 |
|
|
|
• Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Bu gün, 17:34 |
|
|
|
• Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02 |
|
|
|
• Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58 |
|
|
|
• Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57 |
|
|
|
• Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54 |
|
|
|
• Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00 |
|
|
|
• Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09 |
|
|
|
• Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46 |
|
|
|
• Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43 |
|
|
|
• Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
• Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20 |
|
|
|
• Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10 |
|
|
|
• Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02 |
|
|
|
• Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
• Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45 |
|
|
|
• Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40 |
|
|
|
• Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39 |
|
|
|
• Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37 |
|
|
|
• İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33 |
|
|
|
• “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32 |
|
|
|
• 248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24 |
|
|
|
• "Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22 |
|
|
|
• Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17 |
|
|
|
• AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58 |
|
|
|
• Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49 |
|
|
|
• "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46 |
|
|
|
• AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43 |
|
|
|
• "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41 |
|
|
|
• ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34 |
|
|
|
• Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30 |
|
|
|
• Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25 |
|
|
|
• Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23 |
|
|
|
• "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21 |
|
|
|
• Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16 |
|
|
|
• "Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14 |
|
|
|
|