Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                 

“Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də” - Hacı İbrahim Nehrəmli
Tarix: 28-09-2016, 07:59 | Çap et
“Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də”
“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli ailə üzvləri ilə bərabər konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycanda keçirilən ümumxalq səsverməsində (referendum) iştirak edib.

Hacı İbrahim və onun ailə üzvləri - xanımı və 2 oğlu Bilgəh qəsəbəsində yerləşən 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs veriblər. Prosesin ən maraqlı cəhəti isə onun məntəqəyə gül çələngi ilə gəlməsi olub.

“Yeni Müsavat”a müsahibəsində İ.Nehrəmli səsvermə günündəki bu qeyri-adi jesti, habelə gündəmdəki bəzi mövzular ətrafında danışdı.

- İbrahim bəy, səsverməyə bu cür qatılmaq öz ideyanız idi, ya piar menecerlərinizin tövsiyəsi ilə belə etdiniz?

- Mən hər bir hadisəyə qeyri-adi münasibət göstərirəm. İçimdən gəldi ki, bahalı maşınımı - "Rolls Royce" - sürüm, həyat yoldaşımı və uşaqlarımı da götürüm, gedək ailəlikcə, bir yerdə səs verək. İstədim ki, hamıdan fərqli olsun. Referendum, konstitusiya Azərbaycan üçün çox vacibdir. Ölkəmiz üçün vacib olan başqa bir məqam isə onun sabitliyidir. Stabillik olan yerdə pul da olur, yaxşı yaşayış da. Nəticədə ölkədə turizm də inkişaf edir, ölkədə xarici investisiya dövriyyəsi artır ki, bu da çox müsbət haldır. Ona görə də prezidentimizə bu səlahiyyətləri vermək çox lazımlı addımdır. Mən bunu ilk gündən alqışlayırdım. Ona görə də ürəklə getdim, gül çələngimi də apardım özümlə.

- Gül çələngini kimə verdiz içəridə?

- Konkret kiməsə vermədim ki. Dedim ki, salam, güllə gəlmişəm, olarmı? Dedilər, buyurun, elə bir qanun yoxdur ki, siz içəri gül çələngi ilə girə bilməzsiniz. Mən də çələngi götürüb girdim içəri, qoydum ordakı guşənin qabağına. Dedim ki, bu gözəl güllərə baxa-baxa seçkini keçirin, səsləri sayın, hesablayın, ovqatınız xoş olsun.

- Yəni bunun məntiqi nə idi ki?

- İçəri girən hər bir kəs bu gülləri görüb, əhval-ruhiyyəsini yaxşılaşdırsın. Məntiq bu idi. Amma yaxşı bir səsvermə idi. Şəffaf, ədalətli... Səs vermək istəyirsən? Al bülletenini, gir içəri, səsini ver. Bir adama yaxınlaşıb söz deyən yox idi.

- Maşını da özünüz sürüb gəlmişdiz seçkiyə?

- Xeyr. Sürücüm, köməkçim vardı. Arxamda da oğullarım, xanımım maşınla gəlirdilər. Dörd maşınla getmişdik. Hərə öz maşını ilə gəlmişdi seçkiyə.

- Bu mənzərə ilə mesaj vermək istəyirdiz ki, bankrot olmamısız?

- (Gülür) Əsla... Mən niyə bankrot olum ki? Bu gün Maliyyə Nazirliyinin hesabatlarına görə, mənim 2 milyard dəyərində əmlakım var. Əslində mən milyarderəm, amma tam rəsmiləşdirməmişik. Azərbaycanda iş adamı olaraq rüşvətsiz, öz ağlımla, zəhmətimlə özümə o sərvəti toplaya bilmişəm. Təkcə Xəzər adalarının 1 milyard 251 milyon 35 min 500 manat dəyəri var.

- Amma Xəzər adalarını sata bilmirsiz də..

- Niyə satıram ki? Xəzər adaları üçün oktyabr ayında investorların hamısı gələcək. 6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq.

- Hazırda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi gedir. Sizin də o banka 400 milyon manat borcunuz vardı...

- Artıq yoxdur. Aqrokredit Banka keçmişəm, ilbəil ödəmələrimi edirəm. Mənim kreditlərim 2019-2020-ci ilə qədərdir. Onları da yavaş-yavaş ödəyəcəm. Yəni mənim heç bir bank ödəməsində gecikməm yoxdur, heç bir banka da ödənməmiş borcum yoxdur.

- Yəni sizi Cahangir Hacıyevin məhkəməsinə şahid, zərərçəkmiş qismində çağırmayacaqlar?

- Xeyr. Mənim cinayət işim olmadı axı. Mənim kreditlərimin vaxtı keçməmişdi. Mənim cəmi 1 milyon 350 min manat vaxtı keçmiş kreditim vardı. Gedib 1 milyon 500 min manat ödədim.

- Cahangir Hacıyevin məhkəməsini izləyə bilirsiz?

- İzləyirəm.

- Orda Cahangir Hacıyev bəyanat verir ki, “Samir Şərifov da mənimlə birgə müttəhimlər kürsüsündə oturmalıdır”. Siz prosesləri bilən adamsız. Nə dərəcədə doğru çağırışdır?

- O, Cahangir Hacıyevin öz işidir. Bu, onların daxili mətbəxi idi. Mən də o mətbəxi bilmirdim. Ona görə də indi fikir bildirib, müdaxilə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını bankrot etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan.

- Sizcə, indiki mərhələdə bu problem həll olunubmu?

- Xeyr, Azərbaycanda bank sistemi düzəlməyib, düzəlməyəcək də. İnanmıram ki, hansısa bank gəlib deyə ki, mən öz öhdəliyimi yerinə yetirəcəm. Hələ bizdə o mədəniyyət inkişaf etməyib. Ona görə də banklarımız pis vəziyyətdədir. Onların iş adamına yanaşma tərzi düz deyil. Məmura yanaşma tərzi belədir ki, əgər o, rüşvət alırsa, banditdirsə, oğrudursa, çox ağıllı adamdır. Amma iş adamıdırsa, banditdir, oğrudur, quldurdur. Bu cür baxışla iş adamı ölkədə heç cür inkişaf edə bilməz.

- Bir iş adamı olaraq yaşadığınız bu problemlə bağlı dövlət başçısına müraciət etmək fikriniz varmı?

- Ölkə rəhbərliyi təkdir. Nə qədər adamı tutsun, cəzalandırsın? Biz ölkə rəhbərliyinə yardım etməliyik. Düşünürəm ki, bu referendumdan sonra çox adam ağıllanar, ağlını başına yığar, məsuliyyət hiss edər.

- Referendumdan sonra 3 vitse-prezidentin olacağı gözlənilir. O 3 nəfərin arasında kimləri görmək istəyərdiz?

- Birinci vitse-prezident yox, amma ikinci vitse-prezident olmaq istərdim. İş adamı kimi.

- Bəs birinci vitse-prezident olaraq kimi görmək istəyərdiz?

- O, mənim işim deyil. Cənab prezident kimi qoymaq istəsə, biz də onu dəstəkləyəcəyik. Amma vitse-prezidentlərdən birini iş adamlarından seçsəydilər, yaxşı olardı. Bununla da ölkədəki iş adamları özlərinə bir güvən tapardılar. Çünki bu halda onların qayğılarını, problemlərini prezidentə birbaşa çatdıran biri olacaq, onlar barəsində yanlış rəy çatdırmayacaq, yalan məlumat verməyəcəklər.

- Vitse-prezident olsanız, öncə hansı işləri görər, hansı islahatları edərsiniz?

- Cənab prezident qarşıma hansı vəzifəni qoysa, onu layiqincə yerinə yetirərdim. Bununla da həm cənab prezidentin, həm xalqın, həm də iş adamlarının etimadını doğruldardım. Əslində mən bu vəzifəni istəmirəm. Sadəcə, vitse-prezidentlərdən biri iş adamı olsun ki, iş adamlarına dəstək olsun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru