İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Tarix: 28-11-2016, 08:41 | Çap et
Politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Madrid prinsiplərinin içində Dağlıq Qarabağı Azərbaycandan ayırmağın mexanizmi göstərilib, o da statusla bağlı referendum keçirilməsidir. Namazovun fikrincə, əgər bu fikir orda varsa, deməli, hansısa qüvvələr Azərbaycanı Dağlıq Qarabağdan imtinaya vadar etməyə çalışacaqlar.
“Həmin mexanizmlə bağlı addım çox yanlışdır, Azərbaycan diplomatiyası gərək bunun qarşısını alaydı. Razıyam ki, Azərbaycana belə bir təzyiqlər olub. O təzyiqlərin nəticəsidir ki, Madrid sənədində referendum məsələsi əksini tapıb...
Azərbaycan diplomatiyasının səhvləri olub. Ancaq indiki dövrdə Qarabağla bağlı aparılan siyasət ümumən düzgün qurulub. Bir tərəfdən Rusiyaya şirnikləndirici təkliflər verilir, eyni zamanda, ona müəyyən təzyiqlər olub. Təzyiq onunla bağlıdır ki, Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlara başlasa, bu, Rusiyanın maraqlarına böyük zərbə olacaq. Birincisi, Rusiya buna etiraz edə bilməz. Çünki müharibə Ermənistan ərazisində yox, işğal olunmuş Azərbaycan ərazilərində gedəcək. BMT TŞ-nin 4 qətnaməsi var və KTMT-ni də bu işə cəlb etmək mümkün olmayacaq” - Namazov bildirib.
İqtidaryönlü deputat Zahid Oruc isə Eldar Namazovun Madrid prinsipləri ilə bağlı Azərbaycan diplomatiyasının səhvlərə yol verdiyi iddiasının yanlış olduğunu dedi. “Yeni Müsavat”a açıqlamasında o, fikrini belə əsaslandırdı: “Eldar Namazov 1999-cu ilə qədər Qarabağla bağlı aparılan danışıqların içərisində olub. Ən azı prezident köməkçisi kimi müxtəlif məxfi məlumatlar həm poçt vasitəsilə, həm xüsusi xidmət orqanlarının təqdim etdiyi hesabatlardan tam əmin idi ki, Qarabağ danışıqları hansı mexanizmlər, hansı əsas baza prinsipləri üzərində qurulub. Xatırlayırsınızsa, 2001-ci ildə ermənilər ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş 3 sənədi öz xeyirlərinə cəmiyyətə çıxarmağa çalışdılar. Ulu öndər Heydər Əliyev bu məqama və diplomatik danışıqların açılmaması prinsipinin pozulmağına görə mühüm addım atdı, həmin üç variantın hamısı cəmiyyətə açıqlandı və parlamentdə də Qarabağ dinləmələri keçirildi. Xatırlamıram ki, Eldar Namazov həmin tədbirə qatılmışdı. Amma Azərbaycan ictimai-siyasi qüvvələrinin böyük hissəsi o tədbirdə iştirak edirdilər və həmin müzakirələrin faydası ondan ibarət oldu ki, Azərbaycan dövləti xalqın maraqlarına uyğun olaraq güzəşt mövqeyini tutmadı - baxmayaraq ki, ermənilər 1994-1995-ci ildə MDB formatında atılmış addımları və razılaşmaları bu gün üçün də Qarabağın müstəqilliyinin mühüm hüquqi bazisi hesab edirlər. Əgər siz Minsk Qrupunun o dövrkü həmsədri Kazimirovun öz adı ilə yaratdığı müxtəlif informasiya portallarına baxsanız, dediklərimizi görəcəksiniz. Ermənilər də hər zaman Kazimirovla birgə hərəkət ediblər. Mən bu tarixçəni ona görə xatırlatdım ki, ondan sonrakı dövrdə istər Madrid prinsipləri, istərsə də Kazanda görüşlər zamanı razılaşdırılacağı deyilən məsələlər əsas tezislərin bu və ya digər modellərinin uzlaşdırılmış, uyğunlaşdırılmış variantları olub. Diplomatik siyasi həyata bələdçiliyi olan Eldar Namazov üçün belə bir mövqe ilə çıxış etməsi ciddi təəccübə səbəb olur. Çünki əvvəla, məsələ heç bir halda son variant deyil. Azərbaycan tərəfindən hansı şərtlər altında nəyə razılıq verildiyini təyin etmək çox çətindir və düşünmürəm ki, bu tənqidin arxasında kimsə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağı güzəştə getməkdə qınasınlar. Buna əsas yoxdur”.
Deputat xatırlatdı ki, Eldar Namazov və onun bir neçə siyasi həmfikri dəfələrlə Tatarıstan modelini irəli sürürdülər: “Bilirsiniz ki, Rusiya federal ölkə olsa da, bir neçə respublikanın, onun tərkibində olan qurumların dövlətə bərabər səlahiyyətləri var. Onların sırasında Tatarıstan xüsusi fenomendir, bir neçə məqamı çıxmaq şərtilə demək olar əksər müstəqillik atributlarına malikdir. Xaricdə təmsilçilik, müstəqil gömrük siyasəti aparmaq və bir neçə hüquqları da əldə etsə Tatarıstan tamamilə müstəqil dövlət olur. Ona görə də belə hesab edirəm ki, bəlkə də hakimiyyət müəyyən aralıq dövrdə, Madrid prinsiplərində qeyri-müəyyən dövr üçün referendumun keçirilməsi prinsipinə razılıq verməklə oradakı şəraiti dəyişəcəyini hədəf edib. Bu gün Dağlıq Qarabağdan çıxan azərbaycanlıların sayı ilə 1989-cu ilin statistik göstəriciləri arasında fərq bəlkə də artıq bizim xeyirimizə dəyişib. Çünki demoqrafik artım baxımından azərbaycanlılar ermənilərdən fərqlənir. 1989-cu il statistikası Dağlıq Qarabağda 90 min erməni, 45 min azərbaycanlı şəklində əksini tapıb. Bugünkü statistikanın isə bizim xeyirimizə dəyişdiyini düşünürəm. Əgər azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqları təqdirdə o bölgədə vəziyyət tamamilə dəyişə bilər. Azərbaycanın Madrid prinsiplərinin müzakirəsi getdiyi bir zamanda strateji hədəf olaraq nəyin nəzərdə tutduğunu bilmədən iqtidarı qınamaq yanlışdır. Zatən də göründü ki, Azərbaycan həmin danışıqlara problemin köklü şəkildə çözülməsi yolu kimi yanaşmayıb. Bu gün siyasi danışıqlardan daha kəskin hərbi qüvvənin daha gücləndirilməsi prosesi getməkdədir. Qarabağ məsələsinin həllinə dövlətin, ölkə rəhbərinin hansı variant üzrə hazırlıq gördüyünü bu şəraitdə görməmək qeyri-mümkündür. Aprel savaşı, bundan sonrakı dövrdə Ermənistanla Azərbaycan arasındakı vəziyyət, beynəlxalq durum ona qədərki bütün danışıqların üzərindən sanki xətt çəkib və sıfır vəziyyətinə qayıdılıb. Ona görə də hesab eləmirəm ki, Azərbaycan prezidentinin imzası olmayan sənədin əsasında uzağa gedən nəticələr çıxarılmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
|