Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                 

“Müxalifət hələ bilmir ki, monarxiya nədir, respublika nə...” - YAP-çı deputat
Tarix: 9-09-2016, 09:33 | Çap et
“Müxalifət hələ bilmir ki, monarxiya nədir, respublika nə...”
Ölkədə sentyabrın 26-da keçiriləcək ümumxalq referendumuna hazırlıq gedir. Bu prosesə ən ciddi hazırlaşan isə iqtidarda olan Yeni Azərbaycan Partiyasıdır. “Yeni Müsavat”ın müxbiri YAP-ın referendum hazırlıqları ilə tanış olmaq üçün partiyanın mərkəzi qərargahına baş çəkib.

İlk baxışdan partiyada səssizlik hökm sürürdü. Demək olar ki, qərargahda kimsə gözə dəymirdi. Otaqlarda isə referendum təşviqat qrupunun kuratorları hazırlıqları davam etdirirdi. Dediklərinə görə, hər gün yerlərdə seçicilərlə 4-5 görüş keçirirlər. İşlər əsasən yerlərdə aparılır, partiyada isə ancaq plan və proqramlar hazırlanır. Bu mənada elə də qaynar iş mühiti nəzərə çarpmırdı. Partiyada bizi YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov qarşıladı və referendum hazırlıqları, ölkədə gedən ictimai-siyasi proseslər və başqa mövzularla bağlı suallarımızı cavablandırdı.

- Siyavuş müəllim, partiyanın referendum hazırlıqları necə gedir?

- Referendum aktı elan olunduqdan və cənab prezidentin Konstitusiya Məhkəməsinə müraciətindən sonra referendum üzrə biz öz plan və proqramımızı hazırladıq. Yeni Azərbaycan Partiyası təşəbbüs qrupu yaratdı və təşəbbüs qrupunun toplantıları keçirildi. Daha sonra onun təşviqat qrupu kimi fəaliyyət aparması ilə əlaqədar olaraq, müvafiq sənədlər həm Seçki Məcəlləsinə, həm də Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun olaraq toplanıb hazırlandı. Ondan sonra biz 50 minə yaxın imza toplayıb MSK-ya təqdim etdik. Onlar da sənədlərimizi yoxladılar və qanunauyğun olduğunu müəyyən etdikdən sonra təşviqat qrupu kimi qeydiyyata aldılar. Ondan sonra vəkillər təyin olundu və ayın 3-dən təbliğat-təşviqat kampaniyasına başladıq. Hər bir yerdə, bütün bölgələrdə bu kampaniyaya start vermişik. Gündəlik olaraq, təşviqat qrupunun nümayəndələri tərəfindən 20-25 tədbir keçirilir. Orada YAP-ın Siyasi Şurasının üzvləri, partiyanın səlahiyyətli üzvləri, vəkil olmuş şəxsləri, o cümlədən Milli Məclisdə bizi təmsil edən deputatlar hər bir tədbirdə iştirak edirlər. Sentyabrın 25-nə kimi bu proses davam edəcək.

- Cəmiyyəti maraqlandıran əsas suallardan biri də budur ki, referendum zərurəti necə yarandı? Hakim partiyanın səlahiyyətli şəxslərindən biri olaraq, yəqin ki, sizin real səbəblərdən xəbəriniz var...

- Bu sual hər kəsi maraqlandırır ki, zərurət nə idi. Ümumiyyətlə, dünyada konstitusiyanın qəbul olunması ABŞ-dan götürülüb, orada 200 ildən artıq tarixi var konstitusiyanın. Böyük Britaniyanın isə yazılı bir konstitusiyası yoxdur, orada hər sahəni bir qanun qoruyur. Hər bir qanun da müəyyən müddət həyatda praktikadan keçməlidir. Dünya inkişaf edir, cəmiyyətimiz inkişaf edir, baxışlar, münasibətlər dəyişir və konstitusiyamız da, qanunlar da buna uyğunlaşdırılmalıdır. Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub, iqtisadi və sosial inkişaf da tələb edir ki, konstitusiyada müəyyən dəyişikliklər edilsin.

O baxımdan, bizim konstitusiya 1995-ci il 12 noyabrda qəbul olunduqdan sonra iki dəfə əlavə və dəyişikliklər etmişik. Bu, artıq üçüncüsüdür. ABŞ-ı misal çəksək, orada konstitusiya 7 maddədən ibarət qəbul olunmuşdu, 4 ildən sonra 12 maddədən ibarət əlavə və dəyişikliklər qəbul olundu, indiyə qədər 27 əlavə və dəyişiklik qəbul edilib. Hər bir xalqın milli dövlətçilik dəyərləri, mentaliteti ilə əlaqədar olaraq konstitusiya da o dövlətlərin idarəçilik sisteminə uyğunlaşdırılmalıdır. Bu baxımdan, bizdə də konstitusiyaya dəyişikliyə ehtiyac var idi. Bu məsələləri çox şişirdirlər və mən bunu bəzən başa düşə bilmirəm.

Digər tərəfdən, müxalifətdən bir tutarlı hüquqşünas da orta çıxıb bu dəyişikliklərin ziyanlı cəhətlərini ortaya qoya bilmir. Ümumi fikir söyləyirlər, heç bir əsas da yoxdur. Burada əsas maddələr insan hüquq və azadlıqlarının qorunması, mülkiyyət münasibətləri ilə, bir də dövlət aparatının təkmilləşməsi ilə əlaqədardır. Konstitusiyanın 29 maddəsinə 39 əlavə və dəyişiklik nəzərdə tutulub. Onların böyük bir hissəsi də insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır.

- Müxalifət iddia edir ki, referendumda nəzərdə tutulan bəzi dəyişikliklər ölkədə demokratiyanı məhv etməyə yönəlib, bununla hakimiyyət ölkədə monarxiya qurmaq istəyir...

- Monarxiya nədir, respublika nədir, hələ onlar özləri bunu başa düşə bilməyiblər. Əgər bir ölkədə hakimiyyət seçkilər əsasında formalaşırsa, hakimiyyətin qolları seçki yolu il seçilirsə, orada monarxiyadan heç bir söhbət gedə bilməz. Monarxiyanın özünün isə üç növü var: mütləq monarxiya, konstitusiyalı monarxiya və dualist monarxiya. Onlar heç bunu da bilmirlər. Monarxiya hakimiyyətin seçki olmadan formalaşmasıdır. Azərbaycan prezidentli respublika sistemidir. Artıq Türkiyə də bu sistemə keçdi və idarəçilik sistemini dəyişdi. Bunlar beynəlxalq hüquqda, dövlət və hüquq nəzəriyyəsində yazılmış qanunlardır. Sadəcə, kitabı götürüb oxumaq lazımdır. O zaman görərsiniz ki, bunun monarxiyaya aidiyyəti yoxdur, sadəcə, dövlət aparatının təkmilləşdirilməsindən söhbət gedir.

- Siyavuş müəllim, bu referendum məsələsi Türkiyədə çevrilişə cəhddən sonra ortaya çıxdı və bu ardıcıllıq insanlarda müəyyən suallar yaratdı ki, hökumət qardaş ölkədə baş verənlərdən dərs çıxartdı, hakimiyyət strukturunu möhkəmləndirmək üçün referenduma gedir və sair...

- Yox, qəti şəkildə belə deyil. Bu, təsadüf nəticəsində eyni vaxta təsadüf etdi. Türkiyədə çevriliş cəhdi ayın 15-də oldu, ayın 18-də isə konstitusiya ilə bağlı olan məsələlər Konstitusiya Məhkəməsinə göndərilmişdi. 3 günün içində bunu həll etmək mümkün deyildi. Türkiyədə ayın 18-də hələ qeyri-müəyyənlik var idi. Bu dəyişiklik, sadəcə, dövlət aparatının təkmilləşməsi, insan hüquq və azadlıqlarının qorunması məqsədi daşıyır. Biz keçən dəfə konstitusiyaya dəyişikliklər edəndə, orada bir maddə əlavə etdik ki, Azərbaycan sosial dövlətdir. Bu dəfə isə yeni bir maddə salındı - sosial ədalət prinsipinin qorunması. Sosial ədalət prinsipinin qorunması ən ali məqsədlərdən biridir. Burada həmçinin mülkiyyət məsələləri var. Düzdür, bunlar ayrı-ayrı qanunlarda var idi, ancaq konstitusiyada da olması onları bir qədər də qüvvətləndirir. Çünki bütün istinadlar konstitusiyayadır. Əsasən vitse-prezidentlik məsələsini qiymətləndirərkən deyirlər ki, Azərbaycanda monarxiya qurulur. Əgər seçicilər gəlib səs verib bu institutun yaradılmasını dəstəkləyəcəklərsə, bu, konstitusiyada öz əksini tapacaq, vitse-prezidentin təyin olunması cənab prezidentin səlahiyyətinə daxil olacaq. Bunun əleyhinə təşviqat aparırlar. Ancaq burada mənfi heç nə yoxdur, bu institut ABŞ-da, Bolqarıstanda, İranda var. Türkiyə ilə bağlı məsələyə gəlincə, dövlət quruluşunun necə olmasından asılı olmayaraq çevrilişə cəhd varsa, o olacaq. İstər monarxiya olsun, istər demokratiya... Konstitusiyanın dəyişdirilməsi bunun qarşısını ala bilməz.

- Azərbaycanda referendum təşviqatı alternativsiz keçirilir. Qeydiyyatdan keçən təşviqat qruplarının 3-ü də dəyişikliklərin lehinədir. Konstitusiyaya dəyişikliklərin əleyhinə olan təşviqat qruplarının bəziləri qeydiyyata alınmadı, bəzilərinin üzvləri həbs edildi, məsələn, REAL-ın... Bu şəkildə, alternativ tərəf olmadan təşviqatın aparılmasına münasibətiniz necədir?

- Bütün təşviqat qruplarının qeydiyyatdan keçməsi üçün münbit şərait yaradılıb. Sadəcə olaraq, o insanların sosial bazası və elektoratı yoxdur. Olmadığı üçün də onlar təşviqat qrupu yarada bilmirlər. Təşviqat qrupunun yaradılması üçün 40 min imza tələb olunur. Yəni 60 dairənin hərəsindən 100 imzadan az olmamaq şərtilə... Ölkədə isə 5 milyon seçici var, bu rəqəm 5 milyon seçicinin heç 0,1 faizi də deyil. Əgər bir partiya seçicilərin 0,1 faizinin səsini toplaya bilmirsə, hansı təşviqatdan danışır?! Onlar səbəbi özlərinə axtarmalıdırlar. Deyirsiniz REAL, o təşkilatda heç 30 nəfər adam yoxdur. Onlar virtual məkanda fəaliyyət göstərirlər, reallıqda fəaliyyətləri yoxdur. Milli Şura adında dərnək fəaliyyət göstərir, toplantı keçirdiklərinə dair məlumat yazırlar, ancaq iki-üç foto çəkib qoya bilmirlər, yayanda da köhnə fotoları yayırlar. Toplantı da keçirə bilmirlər, ya bir-biri ilə telefonla danışırlar, ya da Əli Kərimlinin evində toplaşırlar. Vəssalam. Bəzən Əli Kərimli bir bəyanat verir, onu Milli Şuranın adından yayırlar. Baxırıq ki, hansısa saytda, elə sizin musavat.com saytında hansısa məqaləni 100 min nəfərə yaxın adam oxuyur. Əgər bir məqaləyə 100 min adam reaksiya verirsə, 40 min imza toplamaq nə çətin şeydir. İnsanlar onlara etibar edirsə, onlar da düzgün mövqedən çıxış edirlərsə, kifayət qədər imza toplaya bilərlər. Ancaq reallıqda onlara inam yoxdur. Həm öz daxillərində islahatlar aparmırlar, həm də münasibətlərin, düşüncə tərzinin dəyişməməsi artıq onların deqradasiyaya uğramasından xəbər verir. Yoxsa onların qeydiyyatdan keçməsinə heç bir əngəl yoxdur. Vaxtında addım atmadılar, uzun müddət fikirləşdilər, sonra da qərar verdilər ki, bizi onsuz da qeydiyyatdan keçməyə qoymayacaqlar. Münəccimlik etmək əvəzinə gərək təşviqat qrupu yaradardılar.

- Sizcə, müxalifət daxilindəki həbslər və təqiblər bu prosesdə onlara mane oldumu?

- Həbslərin funksiyası tamam başqa idi. Azərbaycanda heç kim siyasi və ya dini baxışlarına görə həbs edilmir. Azərbaycanda bu və ya digər şəkildə cinayət törədən şəxslər var, o şəxslər də cinayət məsuliyyətinə cəlb olunurlar, biri vergidən yayınır, biri ictimai asayişi pozur, dələduzluq edir və ona görə də həbs olunur. Onu siyasiləşdirmək yersizdir. Məsələn, mən indi izləyirəm ki, Nardaran hadisələrində həbs olunmuş şəxslərin işini də siyasiləşdirmək istəyirlər. Halbuki həmin şəxslərin əməlləri dövlətçiliyə, dövlətin quruluşunu dəyişmək əleyhinə aparılan işlərdir. Orada həbs olunanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, oranın sakini deyil. Bəs orada nə gəzirlər, nə üçün yığışıblar? Orada da dərhal onları öyrədiblər ki, filankəslərin adını ver. Guya onların adını verəndə statusları dəyişəcək, yoxsa onlara münasibət dəyişəcək. Qəti şəkildə belə deyil. Azərbaycan xalqı gəlib səs verib konstitusiya qəbul edib və orada deyilir ki, Azərbaycan unitar, demokratik dövlətdir və burada din dövlətdən ayrıdır. Onun quruluşunu dəyişməyə kim cəhd göstərirsə, bu, dövlətçilik əleyhinə cinayətdir. Gedib hansısa dövlətdə bir-iki il oxuyub, sonra gəlib burada onların təlimatlarına əsasən dövlət quruluşunu dəyişməyə cəhd eləmək, heç kimə bağışlanmaz, istər nurçu olsun, istər sağçı, istər solçu olsun, ya vəhhabi, sələfi olsun.

- Dini cərəyanlardan söz düşmüşkən, hazırda aktual məsələlərdən biri də “gülənçi”lərdir. Türkiyədəki hadisələrdən sonra məlum oldu ki, Azərbaycanda da, hətta yüksək vəzifələrdə nurçu və “gülənçi”lər var imiş... Hazırda hakimiyyət daxilində hər hansı təmizləmə aparılırmı? Yaxud aparılması nəzərdə tutulubmu?

(davamı növbəti sayımızda)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru