Trampın Kanadanı işğal etmək planı yoxdur .....                     Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? .....                     “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... .....                     Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? .....                     Günay özəl günündə "Səndən sonra" təqdim etdi .....                     SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib .....                     AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB .....                     “Ayaqlarımda problem var, yeriyə bilmirəm” .....                     Rus səfir açıqladı: Bakı və İrəvana kömək… .....                     Ukrayna böhranının həllində “intensiv diplomatiya” .....                     "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." .....                     “Atamın mahnılarının müəlliflik hüququ məndədir, .....                     "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" .....                     USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib .....                     Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? .....                     Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq .....                     Sahil Babayev karateçi olub .....                     Bu siyahıda Ermənistanla Türkiyə var, .....                     Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: .....                     Məktəblərdə din tədrisinə ehtiyac varmı? .....                     Azərbaycanda güclü zəlzələ gözlənir? .....                     “PEYK” zavodunun 19 milyon vergi borcu var .....                     Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi .....                     İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar .....                     Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş .....                     Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir .....                     Azər Qəribovun adından dələduzluq .....                     O vaxt KQB arxivləri açılsaydı... .....                     1,5 milyard dollarlıq qızıl aldı .....                     Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                 

ReAl Partiyası ilə AXCP arasındakı qovğa... - ritorika o qədər tanış gəlir ki...
Tarix: 8-04-2019, 08:55 | Çap et
ReAl Partiyası ilə AXCP arasındakı qovğa...
Son 25 ildə bu kimi ixtilafları, nifaqları çox görmüşük, ondandır.

Tərəflərin hansının haqlı olduğunu birmənalı şəkildə demək mümkün deyil. İki tərəf də, el dilində desək, öz sözünün göyçəyini deyir.

Amma ötən günlərə yüngülvari ekskurs edəndə göz önündə bənzər mənzərələr canlanır.

Təxminən 20 il öncələr idi. Müsavat partiyasının sürətlə güclənən, təşkilatlanan vaxtlarıydı. Təbii ki, iqtidar düşərgəsi artıq bu partiyanın əsas rəqib olacağını düzgün proqnozlaşdırmışdı və əlindəki resurslarla ona qarşı mübarizə aparırdı. Eyni zamanda, Müsavata qarşı daha bir güc fəaliyyət göstərirdi. Bu, Müsavatla eyni blokda (Demokratik Konqresdə) təmsil olunan AXCP-nin daxilindəki “Yurd” qruplaşmasıydı.

AXCP-nin sədri, milli azadlıq hərəkatının lideri, eks-prezident, əksər müsavatçıların sevimlisi, Müsavat başqanı İsa Qəmbərin şəxsi dostu Əbülfəz Elçibəy belə həmin qrupun öhdəsindən gələ, onlara “mənim müttəfiqimlə, dostumla işiniz olmasın” deyə bilmirdi. “Yurd” liderləri isə müxalifət düşərgəsinin “oliqarx”larıydı. Onlar parlamentdə təmsil olunur, hökumət adamları ilə birgə səfərlərə gedir, Strasburqdan vurub Brüsseldən çıxırdılar. Qürbət ellərdə birgə şənliklər təşkil edirdilər. Əllərində 10-a qədər qəzet vardı, telekanalların studiyalarında tez-tez qonaq olurdular. Hətta bir dəfə AzTV Əli Kərimlinin Süleyman Dəmirəllə görüşündən süjet vermiş, onun parlamentin plenar iclasında etdiyi uzun bir çıxışı yaymışdı.

Bu qrup sərəncamında olan qəzetlərdə özünü “islahatçı” və “konstruktiv müxalifət qüvvəsi” adlandırır, iqtidarın əsas rəqibi Müsavatı destruktivlikdə ittiham edirdilər. Hərdən ortaya daha ağır iddialar atırdılar. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi məsələsi ictimai müzakirə predmeti olan zaman hansısa jurnalistin sualına cavab olaraq Müsavat başqanı İsa Qəmbər demişdi ki, əslində bu neft kəməri İran üzərindən, azərbaycanlıların yaşadığı ərazilərdən keçsəydi, iqtisadi baxımdan daha sərfəli olardı.

Ortada bir neçə milyardlıq qənaətin və neft kəmərindən gələcək tranzit haqqının Cənubi Azərbaycan ostanlarına qalmasının söhbəti vardı.

Ancaq görün “Yurd” nə etdi? Qrup funksionerləri öz qəzetlərində tozanaq qopardılar (şükür ki, arxivlər, qəzetlərin cildlənmiş nüsxələri qalır, maraqlananlar qaldırıb baxa bilər), Müsavatı İrana işləməkdə, İsa Qəmbəri İranın adamı olmaqda suçladılar. Məqsəd güclənməkdə olan bu partiyanı İranmeyilli qüvvə" kimi tanıdaraq, Azərbaycanda marağı olan qüdrətli güclərin, xüsusilə də ABŞ-ın gözündən salmaq idi.

Ən ümdəsi, iddiaların heç bir əsası yox idi, ortada ciddi bir şərləmə kampaniyası vardı.

Fəqət, bir-iki ildən sonra kartlar açıldı, maskalar düşdü. AXCP-nin daxilində yuva salmış “Yurd”un bir çox rəhbərləri gizli-gizli əməkdaşlıq etdikləri hakimiyyət qüvvələri ilə açıq, leqal əməkdaşlığa keçdilər. Açıq və barışmaz müxalif mövqeyə keçən AXCP isə Əli Kərimliyə qaldı.

Partiyanın yeni rəhbərliyi də “şərləmə kampaniyası”ndan əl çəkmədi. Bu xüsusda çox hekayətlər var, ancaq ən sonuncusu axırıncı parlament seçkilərində oldu. Müsavat Partiyası Milli Şuranı tərk etmişdi. AXCP rəhbərliyi iddia edirdi ki, Müsavat hakimiyyətlə anlaşıb. Hətta ayrı-ayrı funksionerlər konkret “bağ”lardan danışırdılar, deyirdilər, İsa Qəmbər parlamentin vitse-spikeri Bahar Muradova ilə gizli danışıqlar aparıb, özünə və bir neçə partiyadaşına mandat verilməsinə dair təminat alıb.

O iddiaların, ittihamların sonu necə oldu, bilirsiniz.

İndi eyni partiya ReAl Partiyasının rəhbərliyini eyni cür ittihamlara məruz qoyub. Adam köhnə şərləmələri yadına salanda inanmaq istəmir.

Demək, siyasətlə məşğul olanlar gərək etibarlarını itirməsinlər, yalançı çobana dönməsinlər ki, sözlərinin də çəkisi, mötəbərliliyi qalsın.

ReAl rəhbərlərindən olan Natiq Cəfərlinin dilə gətirdiyi “bütün bunlar qısqanclıqdan doğur” ifadəsi isə daha tutarlı çıxır. Görünür, AXCP son illərdə ABŞ və Avropada “qələminin qırıldığı”nın və stavkanın ReAl-a edildiyinin fərqindədir.

Bir vaxtlar AXCP özü Avropanın sevimlisi idi, qrantlar sel kimi gəlirdi. İndi vəziyyət dəyişib. İndi İrana meyilli qüvvələr AXCP-nin aksiyalarında həvəslə iştirak edirlər, ayrı-ayrı mömin liderlər bu partiyadan yararlandıqlarına dair bəyanatlar səsləndirirlər.

Dünya, dövran, mövqelər dəyişib, amma mübarizə üsulları dəyişməyib - şərləmə yenə effektiv yol sayılır.
Xalid KAZIMLI
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25
“Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18
Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08
Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06
SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04
AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17
“Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10
Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07
Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01
"Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56
“Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53
"Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48
Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02
Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59
Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54
Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38
Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34
“PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32
Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49
İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39
Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37
O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34
1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru