“Hakimiyyət strukturlarında, Milli Məclisdə, YAP-da olan gülənçilər həbs olunacaqsa...” - FETÖ işi
Tarix: 3-09-2016, 08:26 | Çap et
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Ankaraya səfəri başa çatsa da mövzuya medianın diqqəti hələ də qalır. Qeyd edək ki, Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb. Bu görüşdə nazir bildirib ki, FETÖ ilə mübarizədə Azərbaycan Türkiyənin yanındadır.
Ramil Usubov birgə mətbuat konfransında bəyan edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bunun qarşılığında Əfqan Ala deyib ki, Türkiyə ilə Azərbaycan qarşıdakı dövrdə də məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam iş, fikir birliyində olacaq. Azərbaycanın daxili işlər nazirinin səfərini və bu səfərdən sonra gözləntiləri “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc isə bildirib ki, nazirin Türkiyəyə səfəri Azərbaycanın təhlükəsizliyi üçün də çox əhəmiyyətli idi.
Z.Oruc eyni zamanda diqqəti başqa bir mühüm məqama da cəlb edib. O deyib ki, təhsil məkanında uğur qazanan və yaxud bu sistemdən keçənlərin hamısını gülənçi elan etmədən Azərbaycan bu məsələdə öz təhlükəsizlik maraqlarını düzgün müəyyənləşdirməyi bacarmalıdır: “Ramil Usubov dərin dövlət adamıdır, ölkə rəhbərinə sədaqətlidir və prinsipialdır, heç kəsə qarşı süni şəkildə ittihamlara yol verilə bilməz, eyni zamanda gülənçi olduğu sübuta yetirilən heç kəsə də güzəşt edilməz”.
Ekspertlər isə bildirir ki, hakimiyyətə yaxın deputatın bu açıqlaması çox mühümdür. Rəylərə görə, iqtidar tərəfindən gerçəklik düzgün qiymətləndirilərək ölkədə süni gərginlik yaratmaq cəhdlərinin qarşısı alına bilər. Həmçinin hakimiyyətin resurslarından yararlanıb kimlərsə yalandan gülənçi ovuna çıxıb, dövlətin gücünü əsas hədəfdən yayındıra bilməz. Bu da indiki həssas məqamda ölkəyə çox lazımdır.
Mövzunu “Yeni Müsavat”a şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, FETÖ problemi həqiqətən Azərbaycanın təhlükəsizliyi baxımından aradan qaldırılmalıdır: “Fətullah Gülən dünya masonluğunun tərkib hissələrindən biridir. İslam və türk dünyasının masonluq qanadının aparıcı simalarındandır. Masonluğun əsas elementlərindən biri odur ki, onlar nə din, nə millət, nə dövlət, nə sərhəd tanıyır. Fətullah Gülən hərəkatının Türkiyədən sonra ən çox fəaliyyət göstərdiyi ölkələrdən biri Azərbaycandır. Bu onu göstərir ki, gülənçilərin ən çox yerləşdiyi ölkələrdən biri də Azərbaycandır. Bu hərəkatın iş prinsipini izləyəndə görürük ki, onun gücü cəmiyyətdən çox hakimiyyət daxilində ifadə olunur. Masonlar da hakimiyyət vasitəsilə öz məqsədlərinə çatmaq üçün həmişə hakimiyyətdə təmsilçilik qazanırlar. Azərbaycanda gülənçilər, masonlar hakimiyyət daxilində, müxalifətdə, QHT sektorunda bu və ya başqa şəkildə kök salıb. Bu cür qüvvələrin böyük əksəriyyəti müxtəlif hakimiyyət strukturlarındadır. Belə bir vəziyyətdə Azərbaycanın hüquq-mühafizə orqanlarının Türkiyənin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi və əməkdaşlıq şəraitində işləməsi Azərbaycanın təhlükəsizliyi baxımından vacibdir. Gələcəkdə hakimiyyət strukturlarında, Milli Məclisdə, YAP-da olan gülənçilər həbs olunacaqsa, bunu iqtidardaxili çəkişmə kimi qəbul edə bilmərik. Amma o da mümkündür ki, kimlərsə yaranmış şəraitdən öz rəqiblərini sıradan çıxarmaq üçün istifadə etməyə çalışsın. Bax, hüquq-mühafizə orqanları belə məsələlərdə diqqətli olmalıdır ki, günahı olmayanların FETÖ-çü damğası ilə sıradan çıxarılması halları yaşanmasın”.
S.Cəlaloğlu deyib ki, o, Fətullah Gülənin kitablarını axtarır ki, oxusun, orada nələr yazıldığını öyrənsin: “Mən Gülənin kitabını oxusam o deməkdir ki, FETÖ-çüyəm, Hitlerin ”Mayn kamf" əsərini oxumuşamsa faşistəm, bir erməninin Azərbaycan haqda yazdıqlarını oxusam belə çıxır ki, erməniyəm? Bu baxımdan hesab edirəm ki, həqiqətən də araşdırmalar ciddi aparılmalıdır, FETÖ-çü olduğu faktlarla sübuta yetirilməyən adamlar qətiyyən həbs olunmamalıdır. Məsələn, Əli Kərimlinin köməkçisi Faiq Əmirli hətta Fətullah Gülənin hansısa kitabını oxuyubsa, buna görə onun həbsi düzgün deyil. Faiq Əmirlinin FETÖ-çü olduğunu, ora xidmət etdiyini sübuta yetirən dəlillər yoxdursa, o, həbs edilməməlidir".
Partiya sədrinin sözlərinə görə, Gülən məktəblərində oxumayan heç kəs Gülən hərəkatında deyil. Gülən hərəkatının əsas qayəsi beyinlərin yuyulmasından ibarətdir ki, o da məhz Gülən məktəblərində həyata keçirilib: “O məktəbdən keçməyən kimsə Gülən hərəkatına daxil edilmir. Bir adamın Gülənçi olduğunu bilmək istəyirsinizsə, öncə baxın görün orta təhsili, ali təhsili harada alıb, vəzifə pillələrinə, deputatlığa hansı sürətlə yüksəlib.
Azərbaycanda “nurçu evləri” deyilən evlər var. Şübhəsiz ki, DİN və digər orqanlar bu cür evlərin harda olduğunu bilirlər. DİN-də və digər təhlükəsizlik orqanlarında şübhəsiz ki, ciddi faktlara əsaslanan informasiyalar və siyahılar var. Çalışmaq lazımdır o siyahılara FETÖ ilə əlaqəsi olmayan adamlar daxil edilməsin. Azərbaycanda Gülən məktəblərini oxuyan adamların hamısı o hərəkatın təsiri altında olan insanlardır. Onların bəziləri konkret olaraq Hərəkatın üzvüdür, bəziləri isə ikinci dərəcəli planda yer alırlar, onlardan lazım olanda kütləvi səhnələrdə istifadə edilir. Onu da deyim ki, Gülən məktəblərini oxuyan hər kəsi həbs eləmək düzgün deyil. O adamları həbs etmək, qanunla cəzalandırmaq lazımdır ki, onun FETÖ-çü olduğu faktlarla sübuta yetirilsin. Qəzetlərdə bu mövzuda çıxan məlumatlara hüquq-mühafizə orqanları barmaqarası baxmamalıdır, ciddi araşdırmalar aparılmalıdır".
S.Cəlaloğlu vurğulayıb ki, Azərbaycanın daxili işlər nazirinə Türkiyədəki həmkarı tərəfindən əsasən Türkiyədə həyata keçirilməsinə cəhd edilən darbenin Azərbaycandan kimlər tərəfindən dəstəklənməsi ilə bağlı dosye verilə bilər: “Dosyedə kimlərin həmin darbeyə maddi, mənəvi, siyasi, hüquqi dəstək verdiyi və verə biləcəyi, o plana daxil olduğu və ya daxil ola biləcəyi əksini tapa bilər. Belə bir dosye verilibsə, dövlətin təhlükəsizliyi baxımından əhəmiyyətə malikdir və yəqin ki, müvafiq tədbirlər görüləcək.
“Ergenekon” və “Balyoz” əməliyyatlarını keçirənlərin FETÖ-çü olduğu, həmin əməliyyatların vətənpərvər insanlara, Atatürkçülərə, əslində dövlətə qarşı keçirildiyi indi sübuta yetirildi. Bu gün Azərbaycanda yol vermək olmaz ki, əslində FETÖ-çü olanlar izi azdırmaq üçün FETÖ ilə heç bir əlaqəsi olmayanları hədəfə alıb onların həbs edilməsinə nail olsunlar. Bu baxımdan ölkənin daxili işlər nazirinin prosesə çox ciddi yanaşması zəruridir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
|