KRIM LİDERİNDƏN AZƏRBAYCANA İTTİHAMLAR
Tarix: 12-10-2011, 17:14 | Çap et
“QARDAŞ OLMAQ, YALNIZ QUCAQLAŞMAQ DEYİL”
AzadlıqRadiosuna qonaq olan Krım tatarlarının lideri, Krım Tatar Xalq Məclisinin başqanı Mustafa Cemilev Azərbaycan sevgisindən və umaqcaqlarından danışdı. “Qardaşlıq hansısa toplantılarda biz qardaşıq deyib qucaqlaşmaq deyil” – deyən Mustafa Krımoğlunun müsahibəsini təqdim edirik.
- Mustafa bəy, Azərbaycanda Sizi sevənlər çoxdur. Bəs, Azərbaycandan Sizin – Krım türklərinin gözlədikləriniz nədir? Qardaşlıq hansısa toplantılarda biz qardaşıq deyib qucaqlaşmaq deyil. Birlik qurmaq, bir-birimizə faydalı olmağımız gərəkdir. - Mənim fikrimcə, oralarda məni hər kəs də sevmir. Sevməyənlər də var. Çünki biz əsasən Azərbaycanda demokratik qüvvələrlə bağlantıdayıq. Bakıya gedəndə də AXCP, Müsavatla görüşəndə bəziləri belə görüşlərimdən məmnun olmur. Amma əlbəttə, Azərbaycan xalqı bizim qardaşımızdır. Mümkün olduqca bağlantılarımızın daha çox olmasını istəyirik. Rəhmətlik Əbülfəz Elçibəyin zamanında əlaqələrimiz çox yaxşı idi. Böyük planlarımız vardı. Amma o çevriliş olandan sonra bəzi şeylər dəyişdi.
- Sizcə, Bakı Krım türklərinin həllində nə iş görə bilər?
- Elçibəyin zamanında razılaşmalarımız vardı, Bakıya tələbələrimizi göndərirdik. Sağ olsunlar, onları Bakıda universitetlərdə oxutdular, indi də xalqımıza faydası var.
Strasburqda azərbaycanlı deputatlarla da görüşdük, bəzi şeyləri anlatdıq. İstədik ki, onlar bizə dəstək versinlər. Amma əslində onlar Ukrayna deputatları ilə bir çox məsələlərdə eyni fikirdədirlər.
Oradakı deputatlarınızla bəzi məsələləri müzakirə etdik, amma təəssüf ki, hələlik bir nəticəsini görmürük. Onlar Krıma da gəldilər. Azərbaycanlı deputatlara orada da məsələlərimiz anlatdıq. Azərbaycan tərəfdən nələrin edilə biləcəyini dedik. Onlar razı oldular. Amma sonra bəlkə unutdular, ya bəlkə də işləri çoxdur, hər halda, bir nəticə görmədik.
Məsələn, mən onlara demişdim ki, hazırda bizim ən çətin problemimiz ana dilində məktəblərimizin olmamağıdır. Onlara dedim ki, Azərbaycanın Krım tatarlarına bir məktəb tikməsi çox da böyük problem deyil. Bunun mənəvi tərəfləri daha önəmlidir.
Biz uşaqlarımıza başa salacağıq ki, bu məktəb sizə azərbaycanlı qardaşlarımızdan bir hədiyyədir. Yəni, uşaqların beynində qalacaq ki, orada bizim qardaşlarımız var. Maddi tərəfdən çox da böyük bir şey deyildi. Amma təəssüf ki...
- H.Əliyev Fondunun dəstəyi ilə Misirdə, Pakistanda məktəblər tikilir...
- Elə mən də onu dedim, bildirdim ki, belə imkanlarınız var. Krım da bir məktəb tikin. Dedilər, tamam, tikərik. Amma təəssüf ki, hələlik bir nəticəsi yoxdur.
- Sizin də qeyd etdiyiniz ki, Azərbaycanda demokratiya sarıdan problemlər var. Amma Bakıda rəsmilər bildirirlər ki, Azərbaycanın özünün demokratik inkişaf yolu var. Demokratiya da kənardan ixrac edilə bilməz. Bu mövzuda Sizin fikirləriniz nədir?
- Demokratiya, demokratiyadır. Hərənin öz demokratiyası necə ola bilər. Mənim öz yolum var deyib də azadlıqları boğanda o artıq demokratiya olmur. Əslində bütün dünyada demokratiyanın nə olmasının bir standartları var. Sən kənara çəkilib desən ki, mən öz demokratiyamı qururam, bu demokratiya yox, diktatura olacaq.
- Gələcəyə ümidləriniz nədir? Məsələn, Azərbaycanın prezidenti İlham Əliyev bildirir ki, əvvəlcə iqtisadi inkişaf təmin edilməlidir, sonra siyasi islahatların bir nəticəsi olar.
- Bunun hər ikisinin bərabər getməsi lazımdır. Əgər siyasi islahatlar olmasa, azadlıqlar təmin edilməsə, iqtisadiyyatda da güclü inkişaf baş verməz.
Siz baxın, SSRİ-nin dağılmasından sonrakı 20 il ərzində niyə bəzi keçmiş sovet respublikaları sürətli addımlarla həm demokratiya, həm də iqtisadiyyat sahəsində irəli getdilər, bəziləri isə öz ölkələrində elə rejimlər qurdular ki, elə sovet rejimindən bir fərqi yoxdur.
Mən Azərbaycanı demirəm, Orta Asiya respublikaları ilə müqayisədə hələ Azərbaycanda vəziyyət qat-qat yaxşıdır. Amma demokratiya məsələlərində Azərbaycanın özündə də çox sayda problemlər var.
Axı hamımız eyni bataqlıda idik?! Bəziləri ayaqlarını sildilər, təmizləndilər, irəli getdilər, bəziləri isə yenə həmin bataqlıqda qaldılar. İndi də pisliklərin içində gedirlər. Ona görə də demokratiya ilə iqtisadiyyat eyni səviyyədə, bərabər getməlidir. Əgər kimsə durub deyirsə ki, hələ öncə iqtisadiyyatı düzəldim, sonra demokratiya verəcək deyirsə, bu xətadır.
İqtisadi yüksəliş, insanların sosial rifahı demokratiya ilə bərabər təmin edilməlidir.
Məsələn, Baltik ölkələrinə, eləcə də bu Çexiyaya, Polşaya baxın, niyə onlar belə irəli getdilər! Axı hamımız eyni bataqlıda idik?! Bəziləri ayaqlarını sildilər, təmizləndilər, irəli getdilər, bəziləri isə yenə həmin bataqlıqda qaldılar. İndi də pisliklərin içində gedirlər.
Ona görə də demokratiya ilə iqtisadiyyat eyni səviyyədə, bərabər getməlidir.
- Mustafa bəy, Siz Bakıda rəsmilər üçün bir mesajlarınızı ifadə etdiniz, Avropa Şurasında dəstəyə ehtiyacınız olduğunu dediniz, məktəb tikilməsində yardım lazım olduğunu çatdırdınız. Bəs, adi, sıravi Azərbaycan vətəndaşları üçün bir deyəcəyiniz varmı?
- Bunu deyim, biz qardaş olduğumuzu unutmamalıyıq. Bir-birimizə gedib-gəlməliyik. Qardaşlıq hansısa toplantılarda biz qardaşıq deyib qucaqlaşmaq deyil. Birlik qurmaq, bir-birimizə faydalı olmağımız gərəkdir.
Azərbaycanlı iş adamlarının, alimlərin, müəllimlərin və professorların Krıma gəlmələrini istəyirəm. Problemlərimizi öyrənib bir-birimizə dəstək verməyimiz lazımdır. O zaman qardaşlıq gerçək qardaşlıq olar.
QISA TANITMA Mustafa Əbdülcəmil oğlu Cəmilev (Krımoğlu) 1943-cü ildə o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasında anadan olub. Hələ bir yaşındaykən bütün Krım tatarları kimi onun da ailəsi Orta Asiyaya sürgün edilib.
1961-ci ildə Daşkənddə gizli yaradılmış “Krım tatar gənclərinin ittifaqı” təşkilatında tarixi şöbəyə başçılıq edir. Az sonra SSRİ KQB-si tərəfindən repressiyaya məruz qalır, “antisovet fəaliyyətində” ittiham edilərək işdən çıxarılır və KQB-nin nəzarətinə götürülür.
Bu fəaliyyətinə görə 1966, 1970, 1972, 1979, 1983, 1986-cı illərdə Krım tatarlarının pozulmuş hüquqlarının müdafiəsi yolunda millətçilik və pantürkizm, sovet quruluşuna nifrət yaradan təbliğat aparmaq ittihamları ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, sürgünə göndərilib. 1991-ci ilin iyunundan bu günədək o, Krım Tatar Xalq Məclisinin sədridir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Dünən, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Dünən, 15:39 |
|
|
|
|