GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                 

MÜDAFİƏ NAZİRLİYİ GENERALI İFŞA ETDİ
Tarix: 8-05-2012, 11:53 | Çap et
MÜDAFİƏ NAZİRLİYİ GENERALI İFŞA ETDİ

NAZİRLİK LƏNKƏRAN ƏLİYEV BARƏDƏ ŞOK FAKTLARI AÇIQLADI

DİA.AZ: - Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov general Lənkəran Əliyevin açıqlamalarına cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Müdafiə Nazirliyi Lənkəran Əliyevlə bağlı məsələnin mətbuat müstəvisində müzakirəsini arzulamır: “Bəzi mətbuat orqanlarında elə təsəvvür yaradırlar ki, bu söhbətin genişlənməsində guya nazirlik özü maraqlıdır. Bu, qətiyyən belə deyil. Sadəcə olaraq Lənkəran Əliyev özü dayanmır. Hər həftə bir yanlış fikri ortaya atmaqla diqqəti cəlb etməyə çalışır. Bu yolla bəraət qazanmaq istəyir. Hər bir şey qanun çərçivəsində aparılmalıdır. Müdafiə Nazirliyinin istəyi də bundan ibarətdir. Lənkəran Əliyev bildirir ki, ona qarşı indiyəcən bir isbatlı dəlil ortaya qoyulmayıb. Bu münasibətə yalnız və yalnız acımaq mümkündür. Bəs, bu günə kimi onun həqiqəti əks etdirməyən ittihamlarına cavab olaraq konkret faktlar və rəqəmlər haradan götürülüb?!”

Məlumatda qeyd edilir ki, Lənkəran Əliyev Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamlar səsləndirməklə günahsız obrazını formalaşdırmağa çalışır: “Hətta o, 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamanı pərdələməyə çalışaraq məsələni yozmağa cəhd edir. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamalarda bilavasitə iştirak edən məsul şəxs kimi bəzi məsələləri açıb deməyi vacib bilirəm. Buna bizi məhz Lənkəran Əliyevin özü məcbur edir. Əslində, onun törətdiyi cinayət əməllərinin istintaq materialları ilə tam sübuta yetirilməsi şəksizdir. Lakin bu qədər cinayət maddələrini hansı əməllərinə görə “qazandığını” çoxları bilmir. Yəqin ki, yoxlama zamanı aşkar olunan qanun pozuntularının bəzilərini Lənkəran Əliyevə yenidən xatırlatmaq yerinə düşər”.

V. Məmmədov generalın törətmiş olduğu qanunsuz əməlləri açıqlayıb: “Lənkəran Əliyev şəxsi məqsədlə dəfələrlə Göygöl rayonu Toğana kəndinə Silahlı Qüvvələrin TTM ərazisindəki tikintidən sökülmüş mişar daşları, döşəməaltı millər və taxtaları daşıdıb və bu azmış kimi “KAMAZ” markalı mülki avtomobillərin yanacaq çənlərini də TTM-in anbarının hesabına (300 litr) doldurtdurub. Eyni zamanda Lənkəran Əliyevin rəhbərlik etdiyi mərkəzdə yoxlama zamanı gizir hazırlığı kursunu bitirmiş hərbi qulluqçuların TTM-dən buraxılmasına baxmayaraq, qeyri-qanuni olaraq onlar 3 gündən sonra ərzaq təminatından çıxarılıb. TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin böyük əksəriyyəti isə səhər və şam yeməyində iştirak etməməsinə baxmayaraq onlar ərzaq təminatından çıxarılmayıblar. Belə ki, 08.04.2009-cu il tarixdə TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin şam yeməyində iştirakı yoxlanılarkən onlardan 17 faizi iştirak edib. Beləliklə də, külli miqdarda yeyinti və israfçılığa yol verilib. Bununla bərabər 2006-2008-ci illər ərzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlığı kurslarının kursantlarından, mütəmadi olaraq 5-40 manat və bir sıra kursantlara «kiçik çavuş» və «çavuş» hərbi rütbəsinin verilməsi üçün 50 və ya 100 manat məbləğində pul yığılıb. Lənkəran Əliyev indi haqdan, ədalətdən danışır. Bunlar Lənkəran Əliyevin və tabeliyində olanların vəzifəsindən sui-istifadə etməsi nəticəsində aşkarlanmış qanun pozuntularının və dövlətə vurulmuş ziyanın bir hissəsidir. Onun neçə-neçə hərbi qulluqçunu bədbəxt etməsi ilə bağlı isə mətbuatda çox zabitlər çıxışlar ediblər. Bəli, maraqlıdır vəzifədə olduğu müddətdə yalnız öz şəxsi maraqlarını düşünən və bu istiqamətdə fəaliyyətini quran bir şəxs indi necə özünə haqq qazandırmağa çalışır? Yaxud da qəzetdə «mən məcbur oluram düşünəm ki, kimi qorumuşam və niyə qorumuşam» ifadəsini işlədən Lənkəran Əliyevin məntiqindən belə çıxır ki, o, bütün xidmətlərini məhz bir neçə kvadratmetr mənzilə görə edib. Özü də qanunsuz zəbt etdiyi mənzilə görə...”

Bundan başqa hələ bir müddət öncə Lənkəran Əliyevin cənab prezident tərəfindən ona verilən mənzili satdığı barədə məlumatlar verilib: “İndi isə Lənkəran Əliyev deyir ki, guya ona qarşı irəli sürülən ittihamlara görə 30 min manat ödəyib və bunun üçün də ölkə rəhbərliyinin ona hədiyyə etdiyi mənzili satmağa məcbur olub. Qoy lap belə olsun. Əvvəla Lənkəran Əliyevin dövlətə vurduğu maddi ziyan məhkəmə tərəfindən sübuta yetirilib və bu o deməkdir ki, həmin məbləğ mənimsənilib. Digər tərəfdən belə çıxır ki, Lənkəran Əliyev dövlətin əmlakını dağıtmasına və bunun üçün rəhbərlik tərəfindən ona verilən mənzili satmasına haqq qazandırır. Hörmətli Lənkəran Əliyev siz niyə dövlətin əmlakını dağıdırdınız ki, sonra da onu ödəmək üçün məhz dövlətin verdiyi evi satasınız? Göründüyü kimi, Lənkəran Əliyevin açıqlamaları heç bir məntiqə söykənmir və sadəcə olaraq özü-özünü pis vəziyyətə salan şəxsin çıxış variantı tapmadığı üçün nə dediyini bilməməsindən o yana keçmir. Hər halda mən bütün bunlara görə təəssüf edirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru