Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                 

HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL FİASKOSU
Tarix: 12-05-2012, 12:51 | Çap et
HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL FİASKOSU

VANA PULLARI SƏPƏLƏYƏN FHN-İMİZ NƏDƏN ZAQATALADA GÖZƏ DƏYMİR?

DİA.AZ: - Mayın 7-də səhər saatlarında Zaqatalada 7 ballıq zəlzələ və təkrar təkanlar olub. İnsan tələfatı olmasa da, 3000-də çox ev və 100-dən çox sosial obyekt ya uçub, ya da qəzalı vəziyyətə düşüb. Zaqatala rayonunun Qımır kəndindən olan Gülnarə Gözəlova da evi qəzalı vəziyyətdə olan sakinlərdən biridir.

Danışır ki, zəlzələ baş verən gündən evlərinə ayaq basa bilmirlər, tamamilə yararsız hala düşüb. Həyətdə açıq havada gecələməli olublar, qapılarını döyüb hallarını soruşan da olmayıb. Gülnarə Gözəlova deyir ki, yalnız televiziya vasitəsilə müraciətindən sonra 6 nəfər ailə üzvü ilə birlikdə növbəti gecəni çadırda keçirə bilib. Ailə hələ neçə gecəni çadırda keçirəcəyini, ümumiyyətlə, evlərinin aqibətinin nə olacağı barədə məlumatsızdır.

«MARAQLANAN YOXDUR»

Gülnarə Gözəlovanın qonşusu Qərənfil Ramazanova da deyir ki, divarı uçmuş evinə hələ ki yalnız icra nümayəndəsi gəlib baxıb:

«Kənd sovetindən gəlib baxıblar, uçota alıblar, amma evin içinə girib gəzməyiblər. O da birinci tərpənişdən sonra gəliblər, ikinci, daha güclü zəlzələdən sonra gəlib bizimlə maraqlanan olmayıb».

Zaqatalada təkrar təkanlar hələ də davam edir. Rayon sakinlərinin dediyinə görə, indi hətta 3-4 bal gücündə təkanlar belə onlar üçün təhlükə ilə nəticələnə bilir. Çünki güclü zəlzələdə çatların əmələ gəldiyi divarlar üçün bu cür təkanlar kifayətdir ki, uçulan evlərin sayı artsın.

Elə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da zəlzələnin vurduğu zərərin bundan sonra artacağını istisna etmir. Nazirliyin Zaqatala, Balakən və Qax rayonlarında yaradılmış operativ qərargahları fəaliyyətlərini davam etdirirlər, rayona dəyən zərər

Kəmaləddin Heydərov və İlham Əliyev fəlakət zonasında, 9 may 2012 dəqiqləşdirilir.

«YƏQİN ƏLAVƏ VƏSAİT DƏ AYRILACAQ»

Jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov deyib ki, evləri uçulmuş sakinlərin hamısına çadırlar paylanıb, onların rahatlığının maksimum təmin edilməsinə çalışırlar:

«Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işləri aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq». Bunu da nazir deyib.

«İstidən, havadan yata bilməmişik. Gecə yağış da yağıb, baxın, bütün üstümüz yaşdır» - Ədalət Əliyeva ailəsi, 2 azyaşlı nəvəsi ilə Qımır kəndində Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlardan birinə sığınıb. Dediyinə görə, 24 nəfər üçün nəzərdə tutulan çadırda 30 nəfər gecələyib. Onun dediklərini çadırın digər sakinləri də təsdiqləyir:

- «30 nəfər burada qalmışıq, az qala bir-birimizin üstündə yatmışıq».

- «Gündüz istidən dayana bilmirik, gecə isə yağış, nəmişlikdir. Yata bilməmişik. Kiminin başı, kiminin böyrəyi, ayaqları ağrıyır. Hər dəqiqəmiz də qorxu, həyəcandır. Ürəyimiz artıq üzülüb qorxudan, həyəcandan».

TİKİNTİ-BƏRPA İŞLƏRİ BAŞLANMAYIB

Nazir Kəmaləddin Heydərovun da dediyi kimi, prezidentin tapşırığı ilə zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat ayrılıb və vəsaitin artırılacağı gözlənilir.

Nazir bölgədə bərpa-tikinti işlərinin aparılacağını, o cümlədən uçmuş evlərin yenidən tikiləcəyini bildirib. Sakinlərin dediyinə görə, hələ ki rayonda tikinti-bərpa işlərinə başlanmayıb.

Zaqatala zəlzələsi Fövqəladə Hallar Nazirliyinin son illər üzləşdiyi yeganə hadisə deyil. 2 il öncə - 2010-cu ilin yazında Kür və Araz çaylarının səviyyəsinin qalxması nəticəsində 30-a yaxın rayonda 20 mindən çox yaşayış binası və 110 min hektar əkin-örüş yerlərini su basmışdı. Həmin vaxt daşqının gətirdiyi bəlanı aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti nümayəndələrindən ibarət komissiya yaradıldı.

TƏCRÜBƏ GÖSTƏRİR Kİ...

Prezident göstəriş verdi ki, bir neçə ay ərzində zərər çəkən sakinlər yeni mənzillərlə təmin edilsin. Rəsmi məlumata görə, Kür-Araz çayı üzərində bəndqurma işləri həyata keçirildi, çayın deltası təmizləndi, yeni evlər tikildi. Daşqınla bağlı bütün bu və digər işlərin görülməsinə 300 milyon manatdan çox vəsait ayrıldı. Pulun təxminən 252 milyonu tikinti və bərpa işlərini həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyinə verildi.

Həmin hadisədən 2 il vaxt keçsə də, heç də bütün zərərçəkmişlər eyni vaxtda isti evlərinə köçə bilmədi. Kiminin evi ümumiyyətlə tikilmədi, kimininki isə aylarla gecikdi. Hazırda 100-dən çox daşqından zərər çəkmiş ailənin şikayətinə məhkəmədə baxılır. Onlardan biri də Sabirabad rayonunun Ulacalı kənd sakini Hüseynağa Şirinovdur. O, deyir ki:

«Camaata verilən pul onun heç yardımçı tikilisinin pulu deyil. Ən çox verdikləri pul 2600 manatdır. Evsizlər üçün də ev tikirlər, amma tikdikləri ev də fərli deyil. Prezidentin sərəncamında var idi ki, evlər 3 ay müddətinə tikilməli idi. Amma tikinti hələ də davam edir. Təmir işləri aparılmır, çünki təmir üçün pul verirlər, hər evə cəmi 1000 manat. 1000 manata ev təmir etmək olar?! Bərpa-gücləndirmə işləri isə ümumiyyətlə aparılmayıb. Mən özüm evimin bərpa-gücləndirmə işlərinə 8500 manat xərcləmişəm, mənə isə cəmi 1000 manat pul ödənib».

«ƏSAS PROBLEM ŞƏFFAFLIĞIN OLMAMASIDIR»

«Kür» Vətəndaş Cəmiyyətinin üzvü Mehman Əliyev deyir ki, ölkədə cavabdeh qurumlar hətta fəlakət baş verən zaman bundan öz mənfəətləri üçün yararlanırlar:

«Ən böyük problem şəffaflığın olmamasıdır. Zaqatala ilə bağlı da yenə aydın deyil ki, əsl zərər nədir, nə qədər ev uçub, nə qədəri qəzalı vəziyyətdədir? 20 milyon ayırıblar, sabah yenə 20 milyon ayıracaqlar.

İctimaiyyətin, alimlərin, mütəxəssislərin burada iştirak etməməsi çox ciddi problemlər yaradır. Bu, Kür daşqınlarında özünü daha yaxşı göstərdi.

Şəffaflığın olmaması küllü miqdarda yeyintilərin olmasına gətirib çıxardı. Dövlət pullarını öz maraqlarına uyğun xərcləyirlər, hətta evlərin tikintisində də materiallardan oğurluq edirlər. Bu problemlər bu gün də qalır».

İCTİMAİ NƏZARƏT OLMASA...

Mehman Əliyev deyir ki, Kür-Araz daşqınlarında yaşanan bu cür neqativ halların Zaqatala zəlzələsində zərərçəkənlərin də yaşayacağı gözlənilir. Xüsusən də, rəsmi qurumlar tərəfindən görülən işlərə ictimai nəzarət olmazsa.

Elə Zaqatala rayonu Qımır kənd sakini Qürbət Qocayev də ümidsizdir. Deyir, təbii fəlakətin baş verməsindən 3 gün keçsə də, rəsmi qurumların ona ümid verəcək bir əməlini görməyib:

«Kəndimizin 1800 nəfər əhalisi var, təxminən 100-120 nəfərlik çadır var. Qalan camaat maşında, maşının altında yatır. Heç bir yardım yoxdur, evlərin də 90-95 faizi yararsız haldadır. Gedək istənilən evə baxaq, görəcəksiz ki, orda oturmaq da mümkün deyil. Hətta 90 faiz camaat evindən əmlakını çıxara bilmir. Yağış da hər gün yağır. Bir rəhbər gəlib maraqlanmır ki, harada qalırsız, nə edirsiz».

"Kavkaz qovşağı" layihəsi çərçivəsində məqalə










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru