İRANIN BAKIDAKI SƏFİRLİYİ QAN-QAN DEYİR
Tarix: 5-05-2012, 15:54 | Çap et
SƏFİRLİK AZƏRBAYCAN MƏTBUATINI MƏHKƏMƏ İLƏ HƏDƏLƏYİB
Son aylar Azərbaycanın bəzi KİV-ləri İran haqqında təhrif olunmuş məlumatlar yayırlar, deyə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.
Bu nəşrlər “öz xalqının ictimai rəyinə xəyanətdir”, habelə Azərbaycanın xarici siyasəti üçün “problemlər” yaradır, deyə bəyanatda qeyd olunur.
“Bəzi xarici ölkələrin mənafelərinə xidmət edən belə KİV-lərin bədxah niyyətlərini açıb-göstərmək məqsədilə” səfirlik Azərbaycan xalqının diqqətinə çatdırır ki: İran regionda sülh və sabitliyi dəstəkləyir, deyə bəyanatda bildirilir.
Bundan başqa, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ münaqişəsi ilə əlaqədar “ədalətin və region ölkələrinin mənafelərinin qorunmasına yönəlmiş baxışlarını” beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, deyə bəyanatda vurğulanır.
Daha sonra səfirlik ATƏT-in Minsk qrupunu münaqişənin sülh yollu ilə başa çatdırılmasında bacarıqsızlığı və uğursuzluğunu sübut etdiyi üçün tənqidə məruz qoyur və Minsk qrupunun üzvü olan ölkələrin və münaqişə tərəflərinin münaqişənin davam etməsində maraqlı olduqlarını və onların bu regional bəladan xeyir güddüklərini qeyd edir.
İrana gəlincə, bu ölkə regionda və bütün dünyada sülh istəyir, regional böhranların yaranmasına isə regiondan kənar ölkələrin işğalı və müdaxiləsi səbəb olur.
İran müxtəlif yollarla Azərbaycanla ticarəti inkişaf etdirməyə səy göstərib, lakin Azərbaycan tərəfi ticarət dövriyyəsini artırmağa meyl göstərməyib, səfirlik belə hesab edir. Sübut kimi səfirlik Azərbaycan tərəfdən hüquqi və gömrük məhdudiyyətlərinin olmasını, bunun faktiki olaraq iki ölkə arasında ticarətin inkişafına mənfi təsir göstərdiyini qeyd edir. Lakin buna baxmayaraq, İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi elə bu günlərdə də Ermənistanla olduğundan xeyli artıqdır. Daha sonra səfirlik Türkiyə və Ermənistan arasında genişmiqyaslı ticarətə işarə edir.
Yenidən Qarabağ mövzusuna qayıdan səfirlik bildirir ki, bu problemin həlli İranın xarici siyasəti ilə deyil, iki digər amillə bağlıdır: birincisi işğal edilmiş rayonları azad edəcək qüvvələrin döyüş qabiliyyəti, ikincisi bəzi regional və regiondan kənar dövlətlərin müdaxiləsi mümkünlüyünün istisna edilməsi.
Şuşanın və Laçının işğalının İranın vasitəçilik missiyası ilə heç bir əlaqəsi olmayıb. Regiondakı bəzi qüvvələr münaqişə tərəflərinin təhriki ilə İranın sülh yaratma missiyasını uğursuzluğa düçar etməyə çalışırdılar.
İranda insan hüquqlarının pozulması ittihamları Qərbin və sionist qüvvələrin çirkin təbliğatıdır, deyə səfirlik qeyd edir.
İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edərək, sıravi vətəndaşların İrandakı reallıqlar barədə birbaşa informasiya alması üçün də imkan yaradıb.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəliyi qərəzli və asılı KİV-lər tərəfindən yol verilmiş təhrifləri hüquqi və məhkəmə yolu ilə araşdırmaq hüququnu özündə saxlayır və Azərbaycan KİV-lərinin insafla, ədalətlə və sionist işğalçıların və qərb KİV-lərinin hədyanlarının təkrarından çəkinməklə iki ölkə arasında mehriban münasibətlər yolunda və xalqa və dövlətə xidmət istiqamətində fəaliyyət göstərmələrini istəyir, deyə bəyanatda bildirilir.
Lakin bu geniş sənəddə bir jurnalistin, KİV-in, hətta səfirliyin narazılığına səbəb olan konkret məqalənin belə adı yoxdur. Eyni zamanda, qeyd edək ki, son vaxtlar İranı ən çox Azərbaycanın hökumətyönlü və rəsmi KİV-ləri tənqid edir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
|