Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                 

“İnsanların iş yerləri ilə bağlı problem yenidən yaranacaq” - deputat
Tarix: 2-07-2020, 08:23 | Çap et
“İnsanların iş yerləri ilə bağlı problem yenidən yaranacaq”
Azərbaycanda iyunun son günündə koronavirusa yoluxma sayı 556 oldu. Ölkədə hər gün stabil 500-dən çox insan infeksiyaya tutulur.
TƏBİB rəsmisi Yaqut Qarayeva belə izah edir ki, əgər 14 günlük sərt karantin rejimi tətbiq olunmasaydı, bu rəqəmlər gündəlik 1000 ola bilərdi. Halbuki sərt karantindən öncə yoluxma sayı 400-450 idi.

Həkimlər, professorlar isə bildirirlər ki, iki həftəlik sərt karantinlə heç bir müsbət irəliləyiş olmayacaq. Lakin gedişat və açıqlamalar daha 14 gün sərt karantin tətbiq olunacağına işarə verir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də son brifinqdə eyham vurdu ki, karantinin uzadılması barədə rəylər var, yekun məlumat veriləcək.

O deməkdir ki, 5 iyuldan sonra da SMS icazə ilə yaşamağa davam edə bilərik. Fəqət Operativ Qərargahın yeni yanaşmalar, alternativlər ortaya qoymasına ehtiyac var.

Çünki sərt karantin rejimi yoluxmanın ciddi şəkildə azalmasına gətirib çıxarmır, digər tərəfdən, bir çox xidmət sahələrinin qapadılması əhalinin sosial vəziyyətini çətinləşdirir, iqtisadiyyata zərbələri artırır.

Hazırda xeyli sayda iş adamı, obyekt sahibi, kafe-restoranda işləyənlər çörəksiz qalıblar. Onların pandemiyaya görə üzləşdikləri problemlər hələ ki kompensasiya olunmur.

Bu baxımdan daha 2 həftə sərt karantin rejiminin uzadılması ciddi sosial gərginliyin yaranmasına səbəb ola bilər.

Hazırda sərt karantinin bitməsinə sayılı günlər qalıb, əgər uzadılmasa iyulun 5-dən SMS icazə ləğv oluna, postlar yığışdırıla bilər.

Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev “Yeni Müsavat”a bildirdi ki, sərt karantin rejiminin uzadılması istisna edilmir. Onun sözlərinə görə, qərar situasiyadan asılı olacaq.

C.İsayev qeyd etdi ki, hazırda 500-550 civarında yoluxma stabilləşmədən xəbər verir.

Onun fikrincə, daha çox yoluxma ilə üzləşə bilərdik: “Kimsə deyə bilər ki, sərt karantin dövründə yoluxmalar 500-dən yuxarıdır. Amma nəzərə alın ki, biz gündəlik 600-700 nəfərin yoluxması statistikası ilə üzbəüz qala bilərdik. Hazırkı rəqəmlər göstərir ki, stabilləşmə gedir, artım olmayıb. Yəni karantin rejimi sərtləşdirilməsəydi, vəziyyət daha da pisləşə bilərdi”.

Baş infeksionist hesab edir ki, insanların regionlara getməsinə şərait yaradılmalı, paytaxtın yükü azaldılmalıdır: “Bu təklifi əvvəl də vermişəm. Amma hər şeydən əvvəl tövsiyələrə əməl olunmasıdır.

Sən sərt karantin tətbiq elə, insanlar əməl etməsinlər, təbii ki, yoluxmalar artacaq. Tövsiyələr də dəyişməz olaraq qalır - maska taxsınlar, yaxın təmasdan uzaq olsunlar, gigiyenik qaydalara riayət eləsinlər. Bu gün virusla mübarizə üçün başqa yollar yoxdur".

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev facebookda yazıb ki, bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir:

“100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Bütün karantin rejimləri ləğv edilməlidir”.

Onun sözlərinə görə, insanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq, təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir: “Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq. Çünki immunitetimiz sıfıra düşəcək. Broyler toyuqlarına dönürük.

Bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar".

Deputat Fazil Mustafa həmkarı Fəzail Ağamalının fövqəladə rejim elan olunması təklifinə münasibət bildirərkən isə deyib ki, ən sərt karantin rejimi tətbiq edilsə, yoluxma sayı xeyli azalar: “Lakin hazırda bunu etmək mümkün deyil. Çünki sərt karantin rejiminin tətbiq edilməsi insanların iş yerləri ilə bağlı problemin yenidən yaranmasına gətirib çıxaracaq. Məhdudlaşmaya getmək mümkündür, amma ən sərt karantin rejiminə keçmək hazırda heç də doğru qərar olmazdı”.

F.Mustafa vurğulayıb ki, mövcud şəraitdə vətəndaşların qoruyucu vasitələrdən istifadə edib, sosial məsafəni gözləmələri vacibdir: “Artıq maska taxmayanlar və karantin rejiminin tələblərini pozanlara qarşı cərimələr sərtləşdirilib.

Bununla belə, maska taxmayan, sosial məsafə gözləməyən insanlara cəmiyyətimizdə təzyiqlər olmalıdır. Yəni qadağalardan, cərimələrdən öncə insanlar özləri bir-birilərinə irad bildirməlidirlər".

Bu arada sərt karantin rejimi tətbiq olunan yerlərdə, xüsusən Bakıda elə gün olmadı ki, vətəndaşlar qaydaları pozmasınlar.

Baş Dövlət Yol Polisi İdarəsinin iyulun 1-də yaydığı məlumata görə, karantin rejimi qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla, 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla, 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla, 315 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 800-dən çox nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Bu gün, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Bu gün, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru