Trampın Kanadanı işğal etmək planı yoxdur .....                     Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? .....                     “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... .....                     Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? .....                     Günay özəl günündə "Səndən sonra" təqdim etdi .....                     SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib .....                     AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB .....                     “Ayaqlarımda problem var, yeriyə bilmirəm” .....                     Rus səfir açıqladı: Bakı və İrəvana kömək… .....                     Ukrayna böhranının həllində “intensiv diplomatiya” .....                     "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." .....                     “Atamın mahnılarının müəlliflik hüququ məndədir, .....                     "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" .....                     USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib .....                     Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? .....                     Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq .....                     Sahil Babayev karateçi olub .....                     Bu siyahıda Ermənistanla Türkiyə var, .....                     Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: .....                     Məktəblərdə din tədrisinə ehtiyac varmı? .....                     Azərbaycanda güclü zəlzələ gözlənir? .....                     “PEYK” zavodunun 19 milyon vergi borcu var .....                     Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi .....                     İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar .....                     Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş .....                     Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir .....                     Azər Qəribovun adından dələduzluq .....                     O vaxt KQB arxivləri açılsaydı... .....                     1,5 milyard dollarlıq qızıl aldı .....                     Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                 

“Ölkə prezidenti başlatdığı islahatların ruhuna uyğun addım atdı” - deputat
Tarix: 18-03-2019, 08:36 | Çap et
“Ölkə prezidenti başlatdığı islahatların ruhuna uyğun addım atdı”
Deputat, Böyük Quruluş Partiyasının (BQB) başqanı Fazil Mustafanı aradıq. Sorağını Birləşmiş Ərəb Əmirliklərindən aldıq. Məlum oldu ki, bir həftəlik səfər idman yarışları ilə bağlıdır. Elə imkan düşmüşkən, Fazil bəylə internet üzərindən əlaqə yaradıb “Yeni Müsavat” oxucuları üçün maraqlı müsahibə aldıq.

- Fazil bəy, Birləşmiş Ərəb Əmirliklərinə belə uzunmüddətli səfərinizdə məqsəd nədir? Heyətinizdə daha kimlər var?

- Bu il 14-21 mart tarixində Əbu-Dabidə Xüsusi Olimpiadanın yay oyunları keçirilir. Bizim Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin vitse-prezidenti kimi mən nümayəndə heyətinin rəhbərləri kimi buraya gəlmişik. Açılış mərasiminə komitənin işinə böyük dəstək verən gənclər və idman naziri Azad Rəhimov da qatılmışdı. Birləşmiş Ərəb Əmirliyi çox möhtəşəm bir olimpiya yarışına ev sahibliyi edir və yüksək təşkilatçılıq işi ortaya qoyublar. Bildiyiniz kimi, burada idman rəqabətindən daha çox müəyyən zehni problemləri olan idmançıların qaynayıb-qarışması, idmana sevgisi, onlara mərhəmət göstərilməsi önə çəkilir və bu da olduqca diqqətli bir yanaşma tələb edir.

- Ərəb ölkəsində olmaq hansı hisslər yaradır? Bu ölkədə yaşamaq rahatdırmı?

- Həcc ziyarəti istisna olmaqla, indiyədək hansısa ərəb ölkəsində bu qədər müddətdə olmamışdım və təəssüratlarım səthi xarakter daşıyırdı. Daha çox da bir Şərq həyatı, qaranlıq-mühafizəkar mühit və s. yaddaşımda yer alıb. Ancaq Birləşmiş Ərəb Əmirlikləri təəssüratlarımı xeyli dəyişdi. Ən azı vizual olaraq modern ölkədir. İqtisadi azadlıqlar həsəd aparılacaq səviyyədədir. İnkişafın anqlosakson modeli hər addımda özünü büruzə verir. Neft ölkəsi olsa da, gəlirləri ölkənin tərəqqisi üçün xərcləməyi bacarıblar. Yol infrastrukturu yüksək səviyyədədir. Mühafizəkarlıq evlərin içində qalır, çöldə geyim, yaşam tolerantlığı, təhlükəsizlik, rifah nəzərəçarpacaq səviyyədədir. Təsəvvür edin, elə bir dövlət qurublar ki, iki milyon yerli əhaliyə səkkiz milyon miqrant xidmət edir. Təbii ki, xidmət edənlər uzaq məmləkətlərinə vəsait də göndərə bilirlər. Uzaq-yaxın Şərqin bütün bölgələrindən əsasən yoxsul insanlar axışıb gələrək xidmət sektorunun yükünü öz üzərlərinə götürüblər. Burada əsl azad iqtisadi zonanın faydasını daha çox sezirsən. Turizm yüksək səviyyədə canlanıb, beynəlxalq ticarət əlaqələri xeyli genişdir. Üstəlik də ərəblər öz milli və dini identifikasiyasını ən azı atributiv olaraq mühafizə edə biliblər. Bir sözlə, burası monarxiya idarəçiliyində olan demokratik dəyərlərə yaxın fərqli bir ərəb ölkəsidir.

- Azərbaycan idmançılarının nəticələri necədir? Ümumən neçə ölkədən iştirakçı var?

- Bu oyunlara bizim ölkə də daxil olmaqla 195 ölkənin təmsilçisi qatılıb. Azərbaycanı 15 növ üzrə 74 idmançı təmsil edir. Hələ ki, yarışların ikinci günündə cüdo, ağır atletika və stolüstü tennis növlərində idmançılarımız üç gümüş medal qazanıblar. Üzgüçülük və yüngül atletika yarışları Dubayda keçirilir və yarışlar hələ bir neçə gün davam edəcək və nəticələr barədə məlumatlar media vasitəsilə ictimaiyyətə çatdırılacaq.

- Maraqlıdır, gündəlik qrafikinizi necə tənzimləyirsiniz? Axı Azərbaycanda sizin fərqli qrafikiniz var idi, idman, mütaliə və s.

- Şəraitə görə qrafiki tənzimləyirik və təbii ki, vaxtımızın çoxu idmançılarımızın oyunlarını izləməyə, onları ruhlandırmağa, texniki-təşkilati problemlərin həllinə yönəlir. Bununla belə, sübh tezdən ənənəvi idman proqramımı oteldə yerinə yetirirəm, gündəlik mütaliəni də buraxmıram və Bakıdan gətirdiyim kitabları oxuyuram. Ölkə ilə tanışlıq üçün əlimə keçən bütün materialları gözdən keçirirəm, axşamlar piyada gəzirəm və şəhərin təmizliyi və planlılığını görəndə Bakının durumunu xatırlayıb xeyli məyus oluram.

- Ərəblər barədə Azərbaycan cəmiyyətində xeyli neqativ fikirlər var - eyş-işrət həvəskarı olmaları, ifrata varmaları, var-dövlətləri barədə. Müşahidələr bunu təsdiqləyirmi?

- Ərəblər geniş coğrafiyaya yayılmış dərin tarixi kökləri olan xalqdır. Bizim baxış bucağından onların həyat tərzinə ümumiləşmiş qiymət vermək məsuliyyətsizlik olardı. Xüsusilə də bizim kimi dünyanın ən gözəl iqlimlərindən birinin dəng gəldiyi ərazidə yerləşən xalqların səhra şərtlərində yaşayan bir xalq haqqında neqativ düşünməsi yanlış olardı. Biz ilin dörd fəslini yaşayırıq, ərəblər iki fəslini. İqlim natamamlığına, səhra iztirabına rəğmən, ərəblər İslam kimi nəhəng dünya mədəniyyəti yaradıblar, bizim hələ ki yaratdığımızı iddia etdiyimiz kültür lokal mahiyyətdədir. Ərəblər səhranı tərk etmədən ona modern görüntü gətiriblər, biz əlimizdə olan dənizi, meşəni, dağı, suyu, kəndi arzulanan səviyyədə insan üçün yararlı formaya sala bilməmişik. Digər tərəfdən, ərəblər də özbəklər, taciklər kimi milli paltarlarını daşımaqdan utanmırlar, bizdə buna ciddi bir kompleks var. Çalğılarını, rəqslərini qoruyub saxlayıblar. Qudurğanlığa gələndə isə, burada da, bizdə də eyni keyfiyyətdə adamlar hər zaman var və bundan sonra da olacaq. Hər halda irəli görüşlü insanları yetərli səviyyədə olmasaydı, 8 milyon yabançını 2 milyon ərəbin rifahı üçün çalışdıra bilməzdi. Ancaq bunların ən azğını, ən aşağı səviyyəlisi belə, axirət qorxusu daşıdığını hiss etdirir.

- Ərəblər də bizim kimi hasarlamalara maraq göstərirmi? Axı bizdə dəniz də, villaların ətrafları da, yol kənarları da, hətta meşələr də hasarlarla qapadılır və siz də dəfələrlə bu barədə məsələ qaldırmısınız...

- Ümumi formada ərəblərin mental anlayışı ilə bizdəki durumu müqayisə etmək doğru olmazdı. Bu ölkənin yerli sakinləri, fikrimcə, neft gəlirlərini öz rifahlarının təməlinə yerləşdirə bilmişlər. Burada Şərqin hasar qapalılığı, təbii ki, var, lakin bizdəki qədər ifrata varmır. Xüsusilə də dənizi qapatmaq niyyətində olduqlarını müşahidə etmirsən. Ancaq binaların xeyli hissəsinin görünüşündən şöhrətpərəstlik yarışının əlamətlərini dərhal sezirsən. Bəzən bir-birindən fərqli dizaynda və olduqca yaxın məsafədə inşa edilmiş göydələnlər iri şəhərlərdə adamı sıxır. Gecələr Əbu-Dabidə, Dubayda özünü gur işıqlı bir möcüzələr diyarında hiss edirsən sanki... Maraqlıdır ki, hələ də qarşıma ənənə üzrə axtardığım kitab mağazası çıxmayıb.

- Fazil bəy, məlum səbəbdən hökumətin hesabatının müzakirəsinə qatıla bilmədiniz. Bəs Baş nazir Novruz Məmmədovun ilk hesabatı ilə tanış oldunuzmu? Artur Rasi-zadənin təqdim etdiyi hesabatlardan fərqli cəhətləri nə idi?

- Səfərdən öncə hesabatla tanış oldum, bir sıra bəndlərə ötənildəki ilə müqayisəli şəkildə baxdım. Təbii ki, hesabatın strukturunda ciddi dəyişiklik yoxdur, rəqəmlərdə, görülən işlərin adlarında müəyyən dərəcədə yeniliklər var. Novruz Məmmədov, hiss olunur ki, artıq yeni iş sferasına canlanma gətirə bilib və ən azı hökumətin iclaslarının tez-tez keçirilməsi və aktual məsələlərin müzakirə olunması müsbət qiymətləndirilməlidir. Ancaq bizdə Nazirlər Kabinetinin hesabatının müzakirə formatı da qanedici sayılmaz. Bir günlük müzakirədə nə hökumət doğru-dürüst öz fəaliyyətinin əsas detallarını ortaya qoya bilir, nə də deputatlar yetərli vaxt müddətində bu mühüm sənədi təhlil edib təkliflərini irəli sürə bilirlər. Əslində bu müzakirələr ən azı üç gün çəkməlidir. Xüsusilə də ölkədə baş verən dəyişikliklər prosesində həm prezident üçün, həm də hökumət üzvləri üçün bu təkliflərin, tənqidlərin faydalı məqamları olduqca çoxdur.

- Deputat həmkarınız Fərəc Quliyev bizə demişdi ki, hökumətin hesabatından barıt qoxusu gəlmir. Siz hesabatda nəyin çatışmadığı qənaətindəsiniz? Nələr olmalı idi, amma yox idi?

- Barıt, yaxud da gül qoxusu kimi bir gözləntim olmasa da, Nazirlər Kabinetinin bu hesabatının bir qədər fərqli formatda olacağını düşünürdüm. Xüsusilə də ölkə prezidentinin başlatdığı islahatların ruhuna daha uyğun forma və məzmunda. Burada hesabatdan daha çox hökumətin bir illik fəaliyyət tarixi ideoloji çərçivədə diqqətə çatdırılır. Fikrimcə, hökuməti islahatların avanqardına çevirmək ən vacib məsələlərdən biridir. Çünki ölkə prezidenti beynəlxalq şərtlərin və daxili durumun nəyi tələb etdiyini çox dəqiq müəyyənləşdirib və olduqca cəsur və faydalı dəyişikliklərə imza atır. Lakin səlahiyyətli məmurlar içində bu islahatlara kampaniya kimi yanaşanlar var və bu prosesin onlar tərəfindən tormozlanması riski hələ də böyükdür. Bu məsələdə radikal qüvvələrlə onların maraqları üst-üstə düşür. Birincilər, öz reallıqdan uzaq ideoloji səltənətinin dağılmasını istəmirlər, ikincilər də imtiyazlı maddi səltənətinin çökməsindən qorxurlar. Fikrimcə, hökumət bu gün sözdə yox, fəaliyyətinin yeniləşməsi ilə prezidentin gerçək dəstəkçisi olduğunu ortaya qoymalıdır.

- Həmkarlarınız bir sıra məsələləri qaldırdılar, yəqin ki, tanış oldunuz internet üzərindən. Parlamentdəki müzakirələrdə iştirak etsəydiniz, siz diqqəti nələrə çəkərdiniz?

- Müzakirələrdə çox maraqlı təkliflər səsləndirildi, bunların xeyli hissəsi ilə, sözsüz ki, mən də razıyam. Sosial xarakterli dəyişikləri dəstəkləməklə yanaşı, insanların özlərinin çalışmaları ilə ayaqda durmasını təmin edən yolların açılmasını ilk növbədə vurğulayardım. Azərbaycan insanının qarşısından mənasız maneələri götürsəniz, qısa bir zamanda dövlətin bu qədər sosial yükün altına girməsinə ehtiyac qalmayacaq. İnhisarçılıq, haqsız rəqabət buxovları birmənalı şəkildə sındırılmalıdır, iqtisadiyyatda imtiyazlı kimsə qalmamalıdır, vergi yükü ədalətli bölünməlidir, dövlət büdcəsi üçün “qara deşik” rolunu oynayan şirkətlər özəlləşdirilməlidir. Qida təhlükəsizliyi prioritet məsələ olmalıdır, onkoloji xəstələr reallıqda dövlət hesabına müayinə və müalicə olunmalıdır, ölkə əhalisinin əhəmiyyətli hissəsi xəstəxanaların qarşısında çarəsiz vəziyyətdə növbələrdə qalıb, insanların dərman almağa bir çox hallarda maddi imkanı olmur, bu kimi məsələlərin hökumət səviyyəsində açıq müzakirəsinin keçirilməsini təklif edərdim. Universitetlərin muxtariyyəti məsələsinin vacibliyini diqqətə çatdırardım. Xeyli məsələr var ki, çıxışımda səsləndirməyi düşünürdüm.

- Son vaxtlar ərəb turistlərin Azərbaycana axını səngiyib. Bu barədə söhbətlər oldumu? Ümumən Azərbaycan ərəblərin nəzərində necə ölkədir, nə danışırlar bizlərdən?

- Ərəb turistlərin axını ölkəmiz üçün, əlbəttə, faydalıdır. Bunlar özləri məhz turist axını hesabına milyonlar qazanırlar. Bizə də turistlərin gəlişi iqtisadi cəhətdən faydalıdır və çalışıb ildən-ilə daha çox turist cəlb etməliyik. Burada bizim formamızın üzərindən Azərbaycan yazısını oxuyan insanlar tez-tez yaxınlaşıb Bakıda və Azərbaycanın digər bölgələrində olduqlarını, oranı çox bəyəndiklərini söyləyirlər. Yeməklərimizdən xüsusilə ağızdolusu danışırlar. Görünür, toylarımızda iştirak etməyiblər, 15 növ yeməyi iki saat içində yesələr, onların da ağızlarının dadı qaçacaq.

- Yeni Zellandiyada törədilən terror aksiyası barədə, yəqin, orda da danışılır. Müsəlmanlara qarşı törədilən bu dəhşətli qətliam haqda nə deyə bilərsiniz?

- Yeni Zellandiyada baş verən illərdir davam islamafobiyanın fərd səviyyəsində vəhşi bir formada gerçəkləşdirilmiş nəticəsidir. Düşünmürəm ki, bu, məhz bir şəxsin mental hərəkətləridir. Bu, əslində yeni bir dini zəmində qovğanın körükləndirilməsi niyyəti ilə atılan bir siyasi addımdır və arxasında istiqamətləndirici, ilhamverici qüvvələrin olması istisna deyil. Bu hadisədən sonra müsəlmanlar qətiyyən təxribatçı addımlara rəvac verməməli, daha təmkinlə dünyaya barış mesajları verməlidirlər. Bu cür amansız terrora qarşı başqa dinə mənsub insanların sərt təpki ortaya qoyması vacibdir, çünki hadisənin nəticəsi bütövlükdə bəşəriyyət üçün yaxşı heç nə vəd etmir. Allah bütün günahsız terror qurbanlarına rəhmət etsin.

- Fazil bəy, prezident İlham Əliyev əfv sərəncamını imzaladı və bir çox tanınmış simalar azadlığa çıxdı. Sərəncam barədə nə deyə bilərsiniz?

- İndiyədək verilən çoxsaylı əfv fərmanı içində bu, fərqli bir özəlliyə sahibdir. Ölkə prezidenti başlatdığı islahatların ruhuna uyğun bir addım atdı. Həbsxanada fərqli görüşlərə sahib insanların qalması yaxşı hal deyil, indiyədək bu adlar üzərindən ölkəmizə əsaslı-əssasız ittihamlar səsləndirilməsinə haradasa bəhanə verirdik. İndi daha ciddi problemlərimizin beynəlxalq müstəvidə müzakirəsinə enerjimizi sərf edəcəyik və bu, həqiqətən də, sevindiricidir. Prezident Novruz bayramının barış aurasına uyğun bir davranış sərgilədi, 400-dən artıq insanın ailəsində bayram sevincinin yaşanmasına xeyli sevindim.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25
“Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18
Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08
Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06
SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04
AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17
“Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10
Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07
Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01
"Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56
“Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53
"Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48
Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02
Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59
Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54
Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38
Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34
“PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32
Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49
İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39
Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37
O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34
1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru