İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir .....                     Qarın yaratdığı fəsadlar: .....                     Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? .....                     Zelenskiyə qarşı çevriliş planı hazırlanır? .....                     Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil .....                     Əmək müqaviləsinə xitam verilərkən .....                     Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi .....                     Norveç Ukraynaya maliyyə yardımını artıracaq .....                     Vens iki həftə əvvəl demişdi... .....                     Dehli bu siyasətini dəyişdirməyəcək .....                     Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan .....                     Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına .....                     Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində .....                     Fatimə Mövlamlı həbs edildi .....                     Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                 

“Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz” - Sahib Məmmədov
Tarix: 11-06-2024, 09:04 | Çap et
“Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin iyunun 10-12-də Ermənistana səfəri planlaşdırılıb. Onun ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə edəcəyi bildirilir.

Rəsmi məlumatda Obrayenin “ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsinə dəstəyini, o cümlədən Almatı Bəyannaməsindən sərhədin demarkasiyası üçün əsas kimi istifadəsini müzakirə edəcəyi” də qeyd edilib.

Xatırladaq ki, az öncə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono bölgəyə səfər etmiş, Bakı və İrəvanda olmuşdu. Odur ki, təbii olaraq suallar yaranır: belə səfərlərin ümumi sülh prosesinə hansı faydası var? Amerikalı emissarların regiona səfərləri niyə intensivləşib? Obrayen Bakıya da gələcəkmi?

Bu arada, “S & P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2024-cü ilin noyabrına, yəni BMT-nin COP-29 tədbirinədək imzalanmasını mümkün hesab ediblər. Bildirilir ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir. Hər iki tərəfin Avropanın və MDB-nin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları intensivləşdirdiyi vurğulanır. İntensivləşən səfərlər nə ilə bağlıdır və sülh prosesinə xidmət edirmi?

Yeri gəlmişkən, son vaxtlar ABŞ-ın aktivliyini görən Rusiya da proseslə bağlı təşəbbüs göstərir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə deyib ki, rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir. Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir. “Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb. O qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır.

Eyni zamanda rusiyalı diplomat Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları topladığını da deyib. “Əgər 2022-ci ildə İrəvan KTMT-nin Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsi üzrə kompleks tədbirlərlə bağlı təklifini qəbul etsəydi, hazırda Ermənistanın üzləşdiyi risklərin çoxunun qarşısını almaq olardı. Təəssüf ki, rəsmi İrəvan Avropa İttifaqının "monitorinq" adı altında sərhədlərin qorunması ilə deyil, Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan missiyasını dəvət etməyi üstün tutdu". Göründüyü kimi, Rusiya Qərbin bölgədə mövcudluğundan narahatdır. Üstəlik, belə bir ərəfədə İrəvana nota verilməsi də sıradan məsələ deyil. Ümumilikdə Qafqaz qalası uğrunda “yarış”ı müşahidə etməkdəyik. Təsadüfi deyil ki, Rusiyadan təlimat və dəstək alan Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyalar məhz bazar günündən etibarən növbəti mərhələni elan etdi, kütləvi itaətsizliyə başladı. Bu etirazlar isə birmənalı şəkildə sülhü pozmağı hədəfləyib. ABŞ-ın bu aksiyalara reaksiyasızlığı da təəccüb doğurur. Hər halda, sülhü istəyən bu aksiyaların genişlənməsini arzulamazdı. Qərb-Rusiya yarışması fonunda cərəyan edən hadisələr sülh prosesinə nə vəd edir?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, söhbət hərtərəfli sülh müqaviləsindən gedirsə, onun COP29 tədbiri başlayanadək imzalanması o qədər də real görünmür: “Hərtərəfli sülh müqaviləsində mütləq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıyan müddəa olmalıdır. Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası qalırsa, sülh müqaviləsində bu müddəanın əks olunmasının mənası yoxdur. Həm də bu halda həmin müddəa Ermənistan konstitusiyasına zidd olduğu üçün hüquqi əhəmiyyət kəsb etməyəcək. Çünki beynəlxalq normalar - konkret halda Azərbaycanla bağlanacaq sülh müqaviləsinin - Ermənistanın qanunvericilik sistemində konstitusiyadan aşağı hüquqi qüvvəyə malik sənəddir. Azərbaycanla başlanmış delimitasiya və demarkasiya prosesləri, o cümlədən 4 kəndin geri qaytarılması Ermənistanda yeni bir etiraz hərəkatı yaradıb və bu etiraz dalğası hələ sönməyib. Bu halda Ermənistanın siyasi rəhbərliyinin konstitusiya islahatına tezliklə gedəcəyi bir qədər real görünmür. Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında müvafiq dəyişiklik olmadan isə hərtərəfli sülh müqaviləsinin bağlanması mümkün deyil. Bununla bağlı Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil” fikrini söyləyib. Kifayət qədər aydın və dəqiq. Ona görə də hansısa çərçivə sənədinin, yaxud sülh müqaviləsi adlanmayan, yalnız müəyyən razılaşmaları özündə ehtiva edən sənədin imzalanması baş verə bilər. Əlbəttə, bunun özü də sonrakı proseslərin, o cümlədən hərtərəfli sülh müqaviləsinin bağlanması üçün proseslərin sürətlənməsinə gətirə bilər. Amma bu sənəddə sərhədlərin delimitasiyası və ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi açıq qalacaq. Ona görə də biz Ermənistanın sonrakı hərəkətlərini, o cümlədən bizim beynəlxalq hüququn prinsiplərinə söykənən tələblərimizi, konstitusiya səviyyəsində mövcud olan ərazi iddasına dair müddəaların çıxarılması tələbinin yerinə yetirilməsini gözləməliyik". S.Məmmədov qeyd etdi ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz: “ABŞ-ın uzağagedən məqsədi başqadır və sülh müqaviləsinin yaxın vaxtda imzalanması, münasibətlərin tənzimlənməsi onların maraqlarına uyğun görünmür. Ermənistanın Rusiyanın təsir dairəsindən tam çıxarılmasından sonra ABŞ sülh müqaviləsinin bağlanmasında maraqlı ola bilər. O da yaxın gələcəkdə baş verməyəcək. Ermənistanın bütün demarşlarına baxmayaraq, o, Rusiyadan həyati baxımdan asılı vəziyyətdə qalmaqdadır. Daha bir məsələ Prezident İlham Əliyevin Ermənistanı ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi bəyanat vermək çağırışına İrəvandan olan reaksiyadır. Prinsipcə, Ermənistan təklifi inkar etmir, amma bunun bəri başdan deyil, sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacağına işarə edir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın qənaətinə görə, "sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək və bu məsələ də öz-özünə həll olunacaq".

Yəni heç müraciətə ehtiyac da qalmayacaq. Bu yanaşma da bizi qane edə bilməz. Ona görə də “S & P Global Ratings” beynəlxalq reytinq agentliyinin və başqa qurumların optimizmini bölüşmək mümkün deyil. Onu da bir daha qeyd edim ki, hərtərəfli sülh müqaviləsi ilk növbədə Ermənistan üçün lazımdır. Bizim tələsən yerimiz yoxdur".

Məsələyə fərqli kontekstdən yanaşan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da mövzu ilə bağlı olduqca maraqlı yanaşmaları və təhlili var: “ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana və Ermənistana səfəri Vaşinqtonun Bakı və İrəvan arasında aparılan danışıqların mahiyyəti ilə əlaqəlidir. Birincisi, Vaşinqton Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh sazişinin imzalanmasını istəyir. Cənubi Qafqazda sülh Amerika Birləşmiş Ştatlarına ona görə lazımdır ki, bölgə ölkələri arasında əməkdaşlıq başlasın, Ermənistan regional layihələrə qoşula bilsin. İkincisi, Vaşinqton Rusiyanın Cənubi Qafqaza təsirinin azalmasını istəyir. Azərbaycan Qarabağda separatizmə son qoyub və Rusiya hərbçiləri Azərbaycanın ərazisini tərk ediblər. Bu, o deməkdir ki, Kremlin Azərbaycana təzyiq alətləri minimuma enib. Kremlin Ermənistana təzyiq etmək üçün isə əlində hələ kifayət qədər aləti var. Ona görə də amerikalı diplomatlar İrəvandakı görüşlərdə məhz Ermənistanın Rusiyadan asılılığının azalması mövzularını müzakirə edirlər”. Analitik hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni cəmiyyətində mövqeləri hələ möhkəmdir: “Ancaq bunun uzun zaman davam edəcəyini söyləmək də çətindir. Rusiyanın Ermənistanda dəstək verdiyi qüvvələr fəallıqlarını artırmağa çalışırlar. Ona görə də Vaşinqton Ermənistan hökumətini Rusiyanın təzyiqindən qorumaq imkanlarını artırmağa çalışır. Bu arada, "S & P Global Ratings" beynəlxalq reytinq agentliyinin analitiklərinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2024-cü ilin noyabrına, yəni BMT-nin COP29 tədbirinədək imzalanmasını mümkün hesab etmələri Vaşinqtonun istəyinə cavab verir. Bu, mötəbər beynəlxalq təşkilatın Bakıya və İrəvana mesajıdır ki, sülh sazişinin mümkün qədər tez imzalanması hamı üçün faydalıdır. Azərbaycanın da istəyi budur, önəmli olan Ermənistan hökumətinin qərar verməsidir. Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün Ermənistan hökumətinin iki addım atmasının gərəkliyini bildirib. Birincisi, Ermənistan konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlər oradan çıxarılmalı, ikincisi rəsmi İrəvan fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupundan rəsmən imtinasını bəyan etməlidir. Əslində bu, baş nazir Nikol Paşinyan üçün mürəkkəb məsələlər deyil. Paşinyan özü də bir neçə dəfə bəyan edib ki, yeni konstitusiya qəbul edilməlidir. Paşinyan Minsk Qrupunun adının qalmasının da mənasız olduğu anlayır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Bu gün, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Bu gün, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Bu gün, 18:23
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Bu gün, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Bu gün, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Bu gün, 17:38
Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Bu gün, 17:36
Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Bu gün, 17:34
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57
Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru