![AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq'](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738961185_1714485137_888.png)
Xəbər verdiyimiz kimi bir neçə ay bundan əvvəl mətbuatda "Binə" çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumat verilmişdi. Məsələ ilə bağlı AQTA həmin zavodda zavodda yoxlama aparıb və bir sıra nöqsanların aşkar olunduğunu bildirmişdi.
Məlumat da qeyd edilirdi ki,"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən "Binə Çörək Zavodu" MMC-yə məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib. Verilən cəzaya və edilən xəbərdarlığa baxmayaraq zavod öz ampulasından əl çəkmək istəmir.
Sonxeber.az xəbər verir ki, köhnə günəşli qəsəbəsində yerləşən Megastore supermarketindəki görüntü "Binə" çörək zavodunun verilən cəzadan nəticə çıxarmadığını deməyə əsas verir.
Belə ki, çörəkləri vitrinə deyil də üzəri açıq və antisanitar şəraitdə mağazanın arabasına düzülüb.
Görünür, "Binə" çörək zavodunun rəhbərliyini və işçilərini vətəndaşların sağlamlığı deyil də öz cibləri, rahatlığı daha önəmlidir.
![AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq'](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738961143_1738943253img_20250207_181510.jpg)