CƏLİLABADDA ÖZƏL ANTİKORRUPSİYA
Tarix: 23-04-2012, 10:03 | Çap et
İCRA BAŞÇISI HAKİMİYYƏTİN TƏDBİRLƏRİNİ ŞƏXSİ İNHİSARINA ALINIB
DİA.AZ: - Cəlilabadda korrupsiya və rüşvətxorluq pik həddinə çatıb. Rayondan verilən məlumatlarda deyilir ki, hətta verilən qurbanlar belə Cəlilabadda vəziyyəti səngitməyib. Əksinə, birbaşa olaraq icra başçısının himayə etdiyi korrupsiya maşını əvvəlki tempi ilə çalışır. Xatırladaq ki, bu ilin yanvar ayında Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulmuşdu.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Cəlilabadda səs-küylü korrupsiya hıəbslərinin keçirilməsinə baxmayaraq, problemin hələ də aktual qalmasının başlıca nədəni elə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun özü ilə bağlıdır. Xatırladaq ki, Cəlilabadın hərbi komissarının da qolları qandallanmışdı.
Mənbəmiz bildirir ki, əslində Əziz Əzizov antikorrupsiya tədbirləri adı altında öz rəqiblərini sıradan çıxarır. Və həbs olunanlar, korrupsiya itiihamına tuş gələnlər də nə zamansa başçı ilə problem yaşayanlar və yaxud da başçının qəzəbinə tuş gələnlərdir. Məlumatlara görə, Əziz Əzizov Cəlilabadda antikorrupsiya tədbirlərini tam olaraq inhisarı altına alıb ki, artıq bu məsələdən “yuxarılar” xəbərdardır. Belə ki, “yuxarılara” saxta hesabatlar verərərk daha çox rəqiblərini “vurduran” başçının antikorrupsiya prosesindən sui-istifadə etməsi Prezident Administrasiyasının da diqqətini cəlb edib.
Başçını ilişməsində isə bu günlərdə baş verən bir olayın müstəsna rolu olub. Bildirək ki, bu günlərdə Əziz Əzizovla biznes ortaqları arasında ciddi problem yaranıb. Bu barədə icra başçısının biznes fəaliyyətindən məlumatlı olan şəxs xəbər verib.
Məlumata görə, neçə illərdir Ə.Əziziov əslən Cəlilabaddan olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yaxın adamlarla Bakıda böyük biznes şəbəkəsi qurub. Buraya əsasən şadlıq evləri, yaşayış binaları və digər obyektlər daxildi. Mənbə bildirib ki, bu obyektlərin inşasına Ə.Əziziov daha çox pul yatırdığından indi həmin obyektdəki payının da sərmayəsinə uyğun olmasını istəyir. Ancaq onun biznes ortaqları isə buna cavab olaraq bildirirlər ki, Ə.Əzizov çox pul ayırsa da Bakıda həmin obyektlərin tikilməsinə yer alınması, tikinti işinin razılaşdırılması və obyektlərin sənədləşdirilməsi onlar tərəfindən həyata keçirilib. Buna görə də onların payı daha çox olmalıdır. Bu isə tərəflər arasında ciddi mübahisə və qarşıdurma yaradıb. Ə.Əzizovun hakimiyyətdəki əsas dayağı K.Həsənov isə hələ ki, nə onun biznes ortaqları ilə dartışması, nə də hakimiyyətdə yerinin laxlaması barədə ortaya mövqe qoymayıb. Amma buna baxmayaraq, PA-dan bu olaya reaksiya gəlib. Məlumatlara görə, Əziz Əzizov rəqibləri barədə antikorupsiya idarəsinə “donos” yazdırtdırıb. Və iş də bundan sonra açılıb. Məlum olub ki, barələrində “donos” yazılanlar başçının fırlatmaq istədiyi ortaqlarıdır. Mənbəmiz bildiri ki, indi Əziz Əzizov saxta donosbazlığının hesabını vermək zorundadır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
|