Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                 

ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR
Tarix: 6-04-2012, 11:41 | Çap et
ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR

“REKTORUN XOŞUNA GƏLMƏDİYİNDƏN ƏTRAFINI MƏNƏ QARŞI QALDIRDI”

DİA.AZ: - Professor, İqtisad elmlər doktoru Bədirxan Musayev: “...məhkəmələrin əsassız qərarlarındansa, Dərbənd filialından tələbə köçürmələrinə, imtahanlarda yaşanan qanunsuzluqlara, təmir-tikinti adıyla universitetin büdcədənkənar vəsaitlərinin necə talan edilməsinə, xaricə istirahətə gedərkən özüylə apardığı şəxsin ailəsində yaşanan faciəyə və digər hadisələrə münasibət bildirsin”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professoru, Dövlət Mükafatı Laureatı, Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ölkə və xarici dövlətlər üzrə 60-dan çox elmlər doktoru və namizədi yetişdirmiş iqtisad elmləri doktoru Bədirxan Musayev «Gündəm xəbər»ə çox maraqlı müsahibə verib. Professor ömrünün 60 ilini həsr etdiyi ADİU-da rektor Şəmsəddin Hacıyevin qanunsuz əməllərindən, ona qarşı repressiv fəaliyyətdən, rektorun ətrafının bir tikə çörək naminə ona qarşı kampaniyaya qoşulmasından, barəsində hakim dairələrə yalan məlumatlar məruzə edilməsindən və sair məqamlardan danışıb. İlk öncə o, DİA.AZ-a müsahibəsində Şəmsəddin Hacıyevlə münasibətlərinin gərginləşməsi səbəbinə aydınlıq gətirib:

- Mətləbə keçməzdən əvvəl özüm haqda onu deyim ki, universitetdə ömrümün 60 ilini keçirmişəm. Rektordan başqa əksər yüksək vəzifələrdə işləmişəm. 5 ay əvvələ qədər isə rektorun müşaviri və «İqtisadi Kibernetika» kafedrasının müdiri vəzifələrində işləmişəm. Konkret sualınıza gəlincə, deyim ki, Şəmsəddin Hacıyev akademik Əli Abbasov rabitə naziri təyin edildikdən sonra rektor təyin olunub. Etiraf edim ki, yeni təyin olunduğu vaxtlarda onun akademik Əli Abbasovun universitetdə yaratdığı sağlam mühiti davam etdirəcəyinə çox inanırdım və hətta onu açıq şəkildə müdafiə də edirdim. Lakin zaman-zaman onun işlədiyi bütün vəzifələrdən qovulanları, əsasən də özünün və həyat yoldaşının yerlilərini toplayıb, universiteti korrupsiya yuvasına çevirməsini gördüm. Bununla barışa bilmədim. Dəfələrlə vəzifə səlahiyyətlərimə uyğun olaraq, ondan bir qrup rüşvətxorların universitetdə yaratdığı ağır duruma diqqət etməsini, onlara qarşı tədbir görülməsini xahiş etdim. Təəssüf ki, o, tam əksinə addım atdı. Rüşvət mexanizmində onun maraqlarına cavab verməyənləri sıxışdırdı, nəticə etibarı ilə daha yaxşı pul toplayanları ətrafında mövqe sahibi etdi. Onları ömürlərini elmə, təhsilə vermiş alimlərin üzərinə yönəltdi. Bu isə mənim prezident İlham Əliyevə rəsmi müraciət etməyimə səbəb oldu. Bu isə rektorun xoşuna gəlmədiyindən ətrafını mənə qarşı qaldırdı. Təbii ki, indi olduğu kimi o zaman da qarşıma çıxa bilmədi.

- Prezidentə hansı faktlardan söz açmışdınız ki, rektor onları belə aqressiv qarşıladı?
- Prezidentə universitetdəki rüşvət və korrupsiya haqda dəqiq faktlardan, o cümlədən, baldızını mühasibatlıqda işə götürməsindən, orada bir əməliyyatla 2 milyon 500 min manatın hara sərf olunmasından, təmir-tikinti işlərindəki maxinasiyalar, universitetdəki rüşvət mexanizminin detalları və qanunsuz tələbə köçürmələrindən bəhs etmişdim. Rektor təbii ki, bunlardan xoşlana bilməzdi. Ona görə də təzyiqləri artırıb, qanunsuz şəkildə məni işdən azad etmək yolunu seçdi. Yəqin bundan sonra universitetdə qanunsuz əməllərini rahat davam etdirəcəyini düşündü.

- Yəni ölkə prezidentinə müraciətinizdən sonra işinizi də itirdiniz?
- Bəli, rektor prezidentə müraciətə belə qiymət verdi. Rektorun prezidentə münasibəti, onun siyasətinə qarşı əlimdə təkzibolunmaz məlumatlar var. Sadəcə bunlari mətbuata demək fikrim yoxdu. İnsallah, gec-tez prezidentin qəbuluna düşüb, bunlara aydınlıq gətirəcəyəm. Hələki özümlə bağlı bildirim ki, prezidentə muraciətimdən sonra ötən ilin noyabr ayının 4-də məni müşavir, 11-də isə kafedra müdiri vəzifəsindən azad etdi. İşə bərpa ilə bağlı məhkəməyə müraciət etmişəm. Şəmsəddin Hacıyev də bundan sonra saxta protokol və aktlar tərtib etdirib ki, guya mən universitetdə kimlərisə təhqir etmişəm. Çox təəssüf ki, vaxtilə atalarından belə görmədikləri yaxşılıqları etdiyim bir neçə universitet əməkdaşı da məcburən bu çirkin kampaniyada yer alıblar. Indi özlərinin tərtib etdikləri qondarma akt və protokolların əsasında məni məhkəməyə verib, susdurmağa çalışırlar. Belə bir fakt əsasında Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə məni 400 manat cərimə də ediblər. Guya mən Damət Bağırov, Əsəd Mirzəyev və Zəfər Bayramov kimi nanəcibləri təhqir etmişəm. Amma eyni sənədlərdə daha ağır təhqir olunmağıma baxmayaraq, Səbail Rayon Məhkəməsinin digər hakimi mənim iddia ərizəmi icraata belə qəbul etmədi. Yəqin düşünürlər ki, bunlardan sonra mən qorxub, susacam. Yanılırlar, mən susacaq adam deyiləm. Bunu bildiklərindən universitetdə tez-tez yığıncaqlar keçirərək, orada məni təhqir etdirir, sonra isə onun əsasında protokol tərtib etdirib, müəyyən yerlərə də göndərirlər. Guya kollektiv mənə qarşıdır. Bununla Şəmsəddin Hacıyev özünü sığortalayacağını proqnozlaşdırır. O, bu məsələdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bir neçə ay rəisi işləmiş və yarıtmazlığına görə qovulmuş, hazırda isə prorektor qoyduğu Damət Bağırovdan, həmyerlim Əsəd Mirzəyevdən istifadə edir. Ancaq belə tipi olanlar məni yolumdan döndərə bilməz. Artıq onun çirkin kampaniyasında iştirak edən bir neçə müəllim mənə zəng edib, bir neçəsi evimə gəlib, məndən üzr istəyiblər. Etiraf ediblər ki, onlar təhdid edilərək, mənə qarşı qaldırılıblar. Mən onları başa düşür və bağışlayıram.

- Hazırda bir-birinizə qarşı məhkəmə iddialarının olduğunuzu deyirsiniz. Artıq işlər yekunlaşıbmı?
- Elədir, vəni işdən azad edən qanunsuz əmrlər, təhqiramiz protokol və aktlarla bağlı məhkəmə işləri davam edir. Bəziləri apellyasiya mərhələsinə qədəm qoyub. Açığı, Azərbaycan məhkəmələrini bu qədər acınacaqlı durumda olduğunu düşünməzdim. Əgər bu gün məhkəmələr bir professorun, Azərbaycanda bir elmi sahənin (kibernetika) yaradıcısının şikayətini araşdırmadan, heç bir əsas olmadan qarşı tərəfin xeyrinə həll edirsə, o zaman həqiqətən bu sahədə çox ciddi islahatların aparılmasına böyük ehtiyac var. Bu faktdır ki, hakimlərin boyunu pul və mandat qarşısında qıldan nazik olub. Məhkəmə işimlə istənilən hüquqşünasın tanış olmasına şərait yaratmağa hazıram. Onlar işi araşdırmaqla, hakimlərin necə kobud qanun pozuntularına yol verdiklərini görə bilərlər. Çox təəssüf ki, Şəmsəddin Hacıyev taladığı milyonlar hesabına məhkəmələrə də «yol» tapıb, onları da pulunun və mandatının gücü ilə qanunları tapdalamağa məcbur etməkdədir. Bununla bağlı prezidentə və Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Ümid edirəm ki, rektorun təzyiq və təsiri ilə Səbailin hakimlərinin əleyhimə çıxardıqları əsassız məhkəmə qərarlarına obyektiv qiymət veriləcək. Əks halda digər məhkəmə instansiyalarını aşıb, Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacam.

- Bəs, rəsmi orqanlara müraciətinizə hansı cavablar gəlib?
- Təxminən iki ay əvvəl Baş Prokurorluq rektorun korrupsiyaya söykənmiş əməllərindən bəhs edən ərizəmə cavab verib. Daha dəqiqi, Baş Prokurorluğun tapşırığı ilə Səbail rayon Prokurorluğunun məndən aldığı izahatlar əsasında toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əvəzinə, Təhsil Nazirliyinə göndərilib. Hələki bu nazirlikdən xəbər yoxdur. Yəqin yaxın günlərdə müsbət nəticəsi olar. Möhtərəm prezidentimiz təhlükəsizliyimin qorunması üçün Daxili İşlər Nazirliyinə tapşırıq verib və bunun əsasında az əvvəl DİN-də məni yüksək səviyyədə qəbul edib, təhlükəsizliyimə zəmanət verildi.

- Bəyəm həyatınıza təhlükə var idi ki?
- Bəli, rektor və ətrafı bir nəfəri məni güllələməyə təhrik edir. O adamın – Alixan Əliyevin elmi rəhbəri olmuşam, onu işə götürmüşəm, elçiliyini etmişəm və s. O, övladını bizim universitetə «perevod» edərkən rektorun «haqqı»nı çatdırmayıb. Ona görə də, onu «tor»a salıb, mənə qarşı qaldırıblar. Əks halda özünü işdən, övladını isə universitetdən qovacaqları ilə hədələyiblər. Bu zəif adam da rektorun təkidiylə məni məhkəməyə verib. Guya ona «mavi» demişəm. Hansı ki, bu ifadə Şəmsəddinin özü tərəfindən səslənib və məcburi mənim rektora yazdığım təkliflərə daxil edilib. Mən işdən azad olunandan və prezidentə müraciətimdən sonra rektor iclas çağırıb. O iclasda rektorun ətrafı Alixana «sən kişi deyilsən, kişi olsaydın, ya Bədirxan Musayevin, ya da öz başına bir güllə çaxmalıydın», - deyib, onu məni öldürməyə təhrik ediblər. Bu, ifadə universitetin 01 noyabr 2011-ci il tarixli rəsmi protokolunda əks olunub. Belə təhdid və təhriklər çox olduğundan tədbir görülməsini xahiş etmişdim.

- 5 ay əvvələ qədər rektorla bir yerdə işləmisiniz, onun müşaviri olmusunuz. Görüşüb aranızdakı problemləri masa arxasında həll etmək mümkün deyildi ki?
- Görüşmək də, həll etmək də olardı. Açığı, görüs ücün mən tərəfdən indi də problem yoxdu. Lakin o, dəfələrlə istəyimə baxmayaraq, qaçıb gizləndi. Bir sözlə, görüşdən yayındı. Üstəlik, prezidentə müraciətimdən sonra barəmdə əsassız məlumatlar yaymağa başladı. Sonra da kafedra müdirliyi seçkimə kobud müdaxilə etdi. Kafedra üzvlərinin 67 faiz səs çoxluğu ilə seçilsəm də, məni «vurmaq» üçün növbəti qanunsuzluğa əl atdı. Belə ki, Təhsil Nazirliyinin 400 saylı əmrinə əsaslanaraq, rektorun ətrafından ibarət komissiyanın müzakirəsinə seçkinin nəticələrinin çıxarılmasını istəmədim. Amma, o, yenə də qanunsuzluq etdi. Təsəvvür edin ki, 25 oktyabrda xidmətlərimi göylərə çıxaran və mənə səs verən kafedranın üzvləri bu tarixdən 6 gün sonra tam heyətlə mənə qarşı qaldırıldı. Razılaşaq ki, bu təsadüf ola bilməzdi. Rektor belə səviyyəyə enməklə aqoniya vəziyyətində olduğunu təsdiqləyir. Bir dəfə də olsun xəstəlik bülletini götürmədiyim, töhmət almadığım və işimin öhdəsindən layiqli gəldiyim halda, saxta əsaslarla məni işdən azad etməsi göstərir ki, rektorun sağlam tənqid, real faktlar qarşısında duruş gətirmək qabiliyyəti yoxdur. Əksinə, o, belə cılızlığa yol verməklə, özünü biabır edir. İnsan gərək cəsarəti olub, mərdanə desin ki, gəlin birlikdə Bədirxan Musayevin ittihamlarını araşdıraq. Əgər o, bunu bəyan edərsə, məmuniyyətlə istənilən şəxslərin iştirakı ilə obyektiv araşdırmanın iştirakçısı ola bilərəm. O zaman aydın olar ki, kim düz danışır, kim böhtanla məşğul olur. Ancaq əminəm ki, o, buna da razı olmaz.

- Niyə?
- Çünki o, normal polemika aparmaq gücündə deyil. İkincisi və ən əsası o, özünün və şəbəkəsinin qanunsuzluqlarını necə inkar edə bilər, axı? Mənim əlimdə onun korrupsiya əməllərini təsdiqləyən faktlar, sənədlər var. Qəzetiniz vasitəsi ilə ona demək istəyirəm ki, Damətin, Əsədin və belə tiplərin arxasında az gizlənsin. Kişi kimi, ortaya çıxıb, ümumi deyil, konkret faktlara münasibətini açıqlasın. Durub, məhkəmələrin əsassız qərarlarındansa, Dərbənd filialından tələbə köçürmələrinə, imtahanlarda yaşanan qanunsuzluqlara, təmir-tikinti adıyla universitetin büdcədənkənar vəsaitlərinin necə talan edilməsinə, universitetdə 4-5 otağı hansı məqsədlə istifadə etməsinə, xaricə istirahətə gedərkən özüylə apardığı şəxsin ailəsində yaşanan faciəyə və digər hadisələrə münasibət bildirsin. Rektor arzu edərsə, elə Sizin redaksiyanızda onunla debata da hazıram. Hətta ona da razıyam ki, yazdığım faktları universitetdə jurnalistlərin iştirakı ilə birgə araşdıraq. Düz adamdırsa, məhkəmələrin qondarma qərarlarına arxayınlaşıb, haqlı olduğunu düşünürsə, bundan çəkinməməlidir. Əgər mənim faktlarım təsdiqlənməzsə, üzr istəməyə də, bütün şikayətlərimi də geri götürməyə hazıram. Yox, əgər təsdiqlənərsə, kişiliyi çatarsa, istefa verib, evinə getsin…».

P.S. Istər professorun söylədikləri, istərsə də İqtisad Universitetində cərəyan edən digər sensasiyalı hadisələrlə bağlı arasdırmalarımız davam edəcək. Qarşı tərəfi də dinləməyə hazırıq.

Eldəniz – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru