![Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739087372_rus_ordusu_44.jpg)
Rusiya hərbçiləri Xarkov vilayətində Volçya çayını keçməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücum qrupunu məhv ediblər.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
Məlumatda bildirilir ki, Volçansk istiqamətində PUA operatorları və “Sever” artilleriyaçıları gecə saatlarında Volçya çayını keçməyə hazırlanan Ukrayna Silahlı Qüvvələrinin hücum qrupunu zərərsizləşdiriblər.