İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir .....                     Qarın yaratdığı fəsadlar: .....                     Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? .....                     Zelenskiyə qarşı çevriliş planı hazırlanır? .....                     Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil .....                     Əmək müqaviləsinə xitam verilərkən .....                     Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi .....                     Norveç Ukraynaya maliyyə yardımını artıracaq .....                     Vens iki həftə əvvəl demişdi... .....                     Dehli bu siyasətini dəyişdirməyəcək .....                     Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan .....                     Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına .....                     Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində .....                     Fatimə Mövlamlı həbs edildi .....                     Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                 

"Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi" - Pənah Hüseyn
Tarix: 7-06-2024, 09:35 | Çap et
"Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi"
Xəbər verildiyi kimi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989-1991) Vaqif Hüseynov vəfat edib. Vaqif Hüseynov ömrünün 82-ci ilində Rusiyada dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", “Molodyoj Azerbaydjana”, “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.

Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri, DTK sədri və digər vəzifələrdə çalışıb. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində isə Rusiyanın geosiyasi analitiki və “Sistema” şirkətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərib.

Vaqif Hüseynovun ölümü onun adını yenidən diqqət mərkəzinə gətirib.

Sabiq baş nazir Pənah Hüseyn Vaqif Hüseynovla bağlı “Yeni Müsavat”a maraqlı açıqlamalar verib. Pənah Hüseyn bildirib ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov tarix üçün ibrətamiz bir taledir: “Öz dövlətinə, xalqına yox, başqa bir dövlət, millətə xidmət eləmək, başqa bir antimilli ideologiyanın əsgəri olanların taleyi baxımından ibrətamizdir. Bizdə adət var ki, ölənin dalınca ya yaxşı danışırlar, ya da heç danışmırlar. Amma Vaqif Hüseynov əlbəttə ki, Azərbaycan tarixinin çox mühüm bir dönəmində əsas rollardan birini oynadığına görə, hər halda, ona münasibət bildirilməlidir. Mənə bu barədə bir neçə media orqanlarından zəng elədilər. Mən əksəriyyətinə "şərhim yoxdur" dedim. Amma indi düşünürəm ki, hər halda, müəyyən məsələlərə aydınlıq gətirilməsi lazımdır".

P.Hüseyn xatırladıb ki, Vaqif Hüseynov Əbülfəz Elçibəy prezident seçildikdən sonra 1990-cı ilin yanvar hadisələrinə görə təqsirləndirilərək həbs olunmuşdu: “Surət Hüseynovun 1993-cü ilin 4 iyun qiyamından sonra Vaqif Hüseynov azad olundu. Onun həbsdə olduğu müddətdə Ali Sovetin deputatı Arif Rəhimzadənin rəhbərliyi ilə Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsi yaradılmışdı. Çox aqressiv bir iş aparılırdı. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi və bir müddət sonra Moskvaya getdi. Sonralar yazdığı memuarlarında bildirir ki, onun həbsdən azad olunması üçün birbaşa Surət Hüseynov əsas rol oynayıb”.

Sabiq baş nazir bildirib ki, Vaqif Hüseynov o dövrün partiya sovet nomenklaturasında kifayət qədər nüfuza malik fiqur idi. Eyni zamanda onun barəsində bir qədər şişirdilmiş təsəvvürlər yaradılmışdı: “Onun xüsusi təşkilatçılıq qabiliyyəti, intellektual səviyyəsi barədə, fikrimcə, olduğundan bir qədər şişirdilmiş, süni olan imic yaradılmışdı. 1980-ci illərin sonunda bütün aparılan fəaliyyətin məntiqi nəticəsi onun Azərbaycana rəhbər təyin olunması ilə nəticələnməli idi. Amma 1990-cı ilin yanvar ayında Azərbaycan SSRİ Kommunist Partiyasının birinci katibinin təyinatı məsələsi müzakirə edilərkən məhz Vaqif Hüseynovun təyin olunacağı gözlənilirdi. Ayaz Mütəllibovun təyin olunması gözlənilməz oldu. Vaqif Hüseynov özü bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, onun birinci katib təyin olunmamasında SSRİ KQB-si və Baş Kəşfiyyat İdarəsi arasında ziddiyyət rol oynayıb. Baş Kəşfiyyat İdarəsinin generalı Viktor Polyaniçko Mütəllibovun birinci katib təyin olunmasına nail olub. Ola bilər ki, Vaqif Hüseynov bunu 1990-cı il yanvar hadisələrində özünün mənfi rolunu bir qədər pərdələmək üçün də bu cür yazıb. Çünki həm də yazıb ki, o hadisələrdə DTK deyil, daha çox SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hərbi hissələri rol oynayırdı. Vaqif Hüseynovun bu iddiaları sonradan araşdıramalar nəticəsində müəyyən mənada təsdiqini tapmışdı ki, Baş Kəşfiyyat İdarəsinin Pirəkşüküldə və Badamdarda yerləşən 22-ci əlahiddə briqadası o hadisələrdə rol oynayıb və ruslara atəşi də onlar açıb”.

P.Hüseyn onu da qeyd etdi ki, istənilən halda Vaqif Hüseynov o dövrdə milli demokratik qüvvələrin, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin ideyalı düşmənlərindən biri kimi çıxış edirdi: “İndiki terminlə ifadə eləsək, Azərbaycandakı Rusiya "beşinci kolonu"nu səfərbər eləyən əsas fiqurlardan biri idi. Sonrakı illərdə isə hətta Moskvada Xocalı canisi Robert Köçəryanla birlikdə “Sistema” şirkətində işlədi. Vaqif Hüseynovun Robert Köçəryanla eyni şirkətdə işləməsi onu xarakterizə etmək üçün əyani dəlillərdən biridir. Hansı məqsədlə, motivlə olur-olsun bu, öz millətinə və dövlətinə qarşı çıxmaq, həm də özünə qarşı çıxmaqdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Bu gün, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Bu gün, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Bu gün, 18:23
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Bu gün, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Bu gün, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Bu gün, 17:38
Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Bu gün, 17:36
Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Bu gün, 17:34
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57
Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru