"Tarix sizi 40 arşın quyunun dibinə salar, ordan çıxa bilməzsiniz" - Deputatdan deputata...
Tarix: 27-09-2016, 09:08 | Çap et
BQP sədri, deputat Fazil Mustafanın Səfəvilər dövrü ilə bağlı tənqidi fikirləri kəskin etirazlara səbəb olub. Bir qrup tarixçi alimdən də sərt təpkilər alan deputat hətta həmkarı Fəzail Ağamalının da qınaqlarına tuş gəlib.
F.Mustafanın dediklərinə reaksiyası zamanı F.Ağamalı deputat həmkarını tənqid edərək bu mövzu ilə bağlı danışarkən diqqətli olmağı tövsiyə edib, “bilmədiyin şeylərdən danışma” deyib. F.Mustafa isə bundan sonra özünün facebook səhifəsində həmkarının iradlarını cavablandırıb. O, F.Ağamalının mövzu barədə “emosional münasibət” bildirdiyini vurğulayıb: “...Açığı, günlərdir antiazərbaycançı qüvvələrlə və ”Şah babam" deyib bağıran cahil milliyyətçilərlə savaşda öz mövqeyimizin haqlılığını qətiyyətlə ortaya qoyduğumuz bir məqamda Fəzail müəllimin bu qədər ultimativ formada məsələyə müdaxilə etməsi mənim üçün bir qədər təəccüblü oldu. Çünki Fəzail müəllim çox gözəl bilir ki, öz inandığım və millətim üçün faydalı olan həqiqətlərin söylənməsi mənim üçün elə bir prioritetdir ki, qarşıma çıxan istənilən qüvvə ilə istənilən elmi diskussiyanı aparmağa hazıram və bunu da edirəm. Nəinki bundan sonra bir dəfə, hətta daha böyük qətiyyətlə bu mövzuda həqiqətləri cəmiyyətə çatdırmağa davam edəcəyəm və buyurub Fəzail müəllim də başqa opponentlər kimi öz yazıları və kitabları ilə bizim mövqeyə qarşı fikirlərini ortaya qoyar... İxtisasca hüquqşünas olsam da, fəlsəfə üzrə fəlsəfə doktoruyam və Xürrəmilik, Səfəviliyin ideoloji görüşləri mənim bilavasitə tədqiqat sahəmdir".
F.Mustafa ardınca həmkarını onun yerini “zəbt etməkdə” qınayıb: “Maraqlıdır ki, mənə hüquqçu kimi tarixlə məşğul olmamağı tövsiyə edən Fəzail müəllim, özü illərdir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür, orada bir tarixçi kimi məhz mənim hüquqçu kimi fəaliyyət göstərməli olduğum yeri tutub. Bu məntiqlə gərək Fəzail müəllim tarixçi olduğuna görə həmin komitənin üzvlüyündən dərhal istefa verməli və məni həmin komitəyə dəvət etməlidir...
Ən sonda isə hörmətli Fəzail müəllimə heç gözləmədiyim bir müqayisəyə görə qısa bir iradımı da bildirmək istərdim. Mənim hörmətli həmkarım və tanınmış tarixçi alim Yaqub Mahmudova insan kimi böyük hörmətim var və tariximiz barədə xeyli faydalı işlər gördüyünə inanıram. Ancaq hörmətli Yaqub müəllimin hörmətli Fəzail Ağamalı üçün tarix sahəsində bir avtoritet olması o demək deyil ki, hamı bunu qəbul edib, əlini-qolunu yanına sallayıb yerində oturmalıdır. Mənim üçün bu sahədə başqa avtoritetlər var və onların içində Mommzen, Toynbii, Carr, Zəki Vəlidi, Faruq Sümer və bu kimi onlarla tarix dühası var".
Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a açıqlamasında həmkarının dediklərinə belə reaksiya verdi: “Mən Fazil bəyə sizin qəzetiniz vasitəsilə lakonik şəkildə cavab vermişdim ki, tarix ciddi elmdir, bu elmlə zarafat etmək olmaz. Hər bir dövrdə tarixin özünə çox təəssüf ki, ədalətsiz hücumlar olub və imkan verilməyib ki, tarix olduğu kimi yazılsın və millətə təqdim olunsun. Söhbət Azərbaycandan gedir. Təbii ki, Fazil bəyin yüksək intellekti, savadı var, dünyagörüşü genişdir, maraqlı fəlsəfi yanaşmaları var. Ancaq tarix onluq deyil. Ona bu baxımdan dedim ki, siz tarixin fəlsəfəsini işləyə bilərsiniz, ancaq tarix sizlik deyil, tarix sizi 40 arşın quyunun dibinə salar, ordan çıxa bilməzsiniz. Tarix çox ciddi elmdir, baxmayaraq ki, o, buna elm kimi yanaşmır, elə ən böyük səhvi də ondadır. Digər tərəfdən, bu gün məhz tarix elminə yeni nəslin gəlməməsi ucbatından bir boşluq var və boşluqdan Fazil bəy kimi adamlar istifadə edir”.
F.Ağamalı dedi ki, ehtiyac duysa, həmkarına daha geniş cavab verəcək: “Ancaq ”Fəzail Ağamalı əgər tarixçidirsə, niyə Hüquq siyasəti komitəsində uzun illərdən bəri fəaliyyət göstərir və mən onun hüquqlarını mənimsəmişəm" iddiası çox qəribə və gülməli vəziyyət yaradır. Fazil Mustafa, əvvəla, komitənin adını düzgün deməlidir. Komitənin adı Dövlət quruculuğu və hüquq siyasətidir. Bir siyasətçi kimi mənim dövlət quruculuğu prosesində, hər halda, təcrübəmlə, biliyimlə töhfə vermək, fəaliyyət göstərmək imkanlarım var, Fazil Mustafanın buna qətiyyən şübhəsi olmasın. Özü də bunu o bilməmiş deyil. Belə bir cavablarla polemikaya girməyə, məncə, heç bir ehtiyac yoxdur". F.Ağamalı həmkarının diqqətinə çatdırdı ki, mətbuata açıqlamasında, sadəcə olaraq, faktları ortaya qoyub: “Buyur, o faktlar əsasında sübut elə! Yoxsa ”Fəzail Ağamalı emosiya ilə danışıb, Hüquq siyasəti komitəsində nə gəzir" kimi yanaşmaları doğru deyil. Mən bir daha təkrar edirəm, hər elm sahibi təhsil aldığı sahə üzrə məşğul olsa, o, daha əhəmiyyətli olar və ciddi töhfələr verə bilər. Fazil Mustafa hüququ qurtarıb, lakin onun maraqlı fəlsəfi araşdırmaları var. Buyursun, fəlsəfi araşdırmalarına doğru getsin. Bu, həm hüquqşünas kimi çıxış edir, həm fəlsəfə ilə məşğul olur, həm tarixçi kimi. Nədir bu, ensiklopedik şəxsiyyətdirmi? Mən düşünmürəm ki, belədir. Parlamentin daxili nizamnaməsi Fazil Mustafaya Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə üzv olmaq imkanı verir, buyurub gəlsin, komitəyə üzv olsun".
Məsələ ilə bağlı deputat Fazil Mustafanın da fikirlərini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
|