Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                 

“Səfirlərdən əmr gözləyirlər”
Tarix: 8-09-2016, 09:19 | Çap et
“Səfirlərdən əmr gözləyirlər”
Azərbaycanda sivil siyasi mübarizə aparmaq gücündə olmayan, xalqın etibarını itirdiyinə görə bütün seçkilərdə biabırçı şəkildə məğlub olan radikal müxalifət yenidən "ənənəvi” taktikaya üstünlük verib. Belə ki, ictimai rəyə təsir etmək gücündə olmayan, sosial bazası dağılmış partiyalar və onların "liderləri” referendum öncəsi yenidən ölkədaxili vəziyyəti gərginləşdirməyə, daxili sabitliyi pozmağa cəhd edirlər. Mediada yayılan məlumatlardan belə məlum olur ki, bu işdə onlara xarici ölkələrin Azərbaycandakı səfirliklərindən bir neçəsi də yardım göstərməkdədir. Xüsusən də ABŞ, Böyük Britaniya və Fransanın ölkəmizdəki səfirləri, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şura sədri Cəmil Həsənli, jurnalist Xədicə İsmayıl, "Ümid” partiyasının funksionerləri Ənvər Ağazadə və Elmar Abbaszadə, REAL təşkilatının fəalları Rəsul Cəfərov, Azər Qasımlı və Erkin Qədirli, NİDA fəalı Turqut Qəmbər və başqaları ilə müxtəlif vaxtlarda görüşlər keçiriblər. Məhz bu qapalı görüşlərdən, məsləhət-məşvərətlərdən sonra əvvəlcə AXCP və Milli Şura, ardınca isə Müsavat Partiyası mitinq təyin edib, əhalini siyasi hakimiyyətə qarşı çıxmağa, etiraz etməyə səsləyib.

Budəfəki mitinqlərin də digərləri kimi əhəmiyyətsiz olacağı, vətəndaş cəmiyyəti, ölkə əhalisi tərəfindən dəstəklənməyəcəyi gün kimi aydındır. Lakin burada diqqət çəkən başqa bir məqam var. Görəsən niyə bizim müxalifət partiyaları hər hansı bir aksiya təyin edərkən həmişə xarici ölkə səfirləri ilə görüşürlər. Mövzu ilə əlaqədar fikirlərini "Kaspi”yə bölüşən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev Azərbaycanın radikal müxalifətinin bu gün də hər zamankı ampluasında olduğunu təəssüflə qeyd edib. Bildirib ki, onlar yenə hansısa səfirlikdə quyruq bulayıb, çətir tutub, yedək funksiyasını icra edirlər: "Ayıbdır, gerçəkdən! Ayıbdır ki, xalqla son 10 il ərzində 10 dəqiqəlik təmas qurmayasan, amma səsin həftə səkkiz-mən doqquz Amerika, Fransa, Böyük Britaniya səfirliklərindən gəlsin. Ayıbdır ki, bu millətin sözü, fikri, qayğısı sənin üçün heç ola, amma oturub hansısa missionerdən mitinq təlimatı gözləyəsən”.

Deputat deyib ki, ölkənin yaxın dönəm üçün ən böyük siyasi hadisəsi - 26 sentyabrda keçiriləcək Referendum olsa da, özünü ana müxalifət adlandıran kəsim heç təşviqat qrupu belə yaratmağa cəhd göstərməyib, MSK-dan Müsavat Partiyası kimi yalandan da olsa sənədlər belə götürməyib: "Çünki, bu radikallar öz kəramətlərinə bələd idilər, bilirdilər ki 40 min deyil, heç 400 seçici səsi də yığa bilməzlər. Yaxşı bəs indi nə oldu? Mitinq qərarı haradan çıxdı? Həm də belə qəfil və səfirliklərdəki, Avropa İttifaqının Bakı ofisindəki gəzintilərdən dərhal sonra... Demək ki, təlimat, maliyyə dəstəyi alıblar. Hər halda Əli Kərimli kimi anti-milli ünsür, siyasət buqələmunu mitinq qərarı veribsə, bu qərar "ağaları belə istəyib” anlamına gəlməlidir. Ya da olsun Cəmil Həsənli və Arif Hacılı kimi yedəklər. Hamısı eyni astarın tərs üzüdür. Hamısı milli maraqları satmaq, iğtişaş yaratmaq üçün əmr növbəsi gözləyirlər”.

Millət vəkili Sahib Alıyev də mövzuya münasibət açıqlayarkən bildirib ki, 5-ci kolon təmsilçilərinin avqustun ikinci yarısında Amerika, Böyük Britaniya və Fransa səfirliklərinə çağırılmalarının, onlarla görüşə üstünlük verilməsinin səbəbi hər kəsə gün kimi aydındır. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandakı "hizmətçilər”, yəni xidmətçilərdir və hər bir əmri yerinə yetirməyə hazırdırlar: "Həmin ölkələrdəki bəlli çevrələrin bizdən nə istədikləri sirr deyil. Ölkəmizin ən yaxşı halda Ukraynaya çevrilməsini arzulayırlar. İstəkləri budur ki, təkcə açıq və gizli dəstək verdikləri Ermənistanla deyil, bütün qonşularla, özəlliklə də Rusiya ilə düşmən olaq, regionda hamı bir-birinə dəysin. Həmçinin, Yaxın Şərqdəki xaos bura da sıçrasın, necə ki, Türkiyəyə sıçradırlar. Guya müttəfiqlik etdikləri Türkiyəyə qarşı hansı addımlar atdıqlarını, nələrə getdiklərini görmürükmü? Türk xalqı sinəsini sipər edib ayağa qalxmasa idi, bu ölkənin başına nələr gətirməyəcəkdi həmin "müttəfiq” olanlar? İndi də bizdəki xidmətçilərini səfirliklərə dəvət edib təlimatlandırır, burada da qarışıqlıq yaratmağa çalışırlar. Ancaq alınmayacaq və alınmayacağını özləri də yaxşı bilirlər. Bilirsiniz nədən? Xidmətçilərlə görüşün necə keçirildiyinə diqqət yetirsəniz bəlli olacaq. Demək, Böyük Britaniya səfiri avqustun 25-də parçalanmış Müsavat Partiyasının başqanı Arif Hacılıyla görüşür. O, səfirliyi tərk etdikdən sonra isə İsa Qəmbərin oğulu Turqut Qəmbər ora dəvət edilir. Avqustun 23-də Əli Kərimli və Cəmil Həsənli Amerika səfirliyinə birgə gedirlər. Sabahı günü isə Cəmil Həsənli ora tək çağırılır. Fikir verin, guya bir yerdə olduqları zənn edilənlərlə belə, həm də ayrı-ayrılıqda görüşürlər. Sual olunur niyə? Ona görə ki, xidmətçilərinin başıpozuqluğunu, bir-birilərinə maliyyə fırıldağı gəldiklərini, aralarında "hoca əfəndi”nin olmadığını yaxşı bilirlər. Beləliklə də, "hoca əfəndiliyi” öz üzərlərinə götürərək, xidmətçiləri hərəkətə gətirməyin indi də bu yolunu sınaqdan keçirirlər. Bunların əməkdaşlıq modeli belədir: Pozuculuq fəaliyyətinin effektliliyini artırmaq üçün indi bir neçə səfirlik birləşib "hoca əfəndi” rolunda çıxış edir, səfirlər də "imam” funksiyasını yerinə yetirirlər. Xidmətçilər də ki, hər kəsə bəllidir. Bir daha adlarını deməyə ehtiyac varmı?”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə hesab edir ki, xarici ölkə səfirlərinin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, həmçinin müxalifətin radikal qanadı ilə gizli görüşlər keçirməsi, onları təlimatlandırması yolverilməzdir, beynəlxalq konvensiyalara ziddir: "Bu, ciddi qanun pozuntusudur. Xarici ölkə diplomatlarının missiyası mövcud olduqları ölkələrdə müxalifətlə əlaqə yaradıb onlara təşkilati, ideoloji və maddi baxımdan köməklik göstərmək deyil. Xarici diplomatların fəaliyyət göstərdikləri ölkələrdə müxalifətin arxasında dayanması, onların himayədarına çevrilməsi diplomatik qaydalara, beynəlxalq konvensiyalara ziddir. Hətta ölkə vətəndaşları da xarici dövlətlərin səfirliklərinə müraciət edir, onların himayəsi altına fəaliyyət göstərirlərsə, həmin şəxslər də Azərbaycan qanunlarını kobud şəkildə pozurlar. Əslində bu, Azərbaycanın dövlət maraqlarının xarici səfirliklərə satılması deməkdir. Çünki, hər bir dövlətin özünün maraqları var. Ayrı-ayrı ölkələrdə bu maraqlar ciddi xarakter daşıya bilir. Nəzərə almaq gərəkdir ki, bu gün Azərbaycan beynəlxalq güclərin maraqlarının və mənafelərinin toqquşduğu ən ciddi ölkələrdən biridir. Radikal müxalifət təmsilçilərinin həmin gücləri təmsil edən ölkələrin səfirləri ilə görüşməsi mahiyyət etibarilə bu dövlətlərin strateji maraqlarına xidmət edir. Bu da birmənalı şəkildə Azərbaycanın milli maraqlarına ziddir. Ona görə də radikal müxalifət liderlərinin xarici ölkə səfirləri ilə əməkdaşlıq etməsi Azərbaycanda ciddi qanun pozuntusu kimi qeydə alınmalıdır. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.

Millət vəkili deyib ki, radikal müxalifəti canlandıran, yaşadan, qidalandıran bir sıra dövlətlərin xüsusi-xidmət orqanlarıdır. Deputatın sözlərinə görə, həmin xüsusi-xidmət orqanları mənsub olduqları ölkələrin maraqlarını yerinə yetirmək üçün Azərbaycanda zəif hakimiyyətin olmasında maraqlıdırlar: "Lakin onların bu planı baş tutmayacaq. Çünki, Azərbaycanda bunun üçün zəmin, şərait yoxdur. Əvvəla ona görə ki, radikal müxalifətin Azərbaycan cəmiyyətində nüfuzu, ictimai rəyə təsir imkanı yoxdur. Əksinə olaraq, iqtidarla xalq arasında möhkəm bağlılıq var, Azərbaycan prezidenti, onun həyata keçirdiyi daxili və xarici siyasət ölkə əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Ona görə də həm xaricdəki, həm də daxildəki anti-Azərbaycan, antimilli qüvvələrin nəyəsə nail olması qeyri-mümkündür. Azərbaycan demokratik bir ölkədir. Azərbaycan Konstitusiyasına görə, ölkənin hər bir vətəndaşı, eləcə də hər bir siyasi partiya bu və ya digər məsələyə öz münasibətini açıqlamaq, etirazını çatdırmaq hüququna malikdir. Bu baxımdan, əgər radikal müxalifət hər hansı hadisəyə, məsələyə azad şəkildə müxalif münasibət bildirmək, mitinq keçirmək istəyirsə, bu, onların hüququdur. Amma onlar bu hüquqdan məhz xarici ölkələrin Azərbaycandakı səfirlərinin təlimatı, məsləhəti, himayəsi və hərtərəfli yardımı ilə yararlanmaq istəyirlərsə, artıq bunun bir adı var: satqınçılıq və milli xəyanət!”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru