"Prezidentdən sonra ikinci şəxs olacaq və müəyyən sahələrə konkret cavabdeh olacaq" - deputat
Tarix: 4-08-2016, 08:55 | Çap et
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "Unikal.org"-a müsahibə verərək Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsi ilə bağlı fikirlərini bölüşüb:
-İyul ayında prezidentin Konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüslə çıxış etməsi, Konstitusiya Məhkəməsinin bu təşəbbüsə müsbət fikir bildirməsi, Azərbaycanın ana qanununda mühüm dəyişikliklərin edilməsi üçün yol açdı. İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 26-da Referendum təyin edildi. Seçki Məcəlləsindən irəli gələrək Yeni Azərbaycan Partiyası bu referendumda iştirak etmək və prezidentin təklif etdiyi dəyişiklikləri müdafiə etmək fikrindədir. Bununla bağlı partiya daxilində müvafiq təşkilati işlər aparılıb. Yerlərdə təşəbbüs qruplarının iclasları keçirilib. 2 gün bundan əvvəl Yeni Azərbaycan Partiyası səviyyəsində təşəbbüs qruplarının ümumrespublika müşavirəsi keçirildi. Mərkəzi Seçki Komissiyasına təşəbbüs qrupunun qeydiyyata alınması ilə bağlı müraciət edilib. Biz oradan imza vərəqələri aldıqdan sonra təqribən 50 min imza toplamaq fikrindəyik. Bu isə kifayət edir ki, bizim təşəbbüs qrupumuz təşviqat qrupuna çevrilsin. Müşahidəçi olacaq şəxslərimiz artıq müəyyənləşib. MSK-nın təqdim etdiyi qrafikə uyğun olaraq biz addımlarımızı atacağıq.
- Məsələ ondadır ki, cəmiyyətdə hər kəs savadlı deyil. Təklif olunan dəyişiklikləri hamı tam olaraq başa düşmür. İstərdik Millət vəkili və ziyalı olaraq cəmiyyətə referendumu daha sadə şəkildə anladasınız. Ümumiyyətlə, bu referendum cəmiyyətimizə nə verəcək?
-Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib. İlk növbədə özünün dövlətçiliyini möhkəmləndirmək yolunu tutub. Dünyada oturuşmuş onlarla güclü vətəndaşlarının hüquqlarını müdafiə edən demokratik mühiti olan dövlətlər var. Azərbaycan 1995-ci ildə Konstitusiya qəbul etməklə özünün demokratik hüquqi dövlət olduğunu, insan hüquq və azadlıqlarını müdafiə etmək istədiyini, sahibkarlığı inkişaf etdirmək fikrində olduğunu bəyan etdi. İnsanlarımız 1995-ci il noyabr ayının 12-də bunu müdafiə etdilər. 1995-96-cı illərdə Azərbaycanda iqtisadiyyatda və hüquqi sferada islahatlar aparıldı. 1998-ci ildə ölüm hökmü ləğv edildi. Mətbuat üzərində dövlət senzurası götürüldü. Bələdiyyə seçkiləri keçirildi, Avropa Şurasına qəbul olundu. Bütün bunlar hamısı yeni mərhələyə, 2002-ci ildə artıq Konstitusiyaya yeni dəyişikliklər edilməsi mərhələsinə gəlib çatmasına xidmət etdi. Azərbaycan dövlətçiliyi bir yerdə dayanmır, o daima mərhələli şəkildə inkişaf edir. Biz həm dünyadan öyrənirik, eyni zamanda özümüzün dövlətçilik təcrübəmiz toplanır. Hər dəfə qarşıda yeni məqsədlər dayanır ki, onlara daha yüksək səviyyədə cavab vermək lazımdır. 2016-ci il Azərbaycanda dövlətçiliyin möhkəmləndiyi, yüksək nüfuz qazandığımız, iqtisadi çətinliklərə sinə gərdiyimiz dövr kimi tarixmizə yazılır. Artıq qarşımızda daha böyük məsələlər dayanır. Bunlardan biri dövlətçiliyimizi daha möhkəm və nüfuzlu etməkdir. İkincisi Azərbaycanda demokratik mühiti daha da gücləndirmək və vətəndaşların hüquq və azadlıqlarını genişləndirməkdir. Üçüncü, dövlət idarəetmə mexanizmində bir sıra yeniliklər etmək. Demokratik mühitin genişləndirilməsi o deməkdir ki, vətəndaşlar əvvəlkinə nisbətən daha böyük hüquqlar əldə edirlər. Məsələn, xüsusi mülkiyyət eyni zamanda sosial öhdəliklər deməkdir. Bir tərəfdən sahibkarlığın inkişafına ciddi diqqət göstərilir, digər tərəfdən isə özəl sektor bilməlidir ki, dövlətin sosial proqramlarının yerinə yetirilməsində o birbaşa iştirakçıdır. Bu sosial ödənişlərlə yanaşı, vətəndaşların digər sosial öhdəliklərinin təmin edilməsi, dövlət təhlükəsizliyinin təmin edilməsi və.s.dir. Biz bunu hüquqi cəhətdən Konstitusiyaya saldıqca müvafiq qanunlarımızda həmin sahəni buna yönəldəcəkdir. Digər məsələ xüsusi mülkiyyətində torpaq sahəsi olanlarla bağlıdır. Burada həmin sahə istifadə edilmədikdə dövlətin ona hüquqi mexanizm tətbiq etməsi nəzərdə tutulur. İndiki Konstitusiyaya görə, heç bir halda torpaq vətəndaşdan geri alına bilməz. Amma belə bir reallıq da var ki, kimlərsə hüquqi yolla geniş torpaq sahələrinə malik olurlar. Həmin torpaq sahəsi də istifadə edilmir. Bu istifadəsiz torpaqlar da vətəndaşlardan geri alına bilmir. İndi isə bildirilir ki, vətəndaş torpaqdan istifadə etmədikdə və yaxud istifadə üçün imkan yaradılmadıqda o torpağın hüquqi statusuna yenidən baxılır. Məhkəmə qaydasında torpağın pulu mülkiyyətçiyə ödənilir və həmin torpaq yenidən dövrüyyəyə buraxılır. Göründüyü kimi çox ciddi məsələlər qoyulub ki, bunlar maddi sahələrdə inkişafımıza səbəb olur.
-Referendum yeni strukturların formalaşdırılmasını özündə ehtiva edir. Necə düşünürsünüz,vitse-prezidentlik institutunun yaradılması hansı zərurəti özündə əks etdirir?
-Nəzərə almaq lazımdır ki, 1991-ci ildə bizim əhalimiz 7 milyona yaxın idi. Bir ildən sonra bizim əhalimiz 10 milyon olacaq. Bu rəqəm dünya səviyysində çox sayda əhalisi olan dövlət qrupuna aid olmaq deməkdir. Bunun idarə edilməsi artıq yeni strukturların yaradılmasını tələb edir. Bu idarəetmə sistemində prezident və vitse-prezident statusları var. Bu nə üçün lazımdır? Biz prezident üsul-idarəli dövlətik və bu baxımdan prezidentdən sonra ikinci şəxs olacaq və müəyyən sahələrə konkret cavabdeh olacaq yüksək səviyyəli bir status yaranacaq. Prezidentin göstərişi ilə müəyyən sahələrə cavabdeh şəxslər olacaq ki, onlar da bir sıra məsələlərin prezident səviyyəsində gündəlik olaraq nəzarətdə saxlanılmasına xidmət edəcəkdir. Bu günün tələbidir. Bu dəyişikliklər Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinə, islahatların davamlı olmasına, Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin inkişafına çox böyük dəstək olacaq.
- Budəfəki referendumda irəli sürülən dəyişikliklərin dünya təcrübəsində analogiyası varmı?
- Elə zənn etməyək ki, Konstitusiyaya dəyişikliklər təkcə Azərbaycanda olur. Məsələn ABŞ vederativ dövlətdir, ora daxil olan ştatların 20-30 dəfə konstitusiyaları dəyişib. Avropa ölkələrinin hər birində vaxtaşırı Konstitusiyaya dəyişikliklər edilir. Azərbaycandan fərqli olaraq orada bu dəyişikliklər parlamentin qərarı ilə keçirilir. Ona görə də bunlar diqqəti bir o qədər cəlb etmir.
- Belə fikirlər də səslənir ki, analoji olaraq prezidentin müxtəlif sahələr üzrə köməkçiləri, müşavirləri var. Yəni, vitse-prezidentlərə nə ehtiyac var idi deyənlərin fikirlərini necə qiymətləndirirsiniz?
- Bu, bizim idarəetmə sistemimizin təkmilləşdirilməsidir. Bu və ya digər sahəyə dövlətin daha böyük diqqət etməsidir. Hər halda vitse-prezident istənilən müşavirdən və köməkçidən salahiyyət və siyasi status baxımından yüksəkdir. Xaricdə də vitse-prezident statusları var, nəinki prezidentlərin hətta onların da köməkçiləri və müşavirləri olur. Vitse-prezident artıq prezidentin tapşırığı ilə konkret bir sahəyə cavabdeh olan və həmin sahənin məsuliyyətini daşıyan şəxslərdir. Köməkçi müşavirlər isə adından göründüyü kimi, sadəcə olaraq məsləhətlər verməklə məşğuldur.
- Başqa bir məsələ yaş senzi ilə bağlıdır. Yaş senzinin endirilməsi məsələsi cəmiyyətdə daha çox müzakirə olunur. Sizin mövqeyiniz necədir?
-Yaş senzinin götürülməsi Avropa təcrübəsinə əsaslanır. Avropa Parlamentlərində aktiv və passiv səs hüququ olan hər bir vətəndaşın seçilmək hüququ var. Kimin seçiləcəyi seçicilərdən asılıdır. Buna görə də biz deyə bilmərik ki, 18,19 yaşında deputatlar olacaq. Deputatlıq fəaliyyəti ilə bağlı tez-tez xarici səfərlərim zamanı çox gənc deputatların seçildiyini görürəm. Anlamalıyıq ki, parlament siyasi karyeranın yüksək səviyyəsi deyil. Bu bir mərhələdir. O baxımdan hansısa partiya özünün gənc üzvlərini parlamentə buraxmaqla sonradan cəmiyyətin digər sahələrində istifadə edə bilər. Bu gün Avropa ölkələrində siyasi xadimlərin bir çoxu siyasi fəaliyyətə müxtəlif sahələrdən, bələdiyyələrdən, parlamentdən və s. sahələrdən başlayıblar. Hüquq verilir, onun nə dərəcədə reallaşacağı artıq gələcəyin işidir. Mümkündür ki, yüksək təhsilə malik, özünün fəallığı ilə cəmiyyətdə tanınan gənclərə rast gələ bilərik. 25 yaşın göstərilməsi onun qarşısını ala bilər. Onun seçiləcəyi seçki filterindən keçməsi ilə müəyyən olunacaq.
-Radikal müxalifət referendum məsələsi gündəmə gələndən çox aqressiya ilə qarşılayırlar. Müxtəlif fikirlər səsləndirirlər. Bu yanaşmanı necə qiymətləndirirsiniz, Sizcə onların iddialarında hər hansı bir haqlı məqamlar varmı?
-Müxalifətin ortaya qoyduğu arqumentlərin heç biri ciddi deyil. Bunlar sadəcə olaraq partiya düşüncəsindən kənara çıxmır. ABŞ-da yaxın günlərdə Demokratlar Partiyası keçmiş birinci xanım Hillari Klintonu prezidentliyə namizəd gördü. Əsas reytinq bu gün onundur. Əsas olan odur ki, bu xanım cəmiyyətin bir hissəsinin marağındadır. Göründüyü kimi bizim müxalifətin Avropanın, Amerikanın demokratik təcrübəsindən yararlanmağa çox böyük ehtiyacı var. Bir qayda olaraq müxalifət Konstitusiya məsələlərinin əleyhinə gedib. 1995-ci il Konstitusiyası qəbul olunanda bildirirdilər ki, bu ana yasa bir neçə il işləməyəcək. Amma sonradan onlar vaxtaşırı öz hüquqlarını qoruyanda Konstitusiyaya müraciət edirlər. 2002-ci ildə Konstitusiyaya dəyişikliyin əleyhinə getdilər, sonradan həmin dəyişikliklə vətəndaşlarımızın Avropa məhkəməsinə müraciəti salınanda ən çox müraciət edən müxalifət oldu. 2009-cu il dəyişikliyinin əleyhinə çıxdılar. Burada qeyd olunur ki, vətəndaşın şəxsi əleyhinə olan məlumatlar yayıla bilməz. Sonradan 2010-cu illərdə müxalifət həmin maddəyə müraciət edərək şəxsi məsələ ilə bağlı bu və digər şəkildə etirazını bildirirdi. Göründüyü kimi, bizim Konstitusiya dəyişikliklərimiz vətəndaşlarımızın mənafeyinə xidmət edir. O vətəndaşların içində müxalif düşüncədə olan insanlarımız da var. Şübhəm yoxdur ki, bir neçə il sonra bu dəyişiklikdən yararlananlar və ona istinad edənlər indi həmin dəyişikliyin əleyhinə gedənlər olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
|