Trampın Kanadanı işğal etmək planı yoxdur .....                     Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? .....                     “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... .....                     Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? .....                     Günay özəl günündə "Səndən sonra" təqdim etdi .....                     SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib .....                     AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB .....                     “Ayaqlarımda problem var, yeriyə bilmirəm” .....                     Rus səfir açıqladı: Bakı və İrəvana kömək… .....                     Ukrayna böhranının həllində “intensiv diplomatiya” .....                     "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." .....                     “Atamın mahnılarının müəlliflik hüququ məndədir, .....                     "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" .....                     USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib .....                     Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? .....                     Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq .....                     Sahil Babayev karateçi olub .....                     Bu siyahıda Ermənistanla Türkiyə var, .....                     Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: .....                     Məktəblərdə din tədrisinə ehtiyac varmı? .....                     Azərbaycanda güclü zəlzələ gözlənir? .....                     “PEYK” zavodunun 19 milyon vergi borcu var .....                     Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi .....                     İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar .....                     Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş .....                     Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir .....                     Azər Qəribovun adından dələduzluq .....                     O vaxt KQB arxivləri açılsaydı... .....                     1,5 milyard dollarlıq qızıl aldı .....                     Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                 

“Hesabat anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır” - deputat
Tarix: 15-03-2019, 08:19 | Çap et
“Hesabat anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır”
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Azərbaycana aid olan 40 səhifəlik hesabat kifayət qədər sərtdir.

Bildirilir ki, Azərbaycanda həbs edilən şəxslərə işgəncələr verilir. Cinayət törətməyən şəxslərin boynuna cinayəti yükləmək və ya əlavə cinayət maddələri tətbiq etmək üçün işgəncələrdən istifadə edildiyi qeyd olunur. Dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi kimi işgəncə metodlarının olduğu vurğulanır.

Hesabat Azərbaycanda kifayət qədər sərt qarşılanıb. Bir müsbət faktın belə yer almadığı 40 səhifəlik hesabatın qərəzli hazırlandığı bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesabata sərt reaksiya nümayiş etdirdi: “Təəssüf edirəm ki, Amerika kimi nüfuzlu bir ölkənin Dövlət Departamenti Azərbaycana qarşı hesabatlarda ifadə etmiş olduğu və həqiqəti əks etdirməyən qərəzli münasibətini davam etdirməkdədir. Bu hesabat ölkəmizdə gedən prosesləri olduğu kimi əks etdirmir. Əksinə, çox ciddi qərəz var. Burada Azərbaycanın demokratik inkişaf yoluna, sədaqətinə atılan böhtan var. Mənə elə gəlir ki, həmişə olduğu kimi, bu hesabatda da ”erməni barmağı" var. Erməni diasporasının maliyyəsi əsasında bir çox ölkələrdə, o cümlədən Amerikada, onun dövlət strukturlarında erməni lobbisi fəaliyyət göstərir, onların təsiri altında bu cür hesabatlar yazılır, dövriyyəyə buraxılır. Azərbaycan demokratik inkişaf yoluna sədaqətini nümayiş etdirməkdədir. Demokratik dəyərlərin ölkəmizdə tətbiq olunması üçün istər prezident, istər qanunlarımızın qəbulu baxımından Milli Məclis, istərsə də ayrı-ayrı qurumlar çərçivəsində görülən işlər göz qabağındadır. Bu gün Azərbaycan azad ölkələrdən biridir. Ölkəmizdə söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ var. Siyasi mövqeyindən asılı olmayaraq istənilən vətəndaşımız öz fikirlərini ifadə edir. Hətta deyərdim ki, bütün əxlaqi dəyərlərdən uzaq olan sosial şəbəkələrdə fikirlər də ifadə olunur. Azərbaycanda heç bir siyasi partiya və onun funksionerləri, vətəndaş cəmiyyətinin üzvləri, KİV-lərin təmsilçiləri baxışlarına, yazı və fikirlərinə görə təqib olunmur, onlar haqqında hesabatda deyildiyi kimi işgəncə halları yoxdur.

Azərbaycan hüquqi dövlətdir. Burada kimliyindən asılı olmayaraq hər bir vətəndaş törətmiş olduğu cinayət əməlinə hüquqi qiymətini almalıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hüquqi dövlətin başlıca fərqləndirici cəhəti qanunun aliliyidir, qanun qarşısında hər kəsin məsuliyyət daşımasıdır. Başqa ölkələrdən fərqli olaraq bu gün Azərbaycanda unikal bir davranış var. Əsası Heydər Əliyev tərəfindən qoyulan humanist, yəni cinayətə törətdikləri üçün məhkum edilən şəxslərin əfv sərəncamları ilə azad olunmaları ənənəsi var. Ölkə prezidenti bu ənənəni davam etdirməkdədir. Yaxınlarda əfv sərəncamı gözlənilir. Bununla bağlı hüquq müdafiəçilərinin də açıqlamaları var. Görünən budur ki, xeyli sayda vətəndaşlarımız azadlığa çıxacaq. Onların içərisində ən müxtəlif insanlar var. Siyasi partiya təmsilçiləri və digər cinayət törədənlər var ki, onların azad olunması gözlənilir. Bu ənənə başqa ölkələrdə yoxdur. Təəssüf edirəm ki, bu ənənənin üstün keyfiyyətlərini departamentdə ya görmürlər, ya da görməməzliyə vururlar. Mənə elə gəlir ki, Amerikanın ciddi qurumlarından sayılan Dövlət Departamenti məsələləri araşdırıb fikrini ifadə etsəydi, bu həmin qurumun imicinə üstünlük gətirərdi, nüfuzu artardı. Bu cür yanaşmalar onun nüfuzuna ciddi zərbə vurur. Belə hesabatlar Azərbaycanı istəməyən, ölkəmizə düşmən kəsilən anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır".

Deputat ABŞ Dövlət Departamentini ikiüzlülükdə ittiham etdi: “ Bizim üçün çox maraqlıdır, görəsən, bu gün Avropada gedən proseslər, xüsusilə Fransada 10 nəfərin ölümü, 7 mindən çox insanın həbsi ilə müşayiət olunan, ötən ilin noyabrından Fransada başlayan xalq hərəkatının hökumət tərəfindən amansızlıqla yatırılmasına edilən cəhdlər, atılan addımlar həmin hesabatda öz əksini tapıbmı? O hadisələrə olduğu kimi qiymət verilibmi? Məncə, belə deyil. Bu bir daha onu göstərir ki, Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir. Ölkəmizə qarşı təzyiqlər və təhdidlər artıq ənənə şəklini alıb. Məncə, Amerikada yaşayan dostlarımızın Azərbaycanla birlikdə səyləri nəticəsində ölkələrarası əlaqələrə xələl gəlməyəcək. Dövlət Departamenti Azərbaycan-Amerika münasibətlərinin daha yüksək səviyyədə qurulmasına, xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmət edən fikirlərini hesabatlarda ifadə etsinlər. Bu, məncə, çox ədalətli olardı”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25
“Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18
Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08
Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06
SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04
AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17
“Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10
Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07
Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01
"Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56
“Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53
"Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48
Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02
Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59
Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54
Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38
Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34
“PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32
Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49
İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39
Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37
O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34
1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru