İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                 

İKİ KEÇMİŞ NAZİR ARASINDAKI UÇURUM
Tarix: 14-03-2012, 16:14 | Çap et
İKİ KEÇMİŞ NAZİR ARASINDAKI UÇURUM

VAQİF NOVRUZOVUN İSGƏNDƏR HƏMİDOVU TƏHLİL ETMƏYƏ HAQQI YOXDUR

DİA.AZ: - Keçmiş daxili işlər naziri Vaqif Novruzov mətbuata açıqlamalar verib və artıq bu açıqlamalar ilkin reaksiyalara nədən olub. Hər halda, uzun müddət susan bu keçmiş məmurun nələri danışa biləcəyi hər kəs üçün maraqlı olduğundan bizlər də Vaqif Novruzovun fikirlərini diqqətlə oxuduq. Və yalanlardan başqa heç nəyə şahidlik etmədik.

Vaqif Novruzov kimdir?

Keçmiş Xanlar rayonunun Topal Həsənli kəndində anadan olub və uzun müddət «OBXSS»-də (Sosialist Əmlakını Dağıdanlara qarşı Mübarizə İdarəsi) işləyib. İndiki Xəzər rayonunda milis rəisi işləyib. Sonradan Moskva Azərbaycanda daxili işlər nazirliyi sistemində 6-cı idarə yaratdı ki, (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi) həmin idarəyə Vaqif Novruzov təyin edildi. Daha sonra Nərimanov rayon milisinin rəisi oldu və oradan da deputat seçilib. Qeyd edək ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra həmin idarə ləğv olundu və idarə ləğv olunduqdan sonra Vaqif Novruzov işsiz qalıb.
Nərimanov rayon AXC təşkilatının sədri və o zamankı Nərimanov rayon icra hakimiyyətinin başçısı Şamil Quliyev mərhum prezident Əbülfəz Elçibəydən xahiş edərək, yenidən Vaqif Novruzovun polis sisteminə qaytarılmasına yardımçı olmasını istəyib. Həmin ərəfədə Əbülfəz Elçibəy daxili işlər naziri İsgəndər Həmidovdan Vaqif Novruzova iş verilməsi ilə bağlı göstəriş verib.
Maraqlıdır ki, həmin ərəfədə Vaqif Novruzovun xahişini təkcə prezident Əbülfəz Elçibəy yox, həm də həmin ərəfədə İnterpola rəhbərlik edən və sonradan baş prokuror postunu tutan Eldar Həsənov da edib.
1992-ci ildə İsgəndər Həmidovun əmri ilə Vaqif Novruzov yenidən «OBXSS»in rəisi təyin edilir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, sovet dönəmində əli rüşvətə yetərincə vərdiş etmiş Vaqif Novruzov İsgəndər Həmidovun heç bir qarşılıq güdmədən onunla bağlı əmr verməsinin «bədəlini» ödəmək fikrinə düşüb və nazirdən «mən nə edim» deyə soruşub. Bu zaman isə İsgəndər Həmidov ona «əgər nəsə etmək istəyirsənsə, get, «OBXSS»in adını təmizə çıxar və sübut elə ki, burada rüşvət alınmır» deyə cavab verib. Və sonradan aydın olacaqdı ki, Vaqif Novruzov özünü sübut edə bilmir…

Onun xahişini kimlər edib?

Milli iqtidar devriləndən sonra isə Vaqif Novruzov Heydər Əiyevin fərmanı ilə Daxili İşlər Naziri təyin edilir. Maraqlıdır ki, mərhum prezidentdən onun xahişini həmin ərəfədə Lalə Şövkət Hacıyeva ilə mərhum Bakı meri Rafael Allahverdiyev ediblərmiş.
Onu da xatırladaq ki, məhz AXC iqtidarı dövründə təkrarən polis sisteminə qaytarılmasına baxmayaraq, Vaqif Novruzov DİN şefi təyin edildikdən sonra ilk çıxışında elə hədəfinə cəbhəçiləri çevirərək, onları yaramazdıqda və ermənilərə bənzərlikdə ittiham etmişdi. Həmin çıxışına isə elə reaksiya da bu gün Vaqif Novruzov tərəfindən «mən polkovnik olanda İsgəndər Həmidov kapitan idi» kinayəsinin hədəfinə çevrilmiş keçmiş DİN rəhbəri tərəfindən gəlir. İsgəndər Həmidov cavabında «Vaqif Novruzov ermənilərin psixologiyasını daha yaxşı bilir, çünki qohum-əqrəbası ermənidir» deyir. Qeyd edək ki, İsgəndər Həmidov həmin ərəfədə təsadüfi danışmırdı. Əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, Vaqif Novruzovun bacısı Karlen adlı erməni ilə ailə həyatı qurmuşdu. Həmin Karlen adını və soyadını dəyişərək bir azərbaycanlı kimi günü bu gün də ökəmizdə yaşamaqdadır və onun zamanında Şərab Zavodunda çalışdığı da söylənilir.

İsgəndər Həmidovun evini axtarmaq istəyib?

Bildirək ki, Vaqif Novruzov nazir olarkən «mənim ən böyük arzum İsgəndər Həmidovun evində axtarış aparmaqdır» deyə açıqlama da verib. Arzusu ürəyində qaldı. Çünki artıq həmin vaxtı Heydər Əliyev onun əsl kimliyini bilmişdi və o, nazir postundan alınmışdı. Özü də biabırçı şəkildə…
Bildirək ki, Heydər Əiyev Vaqif Novruzovu görəvindən alarkən ona «mənə demişdilər ki, sən primitiv adamsan, amma bu dərəcədə də primitiv olduğunu bilmirdim» deyərək dəhşətli reaksiya vermişdi ki, mərhum prezidentin həmin heyrəti şahidlərin günü bu gün də yadındadır.
Bir maraqlı məqam da var. Vaqif Novruzov nazir olsa belə, bəlkə də yeganə şəxsdir ki, polkovnik rütbəsi ilə bu görəvi icra edib. Heydər Əiyev onun rütbəsini artırmamaqla əslində zaman-zaman bütün iqtidarlara, ona əl tutanlara xəyanət etmiş Vaqif Novruzova öz yerini göstərmiş oldu. Bəli, o, nazir postundan alınanda polkovnik kimi vəzifəsini itirdi.
Onun nazir kimi fəaliyyətinə gəlincə isə bu barədə də ilginc məlumatları ortaya çıxarmışıq. Şahidlər də təsdiqləyir ki, Vaqif Novruzovun nazir kimi yeganə əsas fəaliyyəti polis sistemindən AXC, Müsavat üzvlərinin, Boz Qurdların müəyyən olunaraq işdən qovulmasını təşkil etməkdən ibarət olub.
Onu da bildirək ki, Vaqif Novruzov bir illik nazirlik dönəmində elə fəaliyyət göstərib ki, hətta onun İsgəndər Həmidovdan xahişini edən mərhum prezident Əbülfəz Elçibəy «bu nə nadan adam imiş» şəklində reaksiyasını verib. Onu da öyrəndik ki, Vaqif Novruzov ona bunca yaxşılıqlar etmiş həm mərhum Əbülfəz Elçibəyin və həm də AXC Nərimanov rayon təşkilatının sədri olmuş Şamil Quliyevin yaslarında iştirak etməyib. Hətta onun nazir təyinatında müstəsna rol oynamış Rəfael Allahverdiyevin də yas mərasiminə qatılmadığını da öyrənə bildik.

«Rüşvət islahatı» aparan nazir

Bildirək ki, Vaqif Novruzov müsahibəsində bildirir ki, İsgəndər Həmidov o, polkovnik olanda kapitan rübtəsi daşıyırmış. Biz bu faktı da araşdırdıq. Vaqif Novruzov əslində bu açıqlaması ilə belə bir təəssürat yaratmağa çalışır ki, sanki İsgəndər Həmidov nazir qoyulanda naşı bir adam imiş. Amma diqqət yetirilərsə, görmək olar ki, həmin ərəfədə təyinatı verilən nazirlər içində bəlkə də yeganə İsgəndər Həmidov idi ki, məhz çalışdığı sistemdən yüksəlirdi. Və öz işinin peşəkarı idi. 25 il polis sistemində külüng vurmuşdu, o nə laboratoriyadan, nə də akademiyadan polis sisteminə təyinat almamışdı...
Və öyrəndik ki, İsgəndər Həmidov nazir təyin edilənə qədər korrupsiyaya qarşı mübarizə şöbəsinin rəisi idi. RÜTBƏSİ DA POLKOVNİK OLUB… İsgəndər Həmidovun nazir təyinatına gəlincə isə, həmin dövrdə Yaqub Məmmədov ölkəni idarə edirdi və bu zaman - yəni İsgəndər Həmidovun nazir təyin edilməsi qərarı verilən məclisdə Əbülfəz Elçibəy, İsa Qəmbər, Hacı Fərrux və Yaqub Məmmədov iştirak edib. Bunu unudanların diqqətinə qısa bir xatırlatma edirik. Həmin təyinatın ardından İsgəndər Həmidov xalqın qarşısına çıxaraq «MƏNİ ŞEYTAN YUVASINA NAZİR QOYDULAR» şəklində bir çağırış da etmişdi.
Bildirək ki, Vaqif Novruzov İsgəndər Həmidovun yaratdığı Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsini ləğv edərək onun əvəzində, həmin binada - (İsgəndər Həmidov həmin binanı alıb -red.) Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi yaradır. Təbii ki, belə bir struktur islahatını normal qarşılamaq olardı. Amma ortada tamam başqa maraq var idi. Çünki yeni yaradılan qurumun daxilində Vaqif Novruzov iqtisadiyyat şöbəsi yaradaraq, bankları və digər iqtisadi strukturları TƏFTİŞ ETMƏYƏ - PUL QAZANMAĞA başlayır…

Sonda DAHA BİR SAMBALLI FAKT!

Vaqif Novruzovun adı bu gün müstəqillik aktına səs verən deputatlardan biri kimi tanınır. Çox gözəl. Amma onun xarakteri belə imkan vermir ki, Vaqif Novruzov belə bir əmələ imza atmış olsun. Hər halda, tanıyanlar da təsdiqləyər. Bütün fəaliyyəti boyunca SSRİ-nin şəninə təriflər yağdıran birisinin Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs verməsi qeyri-mümkündür.
Araşdırmalarımız nəticəsində öyrənə bildik ki, sən demə, Vaqif Novruzov heç müstəqilik aktına səs verməyib də. Sadəcə olaraq, həmin vaxtı onun iclas zalında olmamasından istifadə edən həmin dönəmin deputatlarından biri Vaqif Novruzovun əvəzindən səs verib. Əgər hörmətli sabiq nazirimiz sübut istəsə, o zaman növbəti sayımızda bu barədə daha dolğun məlumat verməklə yanaşı, həmin deputatın kimliyini də açıqlaya bilərik.
O ki qaldı Vaqif Novruzovun İsgəndər Həmidovun ünvanına hansısa fikirləri söyləməsinə… Burada yalnız bir kəlməni işlətmək olar: ADAMLAR, HAQQ ETDİYİNİZ MÖVQEDƏ DAYANIN! Hər halda, bu gün Vaqif Novruzov elə bir çəki yiyəsi deyil ki, nəinki İsgəndər Həmidovu təhlil etsin, hətta özünü onunla tərəzinin eyni gözünə qoysun. İsgəndər Həmidov da, Vaqif Novruzov da eyni dönəmdə polis rəisləri olublar. Amma Vaqif Novruzovdan fərqli olaraq İsgəndər Həmidov Azərbaycan xalqının başlatdığı Milli Azadlıq Hərəkatının liderlərindən birinə çevrilmişdi. Bu fakt yetərli deyilmi?

P.S, Bildirək ki, İsgəndər Həmidovun hədəfə alınması heç də təadüfi hesab olunmur. Hər halda hrə səs-küylü çıxışının ardından İsgəndər bəyə müxtəlif ünvanlardan hücumlar edilir ki, biz də onlardan birisnə cavab verməli olduq. Yəni bu yazımız səbəbsiz deyil...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru