“Müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir” - deputat
Tarix: 11-04-2019, 08:43 | Çap et
Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş yekunlaşmaq üzrədir. Böyük ehtimalla gələn ay tərəflər sazişə imza atacaqlar. Proses sona çatmaq üzrə olsa da, hələ də sazişin mətni məlum deyil. Bu da ən müxtəlif mövqeləri ortaya çıxarır.
Ölkə müxalifətinin məsələyə münasibəti bir qədər fərqlidir. Doğrudur, əksər müxalif qüvvələr imzalanacaq sazişi dəstəkləyirlər. Amma bununla belə, müxalifət sazişdə insan haqları və demokratiya məsələsində məhdud halların ola biləcəyindən narahatlıq hissi keçirir. Hətta bəzi müxalif qurumlar bunlar sənəddə yer almazsa, sazişin qarşısının alınması üçün əllərindən gələni edəcəklərini bəyan edirlər.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Amerikanın Səsi”nə bildirib ki, sazişdə insan haqları, iqtisadi, mədəni əlaqələr, regional təhlükəsizlik və digər məsələlərin yer alacağı gözlənilir. Amma bununla belə, partiya başqanı müzakirələrin xalqdan qapalı keçirilməsini də dilə gətirir. A.Hacılı sazişin Avropa İttifaqı tərəfindən deyil, Azərbaycan tərəfdən hazırlandığını düşünür.
REAL Partiyasının sədri İlqar Məmmədov bunları düşünür: “Əlbəttə, biz hələ o sənədi görməmişik, lakin onun demokratik dəyərlərə xidmət baxımından yaxşı olacağına bir neçə əsaslı gümanımız var. Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir. Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, müxalifətin bu cür yanaşmasının əsası yoxdur: “Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddətdir ki, bu sazişlə bağlı işçi qrupları səviyyəsində məsləhətləşmələr aparılır. İşçi qrupu artıq sazişi tamamlamaq mərhələsindədir. Bu cür iddiaları əsassız hesab edirəm ki, sazişi Azərbaycan tərəfi işləyib, yaxud hazırlayıb. Azərbaycan tərəfinin bu sazişi işləməsində qəbahət axtarmağın özü əllaməlikdir. Ölkəmiz kifayət qədər imkanlara malikdir ki, Avropa İttifaqı səviyyəsində qəbul ediləcək sazişin müəllifi kimi çıxış edir. Bununla bərabər, düşünürəm ki, saziş Azərbaycan və Avropa İttifaqının birgə işçi qrupu tərəfindən hazırlanmış layihədir. Həmin saziş layihəsi ətrafında müzakirələr aparılır. Ortada konkret belə bir layihə var. Tərəflər bir-birinə arqumentlərlə öz fikirlərini əsaslandırıb qəbul etdirməyə səy göstərir. Beləliklə, ortaq variantlar tapılır, saziş imzalanır və qüvvəyə minir. Bu və buna bənzər beynəlxalq səviyyəli, həm də dövlətlərarası sazişlərin hamısında özünü ifadə edir. Ona görə mənə elə gəlir ki, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında bu sazişin imzalanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Yaxın zaman kəsiyində biz belə bir sazişin imzalanmasının şahidi olacağıq. Burada insan haqları və demokratiya ilə bağlı məsələlərə gəlincə, deyə bilərəm ki, ilk növbədə, Azərbaycanın özünün tutduğu yol demokratiya yoludur. Azərbaycanın qanunverici aktlarında demokratiyaya xidmət edən bütün elementlər öz əksini tapıb.
Digər tərəfdən, söz və vicdan, sərbəst toplaşmaq azadlığı kimi vacib olan dəyərlərin Azərbaycanda qorunub saxlanılması üçün hüquqi normativ aktlar mövcuddur. Azərbaycan dövləti də cəmiyyətimizi anarxiyaya aparmayan, zorakılığa imkan verməyən addımlar atır. Ona görə də müxalifətin bəzi qanadlarının bu baxımdan narahatlıqları üçün əsas yoxdur. Nəzərə alaq ki, Avropa İttifaqı bizim kimi ölkələrlə bağlamış olduğu sazişlərdə Avropa dəyərlərinin həmin ölkələr tərəfindən nəzərə alınmasında və əməl olunmasında maraqlıdır. Azərbaycan Avropa məkanının tərkib hissələrindən biridir. Bir tərəfdən Azərbaycanın Avropaya inteqrasiya olunması üçün bütün səviyyələrdə bunun həyata keçirilməsi baxımından ”Yol xəritəsi"ni götürməsi və belə bir iradəni ortaya qoyması bir reallıqdır. Digər tərəfdən, Avropa İttifaqının özünün də bu dəyərlərə üstünlük verməsi qaçılmaz faktdır. Bu, səbəbdən düşünürəm ki, radikal müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir. Bu sadəcə olaraq, güman edilən fikirlər ola bilər. Belə gümanların özünün də heç bir əsası yoxdur. Müxalifət də bu baxımdan söyləmiş olduqları fikirlərlə bu narahatlığı yaşamamalıdır. Yaxşı olar ki, müxalifət öz içərisində və aralarında olan problemləri həll etsin. Sivil, normal konstruktiv mövqe nümayiş etdirən, Azərbaycan dövlətçiliyinə xidmət edən, xalqımızın maraqlarını hər şeydən üstün tutan bir konsepsiya, hərəkət planına uyğun olan fəaliyyət qursunlar. Müxalifət olaraq da Azərbaycan xalqının və dövlətinin maraqlarına öz töhfələrini versinlər". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|