Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                 

'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…' – deputatdan Rəsul Quliyevə sərt cavab
Tarix: 6-09-2016, 12:41 | Çap et
'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…'
Rəsul Quliyev son vaxtlar şou əhlini xatırladır. Adam üçün PR-ın qara, ağ fərqi qalmayıb. Ən axırıncı yolla da reklamdan çəkinmir. Hər halda belə olmasaydı, ölkə başçısının Bakı Dərin Özüllər zavodunda söylədiyi nitqdəki abstrakt hədəf subyektajında özünü görməz, yuyulmamış çömçə qiyafəsinə girməz, təcili “Meydan.Tv”-yə müsahibə verməz, Cevara obrazı ilə maskalanmazdı…

***
Yadıma 2005-in payızı düşdü. Rəsul Quliyev Bakıya doğru yol almışdı. Guya. Emissarlarına xəbər yollamış, insanları hava limanında qarşıdurmaya səsləmiş, yağmasa da babatca guruldamışdı. Amma niyəsə son anda bu “möhtəşəm” qayıdışdan imtina elədi. Daha doğrusu, sözü hərəkətə dövr etməyə cəsarəti çatmadı. Bakı üzərindən fırlanıb Simferopola istiqamət götürdü. Orda da “Interpol”un əlinə keçincə, təyyarənin bir küncünə sığınıb “Segah” üstündə sentimental açıqlamalar verməyə başladı. Adam elə yazıq, elə məzlum surət almışdı ki, tanımasan, dağınıq telini tumarlayardın...

Sonra anası, qardaşı rəhmətə getdi. Düşündük, bu dəfə gələr. Çünki, siyasi arenada bənzər presidentlərə zaman-zaman şahidlik etmişik. Məsələn, hətta şəxsinə münasibətin birmənalı olmadığı Mütəllibov belə ölüm ayağında olan övladının vəsiyyətindən xəbər tutan kimi dərhal bilet alıb Bakıya dönməyə qərar vermişdi. İqtidar da yazılmayan qanunları nəzərə alıb, öz jestini elədi. Ona toxunulmadı. İnsanlıq faktoru siyasəti üstələdi. Hərçənd Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələrkən ona zamanında həmin jest edilməmiş, Ulu Öndər elə hava limanındaca sui-qəsdə məruz qalmışdı...

Müxtəsər, bəzən hamıdan öndə olmaq üçün hamıdan fərqli şeylər eləməlisən! Vacibatdır bu...
***
Quliyevin uzun illərdən bəri yaşadığı komplekslər isə deyəsən yenə baş qaldırıb. Və daha residiv formada. Yoxsa heç lüzum yox ikən, daha dəqiqi - müəllimə “ayın neçəsidir?” sualı verilməzkən tutaq: “Mən o vaxt “Əsrin Müqaviləsi” ilə bağlı Heydər Əliyevə öz iradlarımı bildirdim. Dedim, ayıbdır, belə müqavilə şərtləri olmaz” – tipli sərsəm açıqlamaları niyə ard-arda sıralayaydı ki?

Heydər Əliyev həyatda yoxdur. Təbii, şahid də yoxdur. Amma məntiq qanunauyğunluğu deyilən bir şey var axı. Rəsul Quliyev və... Heydər Əliyevə cavab qaytarmaq. Üstəlik, bu etirafları 20 il sonraya ertələmək...

P.S “İki şəxsiyyətlik” sindromu deyilən zadın bu olması gərək.

(Rəsul Quliyevin müsahibəsindən) Sitat -1: “Şahdəniz-2” yatağı ilə bağlı müzakirələr davam edərkən üzümü Heydər Əliyevə tutub dedim ki, “Cənab Prezident, daha bu şouda iştirak etmək istəmirəm. Mən getdim”. Mən gedəndən 1 saat sonra isə iclas bitdi”.

Rəsul Quliyev anlamır ki, həmin iclasın videosu və yazılı stenoqramı ən azından arxivlərdə qalır. Sabah ortalığa çıxsa, əlində olan yeganə meydandan - “skype” dəliyindən də məhrum olacaq. Ən azından biabırçılıq səbəbi ilə. Məhz həmin toplantıda iştirak edən, şəxsən tanıdığım 2 nəfərin isə dediyi budur: “Rəsul Quliyev sona qədər iclasda oturub, təsdiqləyici baş yelləmələrindən savayı da heç nə ilə yadda qalmayıb, axırda isə Heydər Əliyevə yarımşaquli vəziyyətdə minnətdarlıq edərək otağı dal-dala tərk edib”

Sitat-2: “İlham Əliyevi müşavirədə görmədim. Bəlkə də mən oturan sırada olub, amma mən dəqiq görməmişəm”.

Bu yerdə Rəsul Quliyev gözünün içinə qədər yalan danışır və üzərindən yarım dəqiqə keçməmiş növbəti suala cavabında özünü “yandırır”.

Sitat-3: “Xoşbəxt Yusifzadənin çıxış etdiyi zaman İlham Əliyevə tez-tez baxmasından anladım ki, məcburən danışır” (Bu cümlə dünən təxminən gecə 2.40 radələrində “Meydan Tv” və “Azadlıq. Info”-nun saytından çıxarılıb).

Bəs deyirdin, İlham Əliyev müşavirədə yox idi? Nə tez yadına düşdü? Qocalıq sklerozu buramı qədər irəlilədi?

Sitat-4: “Bu iqtidarın bütün fəaliyyəti korrupsiya ilə hakimiyyəti qorumağa yönəlib”.
Evin tikilsin, adam! Axtarış saytlarında necə ki “Maral” yazanda Nadir çıxır, eləcə də “korrupsiya”, “rüşvət” yazanda sən çıxırsan. Barı abır elə, bu mövzuya toxunma. Oğurluğun nəzəriyyəsini yazan - sən, xirtdəyinə qədər rüşvətə bulaşan - sən, korrupsiya cinayətindən dolayı dabanına birkərəmlik tüpürüb ölkədən qaçan - sən, 21 ildir heç yerdə işləməyə-işləməyə lüks otellərdən vurub dəbdəbəli villalardan, SPA salonlardan boylanan - sən, talamaq, yağmalamaq üzrə Ginnesin rekordlar kitabına adını qızıl hərflərlə yazdıran - sən...
Borclu çıxan biz?!

***
Qəhrəman olmaq istəyi hamının haqqıdır. Etiraz eləmirəm. Amma qəhrəmanlıq haqqında çox düşünənlərin qəhrəman olmağa zamanı qalmır. Bu da ayrı bir həqiqət.

Sən, Milli Məclis sədri deyil, uzağı “JEK” müdiri olmalı adam idin. Ən azından ağlınla işin arasındakı kontrast pozulmasın deyə. Sadəcə yerin səhv düşmüşdü. Yenə çox şükür, axırda öz qəlibinə girdin, rahatladın. Yaradan böyükdür.

Tanrı və təbiət bəzi insanların üzünə elə doğuşdan “rişxənd damğası” vurur. Sən o tiplərə çox yaxınsan, Rəsul Quliyev! Həm də bütün parametrlərinlə: şivənlə, səsinlə, yerişinlə, duruşunla, üzündən dürr eləyib tökülən “intellektinlə”...

20 il Amerikada yaşayıb ingilis dilini öyrənməmək, hələ də tərcüməçi ilə gəzmək üçün adamdan hansı “fitri istedad” tələb olunursa, həmin “istedadın” yüz qatı qədər tələb də bir vaxt - hesabına vəzifə sahibi olduğun, karyera qurduğun, başına and içdiyin, yanında quyruq buladığın, az qala aldığın nəfəs barədə belə məruzə elədiyin insanların üzünə ağ olmaq üçündür. Sən bu “keyfiyyətlərin” “full paket”inə sahibsən, Rəsul Quliyev!

Arzu və reallıq çox fərqlidir. Eynən nağıl və gerçəklik kimi. Ayrıca, Vaşinqton və Masazırdan bəyanat verməyin, canlı və distansion siyasət yürütməyin də ciddi ayrıcalıqları var. Odur ki, malı-mala qatma. Siyasi psixozunu saytlara etaplama. Yuxun qaçan kimi irəliləyən fantaziyalarını camaata həqiqət formasında sırıma. Lütfən...

Bir “KVN” zarafatına tab gətirməyən, sarayın dəhlizindəcə Şən və Hazırcavablar Klubunun üzvlərinə hədə yağdıran, nəhayətində isə Heydər Əliyevin bir baxışı ilə “farağat” qalıb sözünü geri qaytaran, dili topuq çalan Rəsul Quliyev hər yerdə: qəbulda da, iclasda da, dəhlizdə də, hətta güman ki, evində dörd divarla baş-başa qaldığında da bənzər səksəkəni yaşayıb. Ki, birdən hansısa səhv, ya qələt ucbatından qulağına tərs şapalaq endirilər. Növbəti dəfə yeri, həddi bildirilər!

İndi hamam güzgüsü qabağında kişilənməyə nə var ki?

Elşən Musayev. Milli Məclisin deputatı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru