Pənah Hüseyn düzmü buyurur? - REAKSİYA
Tarix: 15-04-2019, 10:27 | Çap et
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn Musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan canlı debatı zamanı sensasion açıqlamalar verib.
Pənah Hüseyn bildirib ki, o, ölkəmizlə bağlı ciddi informasiyalar alıb: “Mənə xaricdəki dostlarımız bildirdilər ki, bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır. Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər. Çox diqqətli, ehtiyatlı olmaq lazımdır. Cürbəcür məqsədlər üçün bu təxribatlar hazırlanır. Bunlardan birinin Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu məsələdə ermənilərin də işləməsi, ölkədə xaosun olmasında onların da marağının olması aydındır”.
Sabiq baş nazirin fikrincə, konkret hadisələrə görə konkret şəxslərin haqqında inzibati və cinayət hüququ əsasında tədbirlər görülməlidir: “Gözümüzün qabağında bəzi ölkələrdə baş verənləri xatırlatmaq istəyirəm. Onlarda da heç bir şey gözlənilmirdi. Amma iqtidarların devrilməsini müşahidə edirik. O baxımdan, pereventiv tədbirlər kimi, hesab edirəm ki, ölkədə real islahat, real dəyişim, real, demokratik seçki tətbiq olunmalıdır. Allah eləməsin ki, bu cür hadisələr xoşagəlməz nəticələrə səbəb olsun”.
P.Hüseynin ilginc iddiaları ilə bağlı sabiq MTN polkovniki İlham İsmayılın mövqeyini aldıq.
Təhlükəsizlik məsələləri üzrə ekspert iddialardakı həqiqətlərdən söz açdı: “Pənah bəy uzaqgörən adamdır. O bilir ki, Azərbaycanın Avropaya yaxınlaşması həm daxildən, həm də xaricdən təxribatlarla müşahidə olunub. Daxildən şimala və cənuba bağlı bir sıra şəxslər var. O şəxslər adi deyil, səlahiyyətli şəxslərdir. Həmin şəxslərin müəyyən dərəcədə təxribatları olub. Çalışırlar ki, Azərbaycan Avropaya yaxınlaşmasın. Ona görə də çalışırlar ki, insan haqları və hüquqları ilə bağlı, yəni Avropa ittifaqının əsas tələblərinə qarşı müəyyən addımlar atsınlar, sərt tədbirlər görsünlər, həbslər aparsınlar. Bu nöqteyi-nəzərdən daxildən belə təxribatlar mümkündür. Şimal-cənub qonşularımız isə bizim üçün hər zaman təhlükə olduğuna, hər zaman Avropa yaxınlaşmağımıza maneə olduğu üçün kifayət qədər belə məsələlər mümkündür. Çünki zamanında biz bunları görmüşük. Burada vəzifələrimizdən, görəcəyimiz işlərdən biri bu işin qarşısını xüsusi xidmət orqanlarımızın almasıdır. Əsas odur ki, hakimiyyətin özü bu məsələdə qərarlı olsun. Saziş təbii ki, Azərbaycanın maraqlarına uyğun imzalanmalıdır. Bu olarsa, dövlətin xüsusi xidmət orqanı qarşısında tələbləri, göstərişləri olacaq. Hər cür təxribatların qarşısını almaq üçün işlər görüləcək. Əgər bəhanə edilib saziş imzalanmayacaqsa, mümkündür ki, o zaman da təxribatlar baş versin. Əsas odur ki, hakimiyyət bu məsələdə birmənalı qərarlı olsun. İstənilən halda maraqlarımız nəzərə alınmalıdır. Avropa İttifaqı hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli bəndinin müqaviləyə salınmasında tərəddüd edir. O bəndi sazişə salmaqdan çəkinirlər. Bu barədə danışıqlar gedir. Əgər o bənd ora salınmayacaqsa, bizim Ümumdünya Ticarət Mərkəzinə üzv olmağımızın, seçki qanunlarını dəyişməyimizin, insan haqları ilə bağlı müəyyən işlər görməyimizin, siyasi məhbusları azad etməyimizin heç bir mənası qalmayacaq. Çünki bu məsələlər Dağlıq Qarabağ probleminin yanında ikinci dərəcəlidir. Biz ciddi bir dövr ərəfəsindəyik. Azərbaycanın bu savaşda ağ bayrağı yoxdur və olmayacaq da. Bu təxribatların qarşısını almaq ilk növbədə xüsusi xidmət orqanının üzərinə düşür. Amma bu işdə bir daha deyirəm ki, hakimiyyətin xüsusi qərarlığı olmalıdır. O olmasa, hər bir bəhanə ola bilər. Heç bir bəhanəyə biz imkan verməməliyik. Təbii ki, Azərbaycanın maraqları öndə tutulmaqla”.
İ.İsmayıl hansı istiqamətlərdə təxribatların ola biləcəyi barədə ehtimallarını da bölüşdü: “Avropa İttifaqını nələr qıcıqlandıra bilərsə, o istiqamətdə təxribat cəhdləri mümkündür. Burada hər hansı bir terror törədilərsə, Avropa terrora məruz qalan ölkə kimi sadəcə bizi tanıyacaq. Amma burada hər hansı bir avropalıya, Avropa strukturlarının nümayəndələrinə, o cümlədən, İsrail nümayəndəsinə hər hansı bir təxribat olarsa, bu sazişə ciddi mane yarada bilər. Zamanında cənubda belə bir terrora cəhd olmuşdu. Yəhudi müəllimi öldürmək planı qurulmuşdu. Təxminən o istiqamətdə cəhdlər olarsa, təbii ki pis qarşılanacaq, bizə qarşı münasibət pis olacaq. Cəbhə xəttində ermənilər təxribatlar edəcəklər, bizimkilər əks cavab verəcəklər və onlar da deyəcəklər ki, demokratik cəmiyyət formalaşdırmaq istəyən Ermənistana qarşı bu cür tədbirlər görülür, sülh tədbirlərindən yayınır, biz bunu qəbul etmirik. Avropa dəyərlərinə düzgün yanaşmalıyıq. Daxildə insan haqlarını pozan addımlar atılarsa, bu da təxribat kimi qəbul olunmalıdır. Çünki bunlar dünya mətbuatında geniş işıqlandırılacaq. Onun üçün də bu günlərdə Avropa dəyərlərinə zidd olan heç bir siyasət yürütməməliyik”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|